»»

Peyğəmbər olmayan şəxslərin ölüləri diriltməsi

Daima müşahidə etmişik ki, şiə məzhəbinə müxalif olanlar Əhli-beytin (əleyhimussalam) bir çox möcüzələrini həddi aşmaq kimi qələmə vermiş və onları qəbul etməmişlər. Bu möcüzələrdən biri də ölülərin dirildilməsidir.

Şiə məzhəbinin müxalifləri, onların bir çox alimləri bu kəramətlərin Peyğəmbər olmayan şəxslər tərəfindən də baş verməsini öz kitablarında qeyd etdikləri bir halda, bu möcüzələrin Əhli-beyt (əleyhimussalam) tərəfindən baş verməsini inkar etmiş və bunu ğuluv (həddi aşmaq) adlandırmışlar.

Müxaliflərimizin böyük alimlərindən olan İbn Teymiyyə Hərrani Hənbəli özünün "ən-Nubuvvat" kitabında  belə yazır: "Bəzən ölüləri diriltmək peyğəmbərlərin tərəfdarlarının əli ilə həyata keçir. Necə ki, bu ümmətdən olan bir tayfanın və İsanın tərəfdarlarından bəzilərinin əli ilə də həyata keçmişdir”.

(Mənbə: İbn Teymiyyə əl-Hərrani Hənbəli, (Əbul-Abbas Əhməd Əbdul-Həlim) (vəfatı 728-ci hicri ili), “ən-Nubuvvat”, səh 807-808, Kitabın mühəqqiqi: Əbdul-Əziz ibn Saleh, Naşir: “Əzvaus-sələf”, Səudiyyə, Riyad, birinci çap, 1420 hicri, 2000-ci miladi ili)

Bu kitabın sələfi olan mühəqqiqi İbn Teymiyyənin bu sözünün izahında belə yazır: "Əllamə İbn Kəsir, Muhəmməd (sallallahu əleyhi və alih) ümmətində baş vermiş bir çox ölülərin dirildilməsi qissəsi nəql etmişdir".

(Həmin mənbə, səh.808)

Həmçinin İbn Teymiyyə həmin kitabının digər bir yerində belə yazır: "... Ölüləri diriltməkdə peyğəmbərlərdən bir çoxu, hətta bəzi saleh şəxslər şərikdirlər".

(Həmin mənbə: səh.821)

  

 

 

Mürtəza Heydəri

Besiret.az

Рейтинг

В этом разделе