»»

Hidayət olanlar 40 - Xose Luis

Adı: Xose Luis

Ölkə: Meksika

Keçmiş dini (Məzhəbi): Xristian (katolik)

 

 

Mən 50 yaşımda İslamı qəbul eləmişəm, Katolik idim indi isə Şiəyəm. Və Məşhədə İmam Rzanı (ə) ziyarət eləməyə gəlmişəm. Mən İmam Rza (ə) haqqında kitablar oxumuşam , O, çox müqəddəs şəxsdir. Mən Əhli Beyt (ə) haqqında kitablar oxumuşam və onları çox sevirem.

Mən Meksikada doğulmuşam və orada hər kəs Katolikdir və onlar Allahı ata,oğul və müqəddəs ruh kimi təsvir edirlər. Mən bunu başa düşmürdüm. İslam haqqında oxuduqda gordum ki, müsəlmanlar Allah təkdir deyir. Bu yanaşma daha dogru və məntiqlidir.

Sonralar mən Şiəlik haqqında oxumağa başladım, dəqiq və mükəmməl olduğu üçün çox bəyəndim. Və Mən Şiə olmaq qərarına gəldim və Şiə olduğum üçün də xoşbəxtəm.

Meksikada Holliyvud kinoları, reklamlar CNA ABS, kimi təbliğat kanalları var ki, İslam haqqında yanlış məlumatlar yayırlar. Onlarda İslama qarşı nifrət və qorxu (İslamafobiya) vardır, Və onlar Meksika camaatına İslamın yanlış və terror olmasını aşılayırlar.

Amma həqiqi müsəlman olub, gündə 5 dəfə namaz qılan yaxşı insanları gördükdə başa düşürsən ki, Amerika və Holliyvud və digərləri müsəlmanlar haqqında yalan deyirlər. İslam gözəl fəlsəfəyə sahib olan ecazkar bir dindir.

Mənim qeyri müsəlman olanlara məsləhətim bu ola bilər ki, Quranı oxusunlar, İslam və Əhli Beyt haqqında kitablar oxusunlar, və görsünlər Onlar necə möhtəşəm şəxslərdir.

 

Рейтинг

В этом разделе