»»

Peyğəmbərin (s.a.a) mövludunu keçirtmək olmaz, amma Muhəmməd ibni Əbdulvəhhabın mövludunu olar?

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

 

 

Sələfi alimlərdən olan Şeyx Muhəmməd ibni Saleh ibni Useymin Peyğəmbərin (s.a.a) mövludu barədə yazır:

 

"Şəri cəhətdən ihtifal (anım məqsədi ilə bir yerə toplaşmaq) heç bir əsasa malik deyil. Əgər olsaydı Rəsulullah (s.a.a) edərdi və ümmətinə də çatdırardı və onlar da bu işi görərdilər."

 

"Məcmu fətava və rəsail", ibni Useymin, cild 2, səh. 297

 

Başqa bir sələfi alimi Şeyx Bin Baz isə bu mövzuda deyir:

 

"Müsəlmanlar üçün caiz deyil ki, Rəsulullah (s.a.a) üçün mövlud keçirtsinlər, istər Rəbiuləvvəl ayının 12-si, istərsə də başqa vaxt, həmçinin başqaları üçün və özü üçün də mövlud keçirtmək olmaz. Mövlud üçün bayram keçirtmək dində olan bidətlərdən biridir, Rəsulullah (s.a.a) da öz həyatı zamanı bu işi görməyib, səhabə, raşidi xəlifələr, tabeinlər də bu işi görməyib. Beləliklə məlum olur ki, bu iş bidətdir."

 

"Məcmu fətəva və məqalat mutənəvviə", Bin Baz, cild 4, səh. 289. 

 

Ancaq elə həmin Bin Baz sələfilərin düz bir həftə bayram etdikləri Muhəmməd ibn Əbdulvəhhabın mövludu barədə belə bir fətva verir:

"Sələfi saleh məzhəbini və Muhəmməd ibni Əbdulvəhhabın dəvətini yad etmək, insanlara tanıtdırmaq və insanları Rəsulullah (s.a.a), səhabələr və tabeinin gətirdiyi şeyə bağlanmağa təşviq etmək, vacib əmrdir və Allaha yaxınlaşdıran ən böyük şeylərdəndir." 

"Məcmu fətəva və məqalat mutənəvviə", Bin Baz, cild 1, səh. 382

Onlar deyirlər ki, Rəsulullah (s.a.a) mövlud etmədiyinə görə bidətdir, məgər Muhəmməd ibni Əbdulvəhhab özünə düz bir həftə mövlud etmişdir? Məgər hər il onun mövludunu keçirtmək dinin bir hissəsidir? Və ən əsası, Muhəmməd ibni Əbdulvəhhabın mövludunu keçirtmək Allaha yaxınlaşdırır, amma Peyğəmbərin (s.a.a) yox?

 

 (c) Mahdi.az

Рейтинг

В этом разделе