Mövzular
1. İmam Həsən (ə) və İmam Hüseynin (ə) Allah Rəsulunun (s.ə.a) oğlanları olması
2. İmam Həsənin (ə) sülhü və İmam Hüseynin (ə) inqilabı
3. İmam Hüseynin (ə) məqamı
4. Tağut Yəzid (l.ə) tərəzi gözündə
Verilişin azərbaycan dilində videosu: 1-ci hissə, 2-ci hissə
Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın salavatı olsun Muhəmmədə və onun pak və mütəhhər ailəsinə. Əziz izləyicilər, Allahın rəhməti və bərəkəti olsun üzərinizə.
Sizləri növbəti dəfə “Həqiqətlər və sənədlər” adlı proqramınızda salamlayırıq. Bu proqram İmam Hüseynin (salavatullahi-əleyh) etdiyi mübarək inqilab barədə ortaya atılan suallara cavablar və bu müqəddəs inqilab barədə deyilən şübhələrə rəddiyyələr barədədir.
İndi sizinlə birgə ustadımız dəyərli tədqiqatçı və yazıçı Muhəmməd Zəkəriyyəni salamlayırıq. Xoş gördük sizi.
Ustad əz-Zəkəriyya: Salam, xoş gördük sizləri və hörmətli izləyicilərimizi.
Aparıcı: Burada bir irad (işkal) vardır. Hərçənd ki, bizim nəzərimizdə bu irad batil iraddır, lakin ona cavab verək ki, vəziyyət oxucu üçün tam aydın olsun.
Bəzi şəxslər deyirlər ki, nə üçün İmam Hüseyni (salavatullahi-əleyh) bir başa olaraq Peyğəmbərə (salallallahu əleyhi və alihi və səlləm) nisbət verirsiniz? Bu mənada ki, deyirsiniz ki, Hüseyn (salavatullahi-əleyh) Allah Rəsulunun (salallallahu əleyhi və alihi və səlləm) oğludur. Halbuki, onun atası Əli ibn Əbi Talibdir (salavatullahi-əleyh), anası da Zəhradır (salavatullahi-əleyha). Bu irada nə ilə cavab verirsiniz?
Ustad əz-Zəkəriyya: Bağışlayan və Mehriban Allahın adı ilə. Salam və salavat olsun peyğəmbərlərin və elçilərin ən üstününə, Muhəmmədə və onun pak və mütəhhər Əhli-Beytinə. Şiələrin və sünnilərin ittifaqına görə həmd olsun Allaha.
Biz bu proqramlar və buraxılışlar vasitəsilə ittifaq etdiyimiz şeyləri – dəlillər və sənədlər əsasında – bəyan etmək istəyirik. Bu suala gəlincə, şiələr və sünnilər qəti dəlillərə əsasən ittifaq etmişlər ki, İmam Həsən (əleyhis-səlam) və İmam Hüseyn (əleyhis-səlam) Allah Rəsulunun (salallallahu əleyhi və alihi və səlləm) oğlanlarıdırlar.
Görürük ki, Allahu-təala Qurani-Kərimdə Nəcran xristianlarının əhvalatında bu məsələni qeyd etmişdir. Həmin vaxt, Peyğəmbər (salallallahu əleyhi və alihi və səlləm) Nəcran xristianları ilə mübahiləyə (qarşılıqlı lənətləşmə) gedir. Bu zaman özü ilə birgə İmam Əlini (əleyhis-səlam), Xanım Zəhranı (salamullahi-əleyha) və İmam Həsən və İmam Hüseyni (əleyhiməs-səlam) götürür.
Bu ayəni öz “Səhih”ində qeyd edən və (ayədəki) şəxslərin kim olduğunu təfsir edən şəxs Müslimdir ki, öz “Səhih” kitabında qeyd etmişdir. Necə ki, izləyicilər görəcəklər. “Səhih Müslim”, 4-cü cild, səhifə 120 və 121 (1 cildlik nəşrdə səhifə 1129, hədis 32 – (2404) –):
وَلَمَّا نَزَلَتْ هَذِهِ الْآيَةُ: {فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ} [آل عمران: 61] دَعَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلِيًّا وَفَاطِمَةَ وَحَسَنًا وَحُسَيْنًا فَقَالَ: «اللهُمَّ هَؤُلَاءِ أَهْلِي»
Bu ayə: “de: gəlin biz də öz övladlarımızı çağıraq və siz də öz övladlarınızı çağırın” nazil olan zaman Allah Rəsulu (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırıb dedi: “İlahi, bunlar mənim Əhlim (ailəm)dirlər.”
Deməli, Peyğəmbər (salallallahu əleyhi və alihi və səlləm) özü ilə birgə bu pak şəxsləri götürür. Və rəvayət də bəyan edir ki, ayədə nəzərdə tutulan şəxslər kimlərdirlər. Görəsən Həsən və Hüseynin (əleyhiməs-səlam) Allah Rəsulunun (salallallahu əleyhi və alihi və səlləm) övladları olduğunu göstərən başqa bir şey də varmı? Deyirik, bəli. Peyğəmbərin (salallallahu əleyhi və alihi və səlləm) özündən açıq-aşkar nəss (dəlil-hədis) vardır.
Bunu Tirmizi öz “Sünən”ində nəql etmişdir və Albani onu səhih hesab etmişdir. Bu rəvayət “Səhih Sunən ət-Tirmizi” 3-cü cild, səhifə 537-538-də qeyd edilib.
أَخْبَرَنِي أَبِي أُسَامَةُ بْنُ زَيْدٍ ، قَالَ : طَرَقْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فِي بَعْضِ الْحَاجَةِ ، فَخَرَجَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُشْتَمِلٌ عَلَى شَيْءٍ لَا أَدْرِي مَا هُوَ ، فَلَمَّا فَرَغْتُ مِنْ حَاجَتِي ، قُلْتُ : مَا هَذَا الَّذِي أَنْتَ مُشْتَمِلٌ عَلَيْهِ ؟ قَالَ : فَكَشَفَهُ فَإِذَا حَسَنٌ , وَحُسَيْنٌ عَلَى وَرِكَيْهِ , فَقَالَ : " هَذَانِ ابْنَايَ وَابْنَا ابْنَتِيَ ، اللَّهُمَّ إِنِّي أُحِبُّهُمَا ، فَأَحِبَّهُمَا ، وَأَحِبَّ مَنْ يُحِبُّهُمَا "
Əbu Usamə ibn Zeyddən nəql edilir ki, dedi: Bir gecə bir məsələ ilə bağlı Peyğəmbərin (salallallahu əleyhi və səlləm) qapısını döydüm. Peyğəmbər (salallallahu əleyhi və səlləm) qapıya çıxdı və bu zaman o, nə olduğunu bilmədiyim bir şeyə bürünmüşdü. Elə ki, hacətimi (deyib) bitirdim, dedim: “Üzərini örtdüyünüz bu şey nədir?” Bu zaman o (örtüyün) üstünü açdı və gördüm ki, Həsən və Hüseyn onun budlarına yapışıblar. Buyurdu: “Bu ikisi mənim oğlanlarım - cümləyə yaxşıca diqqət edin - və qızımın oğlanlarıdırlar. İlahi, mən onları sevirəm, Sən də onları sev və onları sevənləri də sev!”
Peyğəmbər (salallallahu əleyhi və alihi və səlləm) tamamilə aydın şəkildə buyurur ki, bunlar mənim oğlanlarımdırlar. Görəsən elə bir şəxs olacaq ki, Peyğəmbərin (salallallahu əleyhi və alihi və səlləm) sözünə şəkk etsin? Belə bir kəs yoxdur. Kim irad tutmaq istəsə, Peyğəmbərə (salallallahu əleyhi və alihi və səlləm) irad tutmuş olacaq, Əhli-Beyt (əleyhis-səlam) şiələrinə deyil.
Aparıcı: Bu Allah Rəsulunun (salavatullahi əleyhi və alihi və səlləm) buyurduğu açıq-aşkar sözdür. Mən elə düşünürəm ki, səhabələr bilirdilər ki, bunlar Allah Rəsulunun (salavatullahi əleyhi) övladlarıdırlar.
Ustad əz-Zəkəriyya: Şübhəsiz ki.
Aparıcı: Bununla bərabər həzrət buyurur ki, bunlar mənim övladlarım və qızımın övladlarıdırlar. Və aydındır ki, həzrət onları özünə oğul olaraq nisbət verir. Ki gələcəkdə kimsə bunun əksini iddia etməsin. “Səhih” kəliməsi nə anlama gəlir? Nə üçün kitabı “Səhih ət-Tirmizi” adlandırdınız?
Ustad əz-Zəkəriyya: Tirmizinin “Sünən” adında bir kitabı var. “Sünən ət-Tirmizi”. Əlbəttə belə yayılıb ki, “kutubu sittə” (altı kitab) “sihahi-sittə”dirlər (altı səhih kitab). Lakin doğru olan budur ki, bu kitab “sünən”dir. Yəni, “Sünən ət-Tirmizi” sünəndir, səhih deyil. (Kitabın adı “Sünən ət-Tirmizi”dir, “Səhih ət-Tirmizi” deyil) Lakin mühəqqiq Albani “Sünən ət-Tirmizi” kitabını götürüb təhqiq edib, səhihləri zəiflərdən (ayırıb) çıxarıb. Bu çapa görə üç cild səhih hədislərə aiddir, bir cild də zəif hədislərə. Buna görə də (Albaninin ortaya çıxardığı) bu kitabın adı “Səhih ət-Tirmizi”dir. Yoxsa ki, kitab özü “Sünən ət-Tirmizi”dir. Bu bölgü Albani tərəfindən aparılıb. Əlbəttə, Albani bir neçə kitabda bu üslubdan istifadə etmişdir.
Aparıcı: Yəni kitabı bölür. Məsələn, “Sünən ət-Tirmizi”, bir kitabdır, bir müəllif yazmışdır, lakin o seçmə əməliyyatı apararaq səhihlə zəifi bir-birindən ayırır. Həmçinin cildləri də bir-birindən ayrır. Yəni, bu cildlər “Sünən” kitabının səhih hədislərinə aiddir, bu cildlər də zəif hədislərə aiddir.
Ustad əz-Zəkəriyya: Övladların ana tərəfdən öz babalarına nisbət verilə bilməsinin mümkünlüyünü isbat edən dəlillərdən biri də bu ayədir ki, Allahu - sübhanəhu və təala - buyurur:
وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ ۖ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَارُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖكُلٌّ مِّنَ الصَّالِحِينَ
(Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltdik). Hamısı əməlisalehlərdən idilər. (Ənam surəsi, 84-85).
Diqqət edirsinizsə İsa (əleyhis-səlam) Nuha (əleyhis-səlam) nisbət verilib. Halbuki, İsanın (əleyhis-səlam) atası yoxdur.
Aparıcı: Elədir, yalnız anadan dünyaya gəlib.
Ustad əz-Zəkəriyya: Yalnız anadan dünyaya gəlib. Elə isə necə Nuha (əleyhis-səlam) nisbət verilib? Biz bunun cavabını İbn Kəsirin “Təfsir” kitabında və bu ayəyə verdiyi şərhində/təfsirində görəcəyik.
“Təfsir əl-Quran əl-Azim” kitabının 2-ci cildi (Dar Teybə nəşriyyatına əsasən 3-cü cild, 298-ci səhifə). İbn Kəsir bu ayəti-şərifənin təfsirində deyir:
وفي ذكر " عيسى " ، - عليه السلام - ، في ذرية " إبراهيم " أو " نوح " ، على القول الآخر دلالة على دخول ولد البنات في ذرية الرجال ; لأن " عيسى " ، - عليه السلام - ، إنما ينسب إلى " إبراهيم " ، - عليه السلام - ، بأمه " مريم " - عليها السلام - ، فإنه لا أب له .
İsanın (əleyhis-səlam) İbrahimin və ya – başqa bir rəyə əsasən – Nuhun zürriyyəsi (övladları) arasında qeyd edilməsi buna dəlalət edir ki, qızın övladları da kişinin zürriyyəsinə daxil olur. Çünki İsa (əleyhis-səlam) İbrahimə (əleyhis-səlam) məhz anası Məryəm (əleyhas-səlam) vasitəsi ilə bağlanır. Çünki onun atası yoxdur.
Əhli-sünnə qardaşlarımızın böyük alimlərindən biri də məşhur və tanınmış müfəssir Şeyx Mitvalli əş-Şaravidir. Biz hörmətli izləyiciləri bu ayənin təfsirində Şeyx əş-Şaravinin nə dediyi ilə tanış edəcəyik. Biz onlara bir video parçası göstərəcəyik (çıxışa baxmaq üçün məqalənin əvvəlində verilmiş video-linklərə müraciət edin):
Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da (çıxardıq). Və Zəkəriyyanı, Yəhyanı və İsanı. Görəsən İsa (əleyhis-səlam) atası olmadan onun zürriyyəsinə necə daxil olur? Hansı tərəfdən daxil olur? Ana tərəfdən. Bəs necə olmalıydı, nəsil hansı tərəfdən olmalıydı? Sülb (kişi) tərəfdən:
“Hər bir qövmün qadınları (yalnızca) bir qabdırlar
Və dünyaya gətirəndirlər, nəsil isə atalara məxsusdur.”
(Lakin İsada (əleyhis-səlam) belə deyil) çünki İsadakı (əleyhis-səlam) bəşəri ünsür nədir? Anadır. Buna görədir ki, Əbu Cəfər Muhəmməd əl-Baqir (əleyhis-səlam) Həccacın qabağında bu məsələni dəlil gətirir. Həccac deyir: “Siz iddia edirsiniz ki, Allah Rəsulunun ailəsindənsiniz, nəslindənsiniz, zürriyyəsindənsiniz? Halbuki Allah Rəsulunun zürriyəsi yoxdur.” Deyir: “Deyəsən sən Quran oxumamısan.” Deyir: “Quranda nə var ki?”Deyir: “Onun nəslindən..”ayəni oxuyur və gəlib İsaya çatır. “İsa Nuhun zürriyəsindəndir. Ata tərəfdən, ya ana tərəfdən?” Deyir: “Ana tərəfdən.” Deyir: “İndi biz Muhəmmədin zürriyəsindənik, ya yox? Xeyr, onun zürriyyəsindənik!”
Aparıcı: Ustad Muhəmməd Zəkəriyya, birlikdə Şeyx əş-Şaravinin bu videosuna baxdıq, sizin onun dedikləri barədə rəyiniz nədir?
Ustad əz-Zəkəriyya: Deyirəm: Şeyx əş-Şaravinin dediyi söz bütün müsəlmanların dediyi sözdür. Buna görə də sözümə başlayanda belə başladım ki,“Şiələrin və sünnilərin ittifaqına görə həmd olsun Allaha.”
Allaha həmd olsun ki, olduqca çoxlu məsələdə ittifaq etmişik. Və belə məsələlərdən biri də İmam Hüseyn (salamullahi-əleyh) məsələsidir. Və deyirik: İmam Həsən və Hüseyn (salamullahi-əleyhima) bütün şəkk edənlərin şəkkinə rəğmən Allah Rəsulunun (salallallahu əleyhi və alihi və səlləm) oğlanlarıdırlar. Şiə və sünnilərin ittifaqına əsasən. Hər kim müxalifət etmək istəsə, Allah Rəsulu ilə müxalifə edəcək. Bizim izləyicilərə demək istədiyimiz budur.
Aparıcı: Mənim də bu mövzu barədə bir şərhim var. O şəxs ki, Həsən və Hüseynin (əleyhiməs-səlam) Allah Rəsulunun (salavatullahi əleyhi və alihi və səlləm) övladları olmasını inkar edir, sanki barəsində “Biz sənə Kövsəri əta etdik” ayəsi nazil olan şəxslə razılaşır. Hansı ki, Allah Rəsulunu (salallallahu əleyhi və alihi və səlləm) – haşa – əbtər (soyu kəsik) olmaqla ittiham etmişdi. Ona görə ki, onun nəsli qızları vasitəsilə idi. Çünki (övladlarından sağ) qalanlar məhz onlar idilər və Allah Rəsulunun (salallallahu əleyhi və alihi və səlləm) nəsli Fatimə əz-Zəhra (salavatullahi-əleyha) vasitəsilə davam etmişdi. Həsən və Hüseynin (əleyhiməs-səlam) Allah Rəsulunun övladları olmasını inkar edən şəxsin sözü necə də bu fikirlə üst-üstə düşür. Sanki o həmin “əbtər” sözünü təsdiq edir. Bu mövzuda tutarlı və kafi cavab kimi Qurani-Kərimin bu surəsi və sizin gətirdiyiniz dəlillər bizə kifayət edər.
Ustad əz-Zəkəriyya: Bəli. Buna görə də sizə dedim ki, hər kəs bu məsələ barədə şübhə yaratmaq istəyirsə, Allah Rəsuluna qarşı çıxır, Allah - sübhanəhu və təala - ya qarşı çıxır. Məsələ aydındır və müsəlmanlar bu barədə ittifaq etmişlər. Qəlbində mərəz olan kimsə gəlib bu məsələdə şəkk sala bilməz.
Aparıcı: Burada şiə-Cəfəri-isna əşəri-imami əqidəsi barədə başqa bir sual, daha doğrusu şübhə də vardır ki, Həsən və Hüseyn (əleyhiməs-səlam) imamdırlar, itaətləri Allah tərəfindən fərz edilən şəxslərdilər və məsmudurlar, lakin onlar bir məsələdə ixtilaf etmişlər. O ixtilaf budur ki, İmam Həsən (salavatullahi-əleyh) sülh edib saziş bağlayıb, lakin İmam Hüseyn (salavatullahi-əleyh) döyüşüb. Necə olur ki, bu məsələdə ixtilaf edirlər?
Ustad əz-Zəkəriyya: Əvvəlcə deyək ki, bu iki İmam (salamullahi-əleyhima) bizim nəzərimizdə məsumdurlar. İmam Həsənin də, İmam Hüseynin də (salamullahi-əleyhima) məqsədi bir olmuşdur. Məqsəd fərqli deyil. Lakin müşkülün həlli yolu fərqlidir. Bu da onların hər birinin (yaşadığı dövrün) vəziyyətinə və şərtlərinə görədir. Məsələn, Peyğəmbər (salallallahu əleyhi və alihi və səlləm) bir şəxsiyyətdir, bir adamdır. Görürük ki, o Hüdeybiyyədə sülh edir. Və bu “Hüdeybiyyə sülhü” adlanır. Lakin başqa bir yerdə müharibə edir.
Deməli İmamı sülh və ya döyüş hökmünü verməyə vadar edən şey şəraitdir. Biz görürük ki, İmam Həsən (salamullahi-əleyh) müharibə edir. Müaviyə ilə döyüşür. Lakin (sonradan) digər tərəfdən olub İmamın (salamullahi-əleyh) ordusunda yerləşən müəyyən şəxslər səbəbindən həzrət (salamullahi-əleyh) sülh və saziş etməyə məcbur olur. Əks halda, əvvəldə şərtlər elə idi ki, döyüşəcəkdi.
Bu şərtlər səbəbindən və digər firqə tərəfdən ordusuna yerləşdirilən casuslar səbəbindən sülhə və saziş bağlamağa məcbur oldu. Ona görə ki, bununla müsəlmanların qanının hədər axmasının qarşısını alsın.
Digər bir məsələ ilə bağlı başqa bir dəlil də göstərək, ta ki məsələ hörmətli izləyici üçün tam şəkildə aydın olsun. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) eyni bir məsələdə, eyni hökmdə və eyni yerdə iki müxtəlif hökm vermişdir.
Biz bunu Allahın iznilə Nasiruddin əl-Albaninin “Silsilət əl-əhadis əs-sahihə” kitabından nəql edəcəyik. 4-cü cild, səhifə 138, hədis №1606.
عن عبد الله بن عمرو بن العاص قال: " كنا عند النبي صلى الله عليه وسلم، فجاء شاب فقال: يا رسول الله أقبل وأنا صائم؟ قال: " لا ". فجاء شيخ فقال: أقبل وأنا صائم؟ قال: " نعم ". قال: فنظر بعضنا إلى بعض فقال رسول الله صلى الله عليه وسلم إن الشيخ يملك نفسه
Abdullah ibn Əmr ibn əl-Asdan nəql edilir ki, deyir: Biz Peyğəmbərin (s) yanında idik. Bu zaman bir cavan gəlib dedi: “Ey Allahın Rəsulu, oruc olduğum halda (xanımımı) öpə bilərəm?” Buyurdu: “Xeyr.” (Bir qədər sonra) yaşlı bir kişi gəldi və dedi: “Oruc olduğum halda (xanımımı) öpə bilərəm?” Buyurdu: “Bəli.” Ravi deyir: “Biz biz-birimizə baxmağa başladıq.” Allah Rəsulu (s) buyurdu: “(Çünki) yaşlı adam özünə hakim ola bilər .”
Burada nə deyirik? Burada deyirik ki, baxın Peyğəmbər (salallallahu əleyhi və alihi və səlləm) bir məsələdə iki hökm verir. Lakin necə? Birincidə qadağa edir, ikincidə isə icazə verir. İçində olduğu şəraitə və vəziyyətə görə. İmam Həsən və İmam Hüseyn (salamullahi-əleyhima) də belə idilər. Onların da hər birinin özlərinə xas olan şəraiti var idi.
Aparıcı: Yəni bunu demək istəyirsiniz ki, məsələ birdir, lakin şərtlər səbəbindən onun barəsində verilən hökmlər dəyişir.
Ustad əz-Zəkəriyya: Əhsən. Yəni, məqsəd birdir: İslah. Lakin bunun necə aparılması yolu o zamandakı şərtlərə görə dəyişir. O şəxs ki deyir bu, iki İmam arasında ziddiyyət deməkdir, ona demək lazımdır ki, gərək sənin sözünə əsasən Peyğəmbərin (salallallahu əleyhi və alihi və səlləm) sözündə də ziddiyyət olsun. Bunu isə ağıl sahibi olan bir kəs deməz. Bizim camaata demək istədiyimiz budur.
Aparıcı: Məlumdur ki, İmam Həsən (salavatullahi-əleyh) qoşun hazırlamışdı və döyüşəcəkdi. Bu o deməkdir ki, həzrət döyüşmək qərarı almışdı. Lakin döyüş baş verməmiş sülh edildi. Qarşı tərəf başa düşdükdə ki, İmam Həsən (salavatullahi-əleyh) döyüşü qazana bilər, qoşunu pərən-pərən salmaqdan ötrü öz (hiylə) üslublarına əl atdılar. Və qoşun başçıları arasında geri çəkilmələr olması səbəbindən İmam Həsən (salavatullahi-əleyh) döyüşmədi.
Ustad əz-Zəkəriyya: Bəli, o zamankı siyasi durum səbəbindən sülh etdi.
Aparıcı: Lakin döyüş niyyəti var idi.
Ustad əz-Zəkəriyya: Hətta İmam Həsənin (salamullahi-əleyh) qoşununda qarşı tərəfin adamları var idi. Görürük ki, qarşı tərəf Ubeydullah ibn Abbası – hansı ki, barəsində deyilib ki, dini bir neçə dirhəmdən ibarətdir – pulla satın alır. Buna görə də pul qarşılığında İmam Həsənin (salamullahi-əleyh) qoşununu tərk edib qarşı tərəfə qoşulur. Beləcə İmamın (salamullahi-əleyh) qoşununda pərakəndəlik yaranır. Ubeydullah İmamın qoşun başçılarından biri idi. Buna görə də İmam (salamullahi-əleyh) müsəlmanların qanını qorumaqdan ötrü sülh və saziş etməyin qaçınılmaz olduğunu görür. Və bu İmam Həsənin (əleyhis-səlam) zəkası və uzaqgörənliyi idi.
Aparıcı: İstəyirəm bir mühüm məsələni hörmətli izləyicilərə bildirim. Biz dəlillərlə görəcəyik ki, İmam Hüseynin (salavatullahi-əleyh) şəxsiyyəti həm o zamanda və həm də ondan sonrakı dövrlərdə insanların nəzərində necə olub. Və (göstərəciyik ki) Yəzid (lənətullahi-əleyh) kimdir? Sizlərə təqdim ediləcək kitablarda İmam Hüseynin (salavatullahi-əleyh) də tərcümeyi-halı yazılmışdır, Yəzidin (lənətullahi-əleyh) də. Və siz bu iki həyat yolu ilə tanış olduqdan sonra “İmam Hüseyn (əleyhis-səlam) Yəzidin (lənətullahi-əleyh) əməlləri qarşısında nə etməliydi” məsələsi barədə hökm verə biləcəksiniz.
Sualım budur ki, İmam Hüseynin (salavatullahi-əleyh) müsəlman alimlərinin, xüsusən də “əhli-sünnə” məktəbi alimlərinin nəzərində yeri nədir? Və bu məktəbin nəzərində Yəzidin (lənətullahi-əleyh) yeri nədir?
Ustad əz-Zəkəriyya: Əvvəla necə deyərlər “Sürəyya ulduzu hara, torpaq hara?” İmam Hüseyn (salamullahi-əleyh) hara, Yəzid (lənətullahi-əleyh) hara? Yəzidin əməlləri olduqca mənfur və biabırçıdır. Qurani-Kərimdə İmam Hüseynin (salamullahi-əleyh) fəzilətlərinə dair açıq-aşkar ayələr vardır. Olduqca çoxlu hədislər vardır İmam Həsənin (salamullahi-əleyh) və İmam Hüseynin (salamullahi-əleyh) fəzilətlərinə dair. Yəzid (lənətullahi-əleyh) İmam Hüseynin (salamullahi-əleyh) ayaqqabısının tayı ilə müqayisə oluna bilməz.
Deyirik: Əz-Zəhəbinin “Əs-Siyər” kitabı. Burada əhli-sünnə qardaşlarımızın alimlərinin nəzərində İmam Hüseynin (salamullahi-əleyh) qısa tərcümeyi-halı qeyd olunmuşdur.
Əz-Zəhəbi “Əs-Siyər” kitabı, cild 3, səhifə 280. İmam Hüseynin (əleyhis-səlam) tərcümeyi-halı:
الحُسَيْنُ الشَّهِيْدُ (ع)
الإِمَامُ، الشَّرِيْفُ، الكَامِلُ، سِبْطُ رَسُوْلِ اللهِ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَرَيْحَانتُهُ مِنَ الدُّنْيَا، وَمَحبُوْبُهُ. أَبُو عَبْدِ اللهِ الحُسَيْنُ ابْنُ أَمِيْرِ المُؤْمِنِيْنَ أَبِي الحَسَنِ عَلِيِّ بنِ أَبِي طَالِبٍ بنِ عَبْدِ المُطَّلِبِ بنِ هَاشِمِ بنِ عَبْدِ مَنَافٍ بنِ قُصَيٍّ القُرَشِيُّ، الهَاشِمِيُّ.
Əl-Huseyn əş-şəhid: Kamil şərafətli İmamdır. Allah Rəsulunun (salallallahu əleyhi və alih) nəvəsidir. Onun dünyadakı gülü və məhbubudur. Əbu Abdullah əl-Huseyn ibn Əmir əl-Muminin Əbil-Həsən Əli ibn Əbi Talib ibn Əbd əl-Muttalib ibn Haşim ibn Abd Mənaf ibn Quseyy əl-Qurəşi əl-Haşimi.
Əlbəttə bundan sonra İmam Hüseynin (salamullahi-əleyh) fəzilətinə dair rəvayətlər qeyd edir. Biz hədisləri qeyd etmirik, çünki məlumdur, biz istəyirik alimlərin sözlərini qeyd edək. Və bu sadəcə bir nümunədir və bu (sözlərin müəllifi) əhli-sünnə qardaşlarımızın ən böyük tənqidçilərdən biri olan Zəhəbidir. Bunun müqabilində isə Yəzid (lənətullahi-əleyh) durur.
Aparıcı: Biz onu da deyək ki, İmam Hüseynin (salavatullahi-əleyh) tanıdılmağa ehtiyacı yoxdur. Lakin biz sadəcə olaraq möhkəmlətmək üçün bunu qeyd edirik.
Ustad əz-Zəkəriyya: Bəli, izləyiciyə göstərmək üçün ki, İmam Hüseyn (salamullahi-əleyh) kimdir, bu Yəzid (lənətullahi-əleyh) kim?
Aparıcı: Əlbəttə, hədisdə vardır ki, Hüseyn (salavatullahi-əleyh) cənnət cavanlarının ağasıdır və buna əsasən Cənnətdəki övliyaların ağası sayılır.
Ustad əz-Zəkəriyya: Əlbəttə. O Allah övliyalarındandır və nəinki övliyadır, hətta övliyaların ağasıdır. O, cənnət əhlinin ağasıdır. İndi görək həmin Zəhəbinin özü Yəzid (lənətullahi-əleyh) barədə nə deyib? Əhli-Sünnə qardaşlarımızdan heç kəs Zəhəbi barədə, onun elmi və məlumatı barədə şəkk etmir. İmam Hüseyn (salamullahi-əleyh) barədə qeyd edilən sözləri deyən bu böyük hafiz və böyük tənqidçi alim bu xəbis Yəzid barədə nə deyir?
“Siyər əlam ən-nubəla”, 4-cü cild, 37-ci səhifə. Yəzidin (lənətullahi-əleyh) tərcümeyi-halı. Deyir:
كَانَ نَاصِبِيّاً ، فَظّاً، غَلِيْظاً، جَلْفاً، يَتَنَاوَلُ المُسْكِرَ، وَيَفْعَلُ المُنْكَرَ.
O nasibi, kobud, qaba və ədəbsiz idi. İçki içir, çirkin işlər görürdü.
Səhifə 38-də deyir:
افْتَتَحَ دَوْلَتَهُ بِمَقْتَلِ الشَّهِيْدِ الحُسَيْنِ، وَاخْتَتَمَهَا بِوَاقِعَةِ الحَرَّةِ، فَمَقَتَهُ النَّاسُ، وَلَمْ يُبَارَكْ فِي عُمُرِه. وَخَرَجَ عَلَيْهِ غَيْرُ وَاحِدٍ بَعْدَ الحُسَيْنِ: كَأَهْلِ المَدِيْنَةِ قَامُوا للهِ
Öz dövlətinə şəhid Hüseyni qətlə yetirməklə başladı və onu Hərrə faciəsi ilə bitirdi. İnsanlar ona nifrət bəslədi. Ömrü bərəkətli olmadı. Hüseyndən (ə) sonra bir neçə dəstə ona qarşı çıxdı. Mədinə camaatı kimi. Onlar Allaha görə qiyam etdilər.
Bundan sonra bir sıra adlar sadalayır.
Aparıcı: Bu da Hüseynin (salavatullahi-əleyh) inqilabının faydalarından biri idi ki, insanları zalıma qarşı qiyam etməyə cəsarətləndirdi.
Ustad əz-Zəkəriyya: Doğrudur. Əslən, bu Yəzid (lənətullahi-əleyh) kimdir? Zəhəbi bizə tanıtdırır. Alimlər bu Yəzid (lənətullahi-əleyh) barədə nə deyiblər? Görəsən ona lənət edən, onu kafir bilən başqa kəslər də varmıdır?
Biz bu sualın cavabını əhli-sünnə qarşdaşlarımızın böyük alimlərindən biri olan Alusinin öhdəsinə buraxırıq. “Ruh əl-Məani”, 27-ci cild, səhifə 316-da ("İdarə ət-Tibaa əl-Muniriyyə" və "Dar İhya ət-Turas əl-Ərəbi" nəşrində 26-cı cild 72-ci səhifə) Yəzid (lənətullahi-əleyh) barədə deyir:
وقد جزم بكفره وصرح بلعنه وصرح بلعنه جماعة من العلماء منهم الحافظ ناصر السنة ابن الجوزي وسبقه القاضي أبو يعلى وقال العلامة التفتازاني : لا نتوقف في شأنه بل في إيمانه لعنة الله تعالى وعلى أنصاره وأعوانه وممن صرح بلعنه الجلال السيوطي عليه الرحمة
Alimlərdən bir dəstə şəxs qəti şəkildə onun kafirliyinə hökm vermiş və açıqca onun lənətlik olduğunu bildirmişlər. Onlara misal olaraq hafiz, nasirus-sünnə İbn əl-Cəvzini və ondan qabaq Qazi Əbu Yəlanı göstərmək olar. Əllamə ət-Təftəzani isə demişdir:“Biz onun barəsində və imanı barədə heç danışmırıq (yəni, ümumiyyətlə, o imansızdır). Allah-təalanın lənəti olsun ona, ənsarına və yardımçılarına.” Ona açıqca lənət edən şəxslərdən biri də Cəlal əs-Süyutidir, əleyhir-rəhmə.”
Diqqət et. Bəs o özü (Alusi) nə deyir Yəzid (lənətullahi-əleyh) barədə? Səhifə 317 (bizdəki nəşrlə səhifə 73). Bura qədər alimlərin onun barəsində nə dediklərini qeyd edir.
Aparıcı: O alimləri Yəzidi kafir bilənlər və ona lənət edənlər deyə iki hissəyə
Ustad Zəkəriyyə: Bəli. İndi onun Yəzid barədə fikri nədir. Deyir:
وأنا أقول : الذي يغلب على ظني أن الخبيث لم يكن مصدقا برسالة النبي صلى الله تعالى عليه وسلم وأن مجموع ما فعل مع أهل حرم الله تعالى وأهل نبيه عليه الصلاة و السلام وعترته الطيبين الطاهرين في الحياة وبعد الممات وما صدر منه من المخازي ليس بأضعف دلالة على عدم تصديقه من إلقاء ورقة من المصحف الشريف في قذر ولا أظن أن أمره كان خافيا على أجلة المسلمين إذ ذاك ولكن كانوا مغلوبين مقهورين لم يسمعهم إلا الصبر ليقضي الله أمرا كان مفعولا ولو سلم أن الخبيث كان مسلما فهو مسلم جمع من الكبائر ما لا يحيط به نطاق البيان وأنا أذهب إلى جواز لعن مثله على التعيين ولو لم يتصور أن يكون له مثل من الفاسقين والظاهر أنه لم يتب واحتمال توبته أضعف من إيمانه
Və mən deyirəm: Mənim daha çox ehtimal verdiyim şey budur ki, xəbis heç Peyğəmbərin (s) risalətini təsdiq etməyib! Onun Allahın hərəminin və Onun Peyğəmbərinin (s) hərəminin və pak və təmiz itrətinin (sağlıqlarında və öldükdən sonra) başlarına gətirdiyi işlər və ondan sadir olan rüsvayçı əməllər, onun Peyğəmbərin (s) risalətini təsdiqləmədiyinə Qurani-Kərimin vərəqini çirkab yerə atmasından daha az dəlalət etmir. Zənn etmirəm ki, o dövrdə onun məsələsi (imansız, kafir olması) müsəlmanların möhtərəm şəxslərinə gizli qalmışdır. Lakin onlar məğlub və basılmış vəziyyətdə idilər və səbr etməkdən başqa yolları yox idi. Əgər fərzən qəbul edilsə ki, xəbis (Yəzid) müsəlman olub, o zaman o bəyan edilə bilməyəcək qədər böyük günahlar etmiş bir müsəlman olmuşdur. Mənim nəzərim budur ki, onun mislində olan bir şəxsə açıq-aşkar adını deməklə lənət etmək caizdir. Hərçənd ki, fasiqlər içərisində onun kimi birisinin olması təsəvvür edilməsə belə! Zahir budur ki, o tövbə etməmişdir. Onun tövbə etmiş olması ehtimalı, onun imanı olması ehtimalından daha zəifdir (bu insanın imanı sübuta yetməyib, o ki qala tövbəsi sübuta yetə -müt).”
Bax bu “Yəzid (lənətullahi-əleyh) tövbə etmişdir” deyən şəxsə rəddir.
ويلحق به ابن زياد وابن سعد وجماعة
İbn Ziyad, İbn Səd və bir dəstə şəxs də onun kimidirlər.
Bundan sonra Alusi deyir:
فلعنة الله عز و جل عليهم أجمعين وعلى أنصارهم وأعوانهم وشيعتهم ومن مال إليهم إلى يوم الدين ما دمعت عين على أبي عبد الله الحسين
Allah - əzzə və cəll - onların hamısına, yardımçılarına, köməkçilərinə, tərəfdarlarına və onlara meyl edən hər bir kəsə qiyamət gününədək və gözlər Əba Əbdillah Hüseynə ağladığı müddətcə lənət etsin!
Olduqca maraqlı sözlərdir.
Aparıcı: Bu sözlər şiələr dedikləri bütün sözləri əvəz edir (daha onların sözlərini gətirməyə ehtiyac qalmır). Bu əhli-sünnənin böyük alimlərindən biridir.
Ustad əz-Zəkəriyya: Bəli, əhli-sünnə alimlərinin Yəzid barədə fikirlərini qeyd edir və öz fikrini də deyir.
Aparıcı: Yəni, mən təəccüb edirəm o şəxslərə ki, informasiya vasitələrinə çıxıb deyirlər ki, biz nə onu təhqir edirik, nə də sevirik, onun barəsində danışmırıq, ona lənət etmirik və s. Lakin bax ki, bu cür böyük alimlər onun şəxsiyyəti barədə nə deyirlər.
Ustad əz-Zəkəriyya: Bəli, bir çox alim və fəqihlər - ki, adlarını Alusi qeyd etmişdir - açıqca ona lənət etmiş, onu kafir adlandırmışlar.
Aparıcı: Hörmətli izləyicilər, bizləri izləməyə davam edin, bəhsi tamamlayaq və məsələ tam şəkildə aydın olsun. Sizin adınızdan bu dəyərli məlumatlara görə Usta Muhəmməd Zəkəriyyaya təşəkkür edirik.
Ustad əz-Zəkəriyya: Biz sizə təşəkkür edirik.
Aparıcı: İnşallah növbəti proqramda görüşənədək. Allaha əmanət olun.
Davam edəcək...
Sual, irad və təklifləriniz üçün yazın: shiaofahlulbait@yandex.com