Ərəblərdən İrana zərbə

İranla soyuq münasibətlərdə olan Birləşmiş Ərəb Əmirlikləri İslam Respublikasından qisas almaq şansını boşa verməyib.

İslam-Azeri.az İnternet qəzetinin ərəb mətbuatına istinadən verdiyi xəbərə görə, ölkə banklarında olan və İran şirkətlərinə məxsus 41 hesab dondurulub.

Bu addım isə BMT TŞ tərəfindən İrana qarşı yeni sanksiyaların qəbul edilməsiylə izah edilir.

Amma İslam Respublikasının bank hesablarının dondurulması BƏƏ-yə də ciddi zərbə vuracaq. Belə ki, yalnız Dubay əmirliyinin bu əməkdaşlığından əldə etdiyi mənfəət 6 milyard dollar təşkil edir.

В этом разделе