İordaniya kraliçası Rania İslam və Qərb dünyasına müraciət edib

İordaniya kraliçası Rania İslam dünyası ilə Qərbi bir-birilərini daha yaxşı anlamağa çağırıb.
Portuqaliyanın paytaxtı Lissabona gələn İordaniya kraliçası yardım fəaliyyətindən dolayı “Avropa Şurası Şimal-Cənub Mərkəzi” mükafatı ilə təltif edilib.

Portuqaliya parlamentində keçirilən mükafatlandırma mərasimində çıxış edən kraliça Rania Lissabondan bir sıra mühüm mesajlar verib.

“Bir-birimizi anlamaq üçün daha çox əmək sərf etməliyik. Mədəniyyətlərimizin sərhədlərinin üfüqlərini kəşf etmək gərəkdir” – deyə qeyd edən Rania xalqlar arasında etimadın yayılmasının vacibliyini vurğulayıb.

Məlumat üçün bildirək ki, hər il “Avropa Şurası Şimal-Cənub Mərkəzi” mükafatı ilə insan haqları sahəsində çalışan iki şəxs təltif edilir. Builki mükafata kraliça Rania ilə yanaşı, Portuqaliyanın keçmiş prezidenti və BMT-nin Mədəniyyətlər İttifaqı Yüksək təmsilçisi Xorxe Zampayo da layiq görülüb. /timeturk/


В этом разделе