Bir qrup yəhudi bunun üçün Nyu-York məhkəməsinə müraciət edib və metro stansiyalarda şüar səsləndirmək üçün razılıq alıb.
313news.net-in faktxeber.com saytına istinadən verdiyi məlumata görə, ABŞ-da İslam dini əleyhinə növbəti kampaniyaya start verilib. Nyu-York ştatında yerləşən 10 stansiyada İslam dini əleyhinə şüarlar səsləndirilə bilər. Bir qrup yəhudi bunun üçün yerli məhkəməyə müraciət edib və metro stansiyalarda şüar səsləndirmək üçün razılıq alıb.
Qeyd edək ki, Nyu-York ştatındakı 10 metro stansiyadakı elektron reklam lövhələrində "Mədəni insanla zalımlıq arasındakı döyüşdə mədəni insanı dəstəkləyin. İsraili dəstəkləyin. Cihada qalib gəlin",-deyə ifadələr yerləşdiriləcək. Əvvəlcə elanı yerləşdirməyi rədd edən ştatın nəqliyyat idarəsinin rəsmiləri, sonradan Federal Məhkəmənin qərarı ilə 10 metro stansiyada elanların yerləşdirilməsinə icazə verib.
Mövzu ilə bağlı "New York Times" qəzetinə münasibət bildirən şəhər bələdiyyəsinin nümayəndəsi Aaron Donovan deyib: "Bu məsələdə əlimiz bağlıdır. Ancaq gələn həftə keçiriləcək idarə heyətinin yığıncağında elanlaın yerləşdirilməsi qərarı ləğv oluna bilər."