Yaxın şərq » Ərdoğan: "ABŞ qüvvələri İsraili qorumağa çalışsa, bəşəriyyət bunu heç vaxt unutmayacaq"

Baş nazir İsrail - Fələstin münaqişəsi ilə bağlı müzakirələr aparıb

Anspress xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misirə səfər edib. Səfəri çərçivəsində ölkə prezidenti Məhəmməd Mursi ilə görüşən Ərdoğan İsrail - Fələstin münaqişəsi ilə bağlı müzakirələr aparıb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan qeyd edib ki, ABŞ və Rusiya prezidentləri ilə ələqə yaradaraq İsrail hökumətinin hücumlara son qoymasını və bölgədə təhlükəsizliyin təmin edilməsi üçün İsrail rəhbərliyini yola gətirməlidir. Onun sözlərinə bölgədə atəşkəs əldə edilməsi üçün həm İsrail, həm də Qəzza tərəfindən verilən vədlər yerinə yetirilməlidir.

"Ümidvaram ki, Qəzzada tezliklə atəşkəs təmin ediləcək. ABŞ qüvvələri baş verənlərə göz yumaraq İsraili qorumağa çalışsa, o halda bəşəriyyət bunu heç vaxt unutmayacaq".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!