»»Şübhələrə cavab

Evə hücum zamanı xanım Fatimənin (s.ə) qapıya çıxması

Evə hücum zamanı xanım Fatimənin (s.ə) qapıya çıxması
Əhli-xilafın bu hadisə barəsində ən mühüm şüphələrindən biri də, xanım Fatimənin (s.ə) həyat yoldaşı (ə.s) evdə olduğu halda, qapıya çıxmasıdır. Bəzi tarixi mənbələrə nəzər saldıqda, görürük ki, xanım Fatimə (s.ə) qapını açmağa gəlməmişdir. Tam əksinə, Xanım (s.ə) həmin zaman qapının yanında durmuşdu.

 

Ömər cənnət əhli idi? - Seyyid Mürtəza, Şeyx Tusi və Şeyx Səduqa atılan iftiraya cavab

Ömər cənnət əhli idi? - Seyyid Mürtəza, Şeyx Tusi və Şeyx Səduqa atılan iftiraya cavab

İhsan Zahir iddia edir ki, Möminlərin əmiri Əli (ə) və İbn Abbas Ömərin cənnət əhli olduğuna şahidlik ediblər. Bu iddiasına İbn Əbülhədid Mötəzilinin rəvayətini dəlil göstərib. Həmçinin iddia edib ki, Möminlərin əmiri Əli (ə) Ömərin cənnət əhli olduğuna inanırdı. Bu sözlərinə də yeni bir iddia ilə – guya İmam Əli (ə) Allahın hüzuruna Ömərin əməl dəftərindəki əməllərlə çıxmasını arzulayır iddiasını dəlil göstərir. Buna da üç böyük şiə alimlərinə nisbət verdiyi rəvayəti dəlil kimi təqdim edir. Bu alimlər: Seyyid Mürtəza, Şeyx Tusi və Şeyx Səduqdur.

İmamların Əbu Bəkr adında övladları olub?

İmamların Əbu Bəkr adında övladları olub?

Adqoymanı dəlil göstərməyin tənqidi

Bu iddia Əhli-Beytin (ə) öz övladlarına “Əbu Bəkr” adını qoymasından ibarətdir. İlahi İhsan Zahir bunu Əbu Bəkrə olan sevgi kimi təqdim etməyə çalışır.

Əbu Bəkr İmam Əliyə (ə) hədiyyələr verib?

Əbu Bəkr İmam Əliyə (ə) hədiyyələr verib?

İhsan Zahir İmam Əlinin (ə) birinci xəlifədən razılığına qəzavət və məşvərətlərdə iştirakı dəlil göstərir, aralarında dostluq münasibətlərinin olduğunu iddia edir. Digər cəhətdən də Əbu Bəkrdən hədiyyə qəbul etməsini bu dostluğa sübut kimi irəli sürür. İddiasına şiə kitablarından rəvayətlər təqdim edir. Həmin iddialara iki cəhətdən cavab vermək olar:

İmam Əli (ə) Əbu Bəkrin xilafətindən razı idi?

İmam Əli (ə) Əbu Bəkrin xilafətindən razı idi?

İhsan Zahir iddia edir ki, İmam Əli (ə) Əbu Bəkrin xilafətindən razı idi və bu razılığını əməli şəkildə göstərirdi. Onlarla birlikdə müamilə və hökm məsələlərində iştirak edir, hədiyyələr alır, ehtiyaclarını ona bildirir, arxasında namaz qılırdı.

İmam Əli (ə) Əbu Bəkrə beyət etdi?

İmam Əli (ə) Əbu Bəkrə beyət etdi?

İhsan Zahir “əl-Ğarat” kitabından nəql edir: “Orada Peyğəmbərin (s) əmisi oğlu, kürəkəni, qızının əri və iki nəvəsinin atası Əli ibn Əbu Talib (r) Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrə edilən beyəti xatırlayır, camaatın Əbu Bəkrə beyətə yönəldiyini və buna qaçaraq getdiklərini bildirir: “Həmin vaxt Əbu Bəkrin yanına gedib beyət etdim, təhlükəli hadisələrin qarşısını almağa səy göstərdim. Nəticədə batil puç olub aradan getdi. Kafirlər istəməsə də Allahın sözü ən üstün oldu. Əbu Bəkr xilafətin rəhbərliyinə keçdi. İş asanlaşdı, düzgün məcraya düşdü, bir-birinə yaxınlaşdılar və mötədil oldu. Nəsihətçi olaraq yoldaşlıq etdim, Allaha mütilik göstərilən şeylərdə ona itaət etdim”. 573

İmam Əli (ə) Əbu Bəkrin xilafətini qəbul edib?

İmam Əli (ə) Əbu Bəkrin xilafətini qəbul edib?

Bu hadisənin baş verdiyində bütün firqələr həmfikirdirlər. İxtilaf isə hadisədən sonra beyət edib-etməməsində, yaxud beyət baş verdisə bunun məcburən, yoxsa öz razılığı ilə etməsindədir. İmamın (ə) Əbu Bəkrin xilafətini inkar etdiyinə dair bəzi dəlillərə nəzər salaq.

Kufəlilərin İmam Cəfər Sadiqdən (ə) hədis nəql etməsi barədə Fərrac Suheybinin şübhəsinə cavab.

Əgər əhli-beyt (ə) məktəbinə qarşı hücumlar bu əsrdə, xüsusilə son illərdə daha şiddətli və kəskin olmasını desəm mübaliğə etmiş olmaram. Bu hücumların əksəriyyəti məhz sələfilər və dünya malına tamah salan bəzi ardıcıllarının tərəfindən həyata keçirilir. Bu hücumlar sələfi dövləti tərəfindən maliyyələşdirilir. Onlar şiəliyi daxildən parçalamaq, insanları şəkkə salacaq çoxlu sayda şübhələr yaratmaq istəyirlər. Nəticədə cəhalət zülmətini parçalamaq üçün araşdırma aparan insanlar qarşısında maneə yaradılır! Bununla da həmin şəxs təkfirçiyə çevrilərək insanları şirkdə ittiham edir və baş kəsən cəllada çevirilir!

İbn Teymiyyə: "Düşmənçilik səhabələrin bir-birlərinə qız alıb-verməsinə maneə deyil."

Əsrlərdir bəziləri Ömərin Ümm-Gülsümlə nikahı əfsanəsinə istinad edərək, xəlifələrlə Əhli-Beyt arasında məhəbbət və dostluq olduğunu iddia edirlər. Adıçəkilən əhvalatın gülünc və əsassız bir iddiadan başqa bir şey olmasına baxmayaraq, İbn Teymiyyə əl-Hərranidən gətirəcəyimiz aşağıdakı sitat bu və bu kimi iddialara tutarlı cavab olacaq.

Şiə mənbələrində "Allah dəvənin üzərində yer üzünə nazil olar" hədisi şübhəsinə cavab

Sələfi (vəhhabi) etiqadının təbliğçiləri öz batil tövhid inanclarını insanlara təbliğ etdikləri bəs deyilmiş kimi, hələ Alahın bu cür cismləşdirilməsinin şiə etiqadında da olduğunu iddia etmək istəyirlər. İslamda tövhid inancı barədə az-çox məlumatı olanlar şiə etiqadında əsla belə bir inancın yeri olmadığını bilirlər. Bəzi milli vəhhabi saytlarında yer verilmiş bir hədis haqqındakı şübhəyə səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin məqaləsi ilə cavab veririk.

"Qiyamət günü Allah mömin bəndəni, mömin də Rəbbini qucaqlayacaq" hədisi səhihdir?

Sələfilər (vəhhabilər) elə düşünürlər ki, hamı Allah barədə onların batil əqidələrində olmalıdır. Hətta şiə hədislərini də çalışırlar öz əqidələrinə uyğun insanlara çatdırsınlar. Bu yöndə istifadə etdikləri bir rəvayəti diqqətinizə çatdırırıq.

əl-Usul əs-Sittə aşərə kitabı səh: 54-də deyilir.

Əhli-sünnə mənbələrində xanım Aişənin Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə kobud rəftarı

Əhli-sünnə mənbələrində mövcud olan bir sıra rəvayətlər sübut edir ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) həyat yoldaşı Aişə bəzən o həzrətlə kobud rəfrat etmişdir. Hətta bu kobudluq bəzi yerlərdə o həzrətin peyğəmbərliyinə şübhə etməklə də nəticələnmişdir. Həm də bu məsələni aqressiv şəkildə həzrətin özünə də bildirmişdir.

Əllamə Mürtəza əl-Əskəri - "Qəza və qədər"

Bağışlayan və mehriban Allahın adı ilə

Cəbr, təfviz və ixtiyar

1. “Cəbr” sözü leksik baxımdan: “Cəbr” sözü “cəbərə” – “məcbur etmək” sözündən düzəlmişdir. Ərəblər deyirlər: “Cəbərəhu ələl-əmr” və ya: “əcbərəhu ələl-əmr”, yəni, Əhməd Əlini filan işi görməyə məcbur etdi, vadar etdi.

“İfk” ayələri – Nur surəsinin 11-12-ci ayələri - Mariya, yoxsa Aişə barəsində nazil olub?

"İfk" ayələri:

Allah-taala Nur surəsinin 11 və 12-ci ayələrində buyurur:

“Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir! Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?”.

"Əhli-sünnə vəl-cəmaat Əhli-beytə (ə.s) tabedirlərmi?", yaxud "Əhli-beyt (ə.s) elə əhli-sünnə idilərmi?"

Tez-tez qarşılaşdığımız, geniş yayılmış şübhələrdən biri budur ki, guya Əhli-beyt imamlarının (əleyhimussəlam) şiəliklə heç bir əlaqəsi yoxdur və onların əsl əqidələri elə əhli-sünnə mənbələrində öz əksini tapmışdır, çünki bu imamlar (əleyhimussəlam) elə əhli-sünnə imamlarıdır. Bu iddia gülünc görünsə də, əsasən iki məqsədə xidmət edir:

Страница 1 из 3123»