»»

Hz. Əbu Talibin (r.ə) imanı şiə və sünni mənbələrində

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi Hz. Əbu-Talib (ə) İslamın çətin vaxtlarında Peyğəmbərin (s) köməkçisi olmuş, onu kafirlərdən qorumuşdur. O dünyasını dəyişəndən sonra müsəlmanların vəziyyəti daha da çətinləşdi. Yəni, Əbu Talibin (ə) Peyğəmbərə (s) köməyi bu qədər əhəmiyyətli idi. Buna baxmayaraq əhli-xilaf Əbu Talibin (ə) müsəlmanlığına tərəddüd edir və “Əbu Talib müsəlmandırmı?” deyə sual verir (buna cürət edir).  Amma bunun müqabilində əhli-xilaf Əbu Süfyan, Müaviyə və bunlar kimi münafiqləri səhabə adlandırırlar. İnşallah bu mövzuda həm şiə, həm də sünni mənbələrindən səhih hədislərlə Əbu Talibin (ə) müsəlman olduğunu sübut edəcəyik.

1.Şiə mənbəli hədislərƏbu Talibin (ə) imanlı bir şəxs olduğuna dair müsəlmanlar arasında heç bir şübhə yoxdur və İslami mənbələrdə bu mövzudakı hədislər mütavatirdir. Bu hədisləri Himyəri, Kuleyni və Səduq başda olmaqla bir çox mühəddis müxtəlif sənədlərlə imam və səhabələrdən rəvayət etmişdirlər.

Üç İmamın – İmam Rza, İmam Hadi və İmam Həsən Əsgərinin (ə) səhabələrindən biri olan Abdullah b. Cəfər əl-Himyəri (r.ə) “Qurbul-İsnad” kitabında bu hadisə haqqında belə rəvayət edib:

حدثني السندي بن محمد قال: حدثني صفوان بن مهران الجمال ، عن أبي عبد الله عليه السلام قال: «قال رسول الله صلّى الله عليه وآله: إني مستوهب من ربي أربعة، وهو واهبهم لي إن شاء الله تعالى: آمنة بنت وهب ، وعبد الله بن عبد المطلب ، وابو طالب بن عبدالمطلب؟ ورجل من الأنصار جرت بيني وبينه ملحة

Mənə Suddi b. Muhəmməd dedi: Səfvan b. Mehrən əl-Cəmmal mənə Əbu Abdullahdan (İmam Sadiq (ə)) rəvayət etdi, dedi: “Rəsulullah (s) dedi: “Mən Rəbbimdən dörd nəfərin bağışlanmasını istəmişəm və inşallahu-Təala onlar bağışlanacaq. Bunlar Əminə binti Vəhəb, Abdullah ibn Əbdülmüttəlib və Əbu Talib ibn Əbdülmüttəlibdir.”

Himyəri (r.ə), “Qurbul İsnad”, səhifə 56, hədis 183

Hədisin sənədindəki hər iki ravi siqə (etibarlı) və imamların (ə) səhabələrinin seçilmişlərindəndir. Hədisin isnadı müttəsildir.

iman-ebu-talib-kuleyni iman-ebu-talib-kuleyni1 iman-ebu-talib-kuleyni2

Şəkildəki kitab Kuleyninin (r.ə) “əl-Kafi” kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن هشام بن سالم، عن ابي عبدالله (عليه السلام) قال: إن مثل أبي طالب مثل أصحاب الكهف أسروا الايمان وأظهروا الشرك فآتاهم الله أجرهم مرتين

Əli ibn İbrahim mənə atasından, o ibn Əbu Umeyrdən, o Hişam ibn Səlimdən, o da Əbu Abdullahdan (İmam Cəfəri Sadiq (ə)) rəvayət etdi, dedi: “Əbu Talib, Əshabi-Kəhfə bənzəyir. Onlar da imanlarını gizli saxlayıb, şirki aşkara çıxarmışdılar. Buna görə Allah onları iki dəfə mükafatlandırdı.”

الحسين بن محمد ومحمد بن يحيى، عن أحمد بن إسحاق، عن بكر بن محمد الازدي، عن إسحاق بن جعفر، عن ابيه (عليه السلام) قال: قيل له: إنهم يزعمون أن أبا طالب كان كافرا؟ فقال: كذبوا كيف يكون كافرا وهو يقول:  ألم تعلموا أنا وجدنا محمدا * نبيا كموسى خط في أول الكتب

Hüseyn ibn Muhəmməd və Muhəmməd ibn Yəhya mənə Əhməd ibn İshaqdan, o Bəkir ibn Muhəmməd əl-Yezdidən, o da İshaq ibn Cəfərdən rəvayət edib dedi: “Atama (imam Sadiq (ə)) dedilər: “Onlar (nasibilər) “Əbu Talib kafirdir” deyirlər, bu barədə nə deyirsən?” İmam (ə) dedi: Yalan deiyirlər. Necə ola bilər?! O deyildimi bunları deyən, ki: “Bilməzlər ki, biz Muhəmmədi (s) tapdıq – bir peyğəmbər kimi… Musa kimi, ilk kitablarda (adı) yazılıb.”

Kuleyni (r.ə), “əl-Kafi”, 1/274, Höccət Kitabı, hədis 28-29

Bu hədislərin də hər ikisinin raviləri etibarlıdır və səhabələrin seçilmiş və dəyərli şəxsiyyətləridir. Şeyxul İslam Əllamə II Məclisi (r.ə) “əl-Kafi” şərhində ilk hədisin həsən, ikinci hədisin səhih olduğunu deyib. Baxın:  II Məclisi (r.ə), “Miratul Uqul”, 5/253

Şeyx Səduq (r.ə) da Əbu Talibin (ə) vəziyyəti haqqında “Məanil-Əxbar” , “Əmali” və “Kəmal əd-din” kitablarında müxtəlif sənədlərlə hədislər rəvayət etmişdir. Şeyx Səduq (r.ə) deyir:

حدثنا الحسين بن إبراهيم بن أحمد بن هشام المؤدب ، وعلي بن عبد الله الوراق ، وأحمد بن زياد الهمداني ، قالوا : حدثنا علي بن إبراهيم بن هشام ، عن أبيه ، عن محمد بن أبي عمير ، عن المفضل بن عمر قال قال أبو عبد الله عليه السلام : أسلم أبو طالب – رضي الله عنه – بحساب الجمل – وعقد بيده ثلاثة وستين – ثم قال عليه السلام : إن مثل أبي طالب مثل أصحاب الكهف ، أسروا الايمان وأظهروا الشرك فآتاهم الله أجرهم مرتين

Mənə Hüseyn ibn İbrahim, Əli ibn Abdullah əl-Vərraq və Əhməd ibn Ziyad əl-Həmədani rəvayət edib, dedilər: Əli ibn İbrahim bizə atasından, o Muhəmməd ibn Əbu Umeyrdən, o da Müfəddəl ibn Ömərdən rəvayət edib dedi: Əbu Abdullah (İmam Sadiq (ə)) dedi: “Əbu Talib cümməl hesabı ilə müsəlman olmuşdur.” Sonra əli ilə 63 rəqəmini göstərdi və belə dedi: “Əbu talibin misalı Əshabi-Kəhfin misalı kimidir. Onlar da imanlarını gizlədib, şirki aşkar etmişdilər. Buna görə Allah onları iki dəfə mükafatlandırdı.

Səduq (r.ə), “Məanil Əxbar”, səhifə 285, hədis 1

حدثنا محمد بن الحسن بن أحمد بن الوليد ( رضي الله عنه ) ، قال حدثني الحسن بن متيل الدقاق ، قال : حدثني الحسن بن علي بن فضال ، عن مروان بن مسلم ، عن ثابت بن دينار الثمالي ، عن سعيد بن جبير ، عن عبد الله بن عباس ، أنه سأله ، رجل فقال له : يا بن عم رسول الله ، أخبرني عن أبي طالب ، هل كان مسلما ؟ فقال : وكيف لم يكن مسلما ، وهو القائل : وقد علموا أن ابننا لا مكذب ….. لدينا ولا يعبأ بقيل الا باطل إن أبا طالب كان مثله كمثل أصحاب الكهب حين أسروا الايمان وأظهروا الشرك ، فآتاهم الله أجرهم مرتين

Mənə Muhəmməd ibn Həsən (r.a) ibn Vəlid rəvayət etdi, dedi: mənə Həsən ibn Meysəl Dəqqaq rəvayət etdi, dedi: Həsən ibn Əli əl-Fəddal mənə atasından, o Mərvan ibn Müslimdən, o Sabit ibn Dinar əs-Sumalidən, o da Səid ibn Cübeyrdən rəvayət etdi, dedi: bir nəfər Abdullah ibn Abbasa dedi: “Ey Rəsulullahın (s) əmisi oğlu! Mənə Əbu Talibdən xəbər ver, o müsəlman idimi?” İbn Abbas dedi: “Müsəlman olmaması mümkündür?! O belə deyirdi: “Bilirlər ki, bizim oğlumuz yalançı deyil! Bizdə də batil sözlərə etibar edilmir!” Əbu Talibin misalı Əshabi-Kəhfin misalıdır, onlar da imanlarını gizlədib, şirki aşkar etmişdilər. Buna görə də Allah onları iki dəfə mükafatlandırdı.”

Səduq (r.ə), “Əmali”, səhifə 712, hədis 980

حدثنا محمد بن الحسن رضي الله عنه قال : حدثنا محمد بن الحسن الصفار ، عن أيوب بن نوح ، عن العباس بن عامر ، عن علي بن أبي سارة ، عن محمد ابن مروان ، عن أبي عبد الله عليه السلام قال : إن أبا طالب أظهر الكفر وأسر الايمان فلما حضرته الوفاة أوحى الله عزوجل إلى رسول الله صلى الله عليه وآله أخرج منها فليس لك بها ناصر . فهاجر إلى المدينة

Mənə Muhəmməd ibn Həsən (r.a) rəvayət etdi, dedi: Muhəmməd ibn Həsən əs-Səffar mənə Əyyub ibn Nuhdan, o Abbas ibn Umarədən, o Əli ibn Əbi Səradan, o Muhəmməd ibn Mərvandan, o da Əbul Abdullahdan (imam Sadiqdən (ə)) rəvayət etdi, dedi: “Əbu Talib (təqiyyəyə görə) küfrü aşkar etmiş və imanı gizlətmişdi. Və o öləndə Allah-Təala Rəsulullaha (s) belə vəhy etdi: “Artıq Məkkədən çıx; çünki burda sənin köməkçin yoxdur.” Bundan sonra Peyğəmbər (s) Mədinəyə getdi.”

Səduq (r.ə), “Kəmal əd-din”, səhifə 174, hədis 31

Bu üç hədisin də sənədindəki ravilər etibarlıdır və isnadı müttəsildir.

2.Sünni mənbəli hədislər: İbni Hişam, Əbu Yəla, İbni Əsakir kimi əhli-sünnənin hədis və tarix alimləri Əbu Talibin (ə) dediyi şeirləri və Qureyş müşrikləri ilə söhbətlərini səhih sənədlərlə rəvayət ediblər. İndi bunları sünni kitablarına istinadən sizə təqdim edəcəyik.

iman-ebu-talib-ibni-hisam iman-ebu-talib-ibni-hisam1 iman-ebu-talib-ibni-hisam2

Şəkildəki kitab İbn Hişamın “Sirətun Nəbəviyyə” adlı kitabıdır. İşarələdiyimiz yerdə bu ifadələr var:

 فلما خشي أبو طالب دهماء العرب أن يركبوه مع قومه ، قال قصيدته التي تعوذ فيها بحرم مكة وبمكانه منها ، وتودد فيها أشراف قومه ، وهو على ذلك يخبرهم وغيرهم في ذلك من شعره أنه غير مسلم رسول الله صلى الله عليه وسلم ، ولا تاركه لشيء أبدا حتى يهلك دونه ، فقال

Əbu Talib Ərəb camaatının öz qövmü ilə birgə onu sıxışdırmalarından və zərər vermələrindən qorxduqda Məkkə Hərəminə və bu Hərəmin ərəblərin gözündəki etibarına sığındığını və içindəki cümlələrlə qövmünün böyüklərinin məhəbbətini cəlb etməyə çalışdığı bu qəsidəni oxudu. Bu qəsidədə ərəblərə Rəsulullahı (s) heç kimə təslim etməyəcəyini və ölənə qədər onu köməksiz qoymayacağını ifadə edərək belə dedi:

 لقد علموا أن ابننا لا مكذب * لدينا ولا يعنى بقول الأباطل

Bilirlər ki, bizim oğlumuz yalançı deyil. Bizdə də batil sözlərə etibar edilmir!

Bu qəsidəni rəvayət edəndən sonra İbn Hişam deyir:

قال ابن هشام : هذا ما صح لي من هذه القصيدة

İbn Hişam dedi: Bu qəsidənin bu qədəri mənə səhih yollarla çatmışdır.

İbn Hişam, “Sirətun Nəbəviyyə”, 1/296-304

Bu qəsidəni başqa bir əhli-sünnə alimi İbn Kəsir “Əl-Bidayə vən-Nihayə” adlı tarix kitabında İbn Hişamdan rəvayət etdikdən sonra deyir:

قلت: هذه قصيدة عظيمة بليغة جداً لا يستطيع يقولها إلا من نسبت إليه

Mən də (İbn Kəsir) deyirəm: Bu həqiqətən bəlağətli və şahəsər bir qəsidədir. Bunu ancaq Əbu Talib kimi bir şəxsiyyət deyə bilərdi.

İbn Kəsir, “əl-Bidayə vən Nihayə”, 3/74

Yenə İbn Hişam bundan başqa Əbu Talibin (ə) bir şeirini də rəvayət edib ki, bu şeirdə İslam Peyğəmbərinin (s) Musa (ə) kimi bir peyğəmbər olduğunu deyir:

iman-ebu-talib-ibni-hisam iman-ebu-talib-ibni-hisam3

Şəkildəki kitab İbn Hişamın “Sirətun-Nəbəviyyə” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadə var:

 قال ابن إسحاق : فلما اجتمعت على ذلك قريش ، وصنعوا فيه الذي صنعوا . قال أبو طالب

İbn İshaq dedi: Qureyşlilər müsəlmanlara qarşı çıxmaq üçün yığışıb sənəd hazırladıqda Əbu Talib bir şeir oxudu:

 ألا أبلغا عني على ذات بيننا     لؤيا وخصا من لؤي بني كعب
ألم تعلموا أنا وجدنا محمدا     نبيا كموسى خط في أول الكتب
وأن عليه في العباد محبة   ولا خير ممن خصه الله بالحب

Bəqə bizdən duyurun. Lüeyyə və xüsusilə Lüeyy ibn Kəbə.
Bilmirsiniz ki, biz Muhəmmədi tapdıq. Əvvəlki kitablarda yazılan Musa kimi bir Peyğəmbər olaraq.
Qullar ona məhəbbət bəsləməkdə vəzifələndirilib. Allahın sevdiyi kəsə düşmənlikdə bir xeyir yoxdur. 

İbn Hişam, “Sirətun Nəbəviyyə”, 1/376

iman-ebu-talib-albani iman-ebu-talib-albani1 iman-ebu-talib-albani2

Şəkildəki kitab əhli-xilaf mühəddis Albaninin “Silsilətu əhadis əs-Səhiha” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:

رواه ابن عساكر (11 / 363 / 1، 19 / 44 / 201) من طريق أبي يعلى وغيره كلاهما عن يونس بن بكير أنبأنا طلحة بن يحيى عن موسى بن طلحة حدثني عقيل بن أبي طالب قال: جاءت قريش إلى أبي طالب فقالوا : أرأيت أحمد ؟ يؤذينا في نادينا ، و في مسجدنا ، فانهه عن أذانا ، فقال : يا عقيل ، ائتني بمحمد ، فذهبت فأتيته به ، فقال : يا ابن أخي إن بني عمك زعموا أنك تؤذيهم في ناديهم ، و في مسجدهم ، فانته عن ذلك ، قال : فلحظ رسول الله صلى الله عليه وسلم ببصره ( و في رواية : فحلق رسول الله صلى الله عليه وسلم ببصره ) إلى السماء فقال : فذكره . قال : فقال أبو طالب : ما كذب ابن أخي . فارجعوا

İbn Əsakir Əbu Yəla və başqaları bunları hamısı Yunun ibn Buqeyrdən, o Təlhə ibn Yəhyadan, o Musa ibn Təlhadan, o da Əqil ibn Əbu Talibdən belə rəvayət edir: Qureyşlilər, Əbu Talibin yanına gələrək “qardaşın oğlu Muhəmməd, məclisimizə və bizə əziyyət verir. Ona bundan çəkinməsini de. Artıq bizə ilişməsin.” dedilər. Əbu Talib də: “Ey Əqil! Qaç get və mənə Muhəmmədi (tap) gətir.” dedi. Mən də qaça-qaça Muhəmmədin evinə getdim. Onu günortanın istisində atamın yanına gətirdim. Yanına gəldikdə Rəsulullaha (s) belə dedi: “Əmim oğulları olan bu Qureyşlilər məclislərində onlara əziyyət verdiyini iddia edirlər. Onlara əziyyət verməkdən əl çək.” Rəsulullah (s) gözünü səmaya dikdi və dedi: “Bu Günəşi görürsünüz?” Onlar da “Bəli” dedikdə Rəsulullah (s) belə buyurdu: “Vallahi, mənim üçün mənim üçün göndərildiyim vəzifəyi yerinə yetirmək , hər hansı birinizin bu Günəşdən bir atəş parçası qoparmasından daha asan deyil!”  Əbu Talib də belə dedi: “Vallahi, qardaşım oğlu əsla yalan danışmayıb. Belə isə, gedin.”

Hədisi rəvayət etdikdən sonra Albani deyir:

قلت : و هذا إسناد حسن رجاله كلهم رجال مسلم و في يونس به بكير و طلحة ابن يحيى كلام لا يضر

Mən (Albani) deyirəm ki: “Bu isnad həsəndir, ricalların hamısı Müslimin ricallarıdır.”

Albani, “Silsilətu əhadis əs-Səhiha”, 1/194, hədis 94

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе