İbn Teymiyyənin tövhid inancı - Yəhya Əbdülhəsən Duxi

Bu mövzunun tədqiq olunmasında hədəf və metodumuz.

Tövhid dinin və şəriətin dərk olunması üçün əsas prinsipdir. Bu əqidə barədə böyük ixtilaf baş vermişdir. İbn Teymiyyə düşüncə tərzinin ardıcılları onun təqdim etdiyi metodun tövhid əqidəsini nəzəri və əməli baxımdan dərk etməyin ən düzgün metodu hesab edirlər. Onların nəzərində digər müsəlmanlar istər nəzəri, istərsə də əməli cəhətdən səhvə yol vermişlər. Beləki, tövhid əqidəsini din və şəriətin məqsədlərinə uyğun olmayan formada tətbiq etmişlər. Nəticədə bu təfəkkürün ardıcılları islam məzhəblərini bidətə yol verməkdə ittiham etmişlər. Buna əsasən də başqa məzhəblərin tövhid əqidələrinin kamil olmamasını, İbn Teymiyyənin prinsiplərinə, düşüncələrinə və metoduna uyğun olmadığını deyirlər. Artıq bu metod müsəlmanları və başqalarını təkfir etmək və onların qanlarını halal bilməkdə meyarı olub. Nəticədə İslam aləmi bütövlükdə bu düşüncənin ağrı-acılarını çəkmək məcburiyyətində qalmış və terrorimz və radikalizm kimi ittihamlara məruz qalmışdır.

Файл
Детали
  • Просмотров
  • 605
  • Загрузок
  • 343
  • Тип файла
  • Document Adobe
  • Размер файла
  • 2.72 Mb
Рейтинг

В этом разделе