»»

Hidayət olanlar 41 - Tohay Haya

Adı: Tohay Haya

Ölkə: Yaponiya

Keçmiş dini (Məzhəbi): Buddist

Yapon əsillidir və memarlıq mühəndisliyi üzrə diploma sahibdir. O bir vaxtlar miladdan altı əsr öncə Buddanın gətirdiyi fikri cərəyana mənsub idi. Lakin o, Buddanın teoloji mövzular haqda danışmaıdğını və onun teoloji və metafizika mövzularından çəkindiyini gördü. Hətta bəzən Budda Allahı sübut etməkdən daha çox Onu inkar etməyə yönəlirdi. Halbuki, insan fitrəti hər bir eyib və nöqsandan pak olan Alllahın varlığıa inanır.

Həmçinin o, Budanın dəvətinin insanları rahibliyə, cəmiyyətdən ayrılmağa və meşələrdə yaşamağa yönəltdiyini və bu metodun mənfi metod olduğunu, habelə, bunu bütün insanların edə bilməsinin mümkünsüz olduğunu anladı. Həmçinin hisslərə və ya kəşkülə və yalvarışa yönəlik Buddanın davamçılarına vacib etdiyi dostluq cəmiyyəti tənbəlliyə, geriliyə və asılılığa sürükləyir. Buna görə də o, qəlbini və vicdanını xatircəm edəcək bir din barəsində axtarış aparmağa başladı.

İslam dinini tapana qədər bu axtarış davam etdi. O, İslamın Allah tərəfindən peyğəmbərlərinin sonuncusu Muhəmməd ibn Abdullaha (s) endirildiyini anladı. Bu din elə kamil və əhatəli bir dindir ki, İnsana zəif bucaqdan baxmır və Buddanın dəvətinə xilaf olaraq öz qanuniliyini Allahdan alır. Çünki Buddizm dini sadəcə olaraq tətbiq edilən ruhi təcrübədir.

Belə ki, bu təcrübədən sonra Budda onu narahat edən, qəm və ağrılara səbəb olan şübhələrdən azad olduğunu hiss etmişdir. Elə ki, Budda bu mərhələyə yetişdi, insanları da ona dəvət etməyə başlamışdır. Buna görə də qardaş (yəni Tohay Haya) Peyğəmbərin (ə) Allah tərəfindən gətirdiyi İslam dinini qəbul etmək qərarına gəldi. O dini ki, hər bir nişanəsi möcüzələrlə doludur. Belə nişanələrdən biri də bu ilahi kitabdır ki, insanı kəramətləndirmiş, dünya və axirət xoşbəxtliyinə yetişsin deyə onun üçün şəriət təyin etmişdir.              

Рейтинг

В этом разделе