İran ordusunda yeni “Qiyam-1” (“Dirçəlmə”) ballistik raketindən istifadə ediləcək
SalamNews “MehrNews” agentliyinə istinadən xəbər verir ki, İran hakimiyyəti silahın taktiki-texniki xarakteristikaları barədə rəsmi məlumat vermir.
Məlumata görə, yeni silah “İran İnqilabı Keşikçiləri Korpusu”nun elit hərbi birləşməsi üçün nəzərdə tutulub.
Bundan əvvəl verilən məlumata görə, yeni raket parametrlərinə görə, “Şahab-2” raketinin ölçülərinə uyğun gəlir. Belə ki, “Şahab-2” raketinin ölçüləri uzunluğu 11,5 metr, diametri 0,88 metr, başlanğıc kütləsi 6 ton və uzaqlığı 500 km-dir.