»»

Hidayət olanlar 42 - Məhəmməd Bojəl

Adı: Məhəmməd Bojəl

Ölkə: Qvineya

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

 

Mənim adım Məhəmməd Bojəldir. Mən Qərbi Afrikadakı Qvineyanın Konakri şəhərindənəm. 50-ci illərdə bu ölkədə mövcud olan yeganə təriqət sufizmə aid olan Malikilikdir. O illərdən sonra sələfi təriqəti bu ölkəyə təqdim olundu və bu iki təriqətin arasında münaqişələr yaranmağa başladı. Bir müddət sonra şiəlik təlimi bu ölkəyə təqdim olundu. Və münaqişələr malikilərdən sələfilər və şiələr arasına keçdi. Allaha şükürlər olsun ki, mən də bu münaqişədə doğrunu yanlışdan göstərmək üçün iştirak edirəm. Mən bu məzhəblər arası münaqişələr başlayanda ərəb və fransız məktəblərində təhsil alırdım. Mən fikirlər və məzhəblər arasında fərq gördüm və bununla bağlı araşdırma aparmağa başladım. Mən araşdırmağa başlayanda 16-17 yaşlarında idim. 2004-cü il idi, mən əyalətdən çıxıb Qvineyanın paytaxtına köçəndə orda böyük məzhəblər arası münaqişə gedirdi. Mən hər iki tərəfin mühaziirələrində iştirak etməyə başladım. Təbii olaraq insan bir şey haqqında eşidəndə onun barəsində öyrənmək istəyir və maraqlanmağa başlayır, bu barədə daha çox şey kəşf edir. Bir gün mən bu mühazirələrdən birinə getmişdim və onlar şiələr haqqında danışırdılar. Mənim İslam seminariyasında təhsil alan bir dostum var idi, amma biz bilmirdik ki, o, şiədir.

Mən ondan soruşdum ki, sən şiələr haqqında nəsə bilirsən? O dedi ki, bilirəm. O, mənə onlar haqqında bəzi şeylər dedi. Mən öz-özümə düşündüm ki, ya o, şiələri müdafiə edir ya da o özü şiə olub, ona görə də mənə həqiqəti demək istəmir. Mən ondan bu barədə bir neçə dəfə soruşdum. Hətta o dəstəmaz alanda onu müşahidə edirdim. O, bunu insanların qarşısında eləmək istəmirdi. O, yoxa çıxırdı və sonra gəlib bizimlə dua edirdi. Mən onu görəndə ondan dəstəmaz haqqında soruşdum. Biz bu barədə və başqa məsələlər barədə müzakirə aparırdıq. Bir gün mən onunla onun təhsil aldığı seminariyaya getdim. Gördüm ki, şiələr də bizim kimi normal insanlardır. Onların bəziləri Qvineyadan idi və başqa yerlərdən daha çoxları var idi. O zaman mən onlar haqqında araşdırmaq istəyirdim və bilmək istəyirdim ki, onları başqa məzhəblərdən nə fərqləndirir. Beləliklə mən öz araşdırmamı aparmağa başlamaq üçün bir plan hazırladım.

Mən araşdırmağa əqidə, məzhəb, fiqh və əxlaq haqqında araşdırmalardan başladım. Əqidə və fiqh nədir? Mən əxlaq haqqında oxudum. Bu əxlaq normaları başqalarından çox da fərqli deyildi. Amma onlarda qüdrətli Allaha bağlılıq daha dərin idi. Şiəlik haqqında oxuduğum ilk kitab çox əhəmiyyətli idi. Mən kitabı açdım və ilk gördüyüm İmam Baqir əleyhissəlamın Yezid Əl Cufi ilə danışığı haqqında hədis idi. Mən ancaq onun birinci hissəsi barədə deyəcəm. Çünki çox uzun hekayətdir. İmam Baqir (ə) deyib ki, sən gərək biləsən ki, əgər bütün dünya yığılıb desə ki, sən pis adamsan bununla sən pis adam olmazsan, yaxud da desələr ki, sən yaxşı adamsan bununla da sən yaxşı adam olmazsan. Sadəcə Allahının kitabını oxu. Əgər özünü onun içindəkilərə tabe olan görürsənsə deməli sən bizim şiəmizsən. Və bu zaman insanların sənin barəndə nə düşündüklərinə əhəmiyyət verməyəcəksən. Əgər sən Qurana yaxın olsan onda sənə kim qalib gələ bilər?

Bu sözlər mənim ürəyimə girdi və hiss etdim ki, bundan ibrət götürməliyəm. Ya mən gərək hədisdə deyildiyi kimi Qurana qarşı dürüst olam, ya da mən insanların əksəriyyəti kimi olam. Və onların Allahın müqəddəs kitabı barədə rəylərini və onu pozmalarını düşündüm. O zaman mən tərəddüd etməyə başlamışdım. 2004-dən başlayaraq 2005-2006-cı ilə qədər mən təklikdə Cəfəri təliminə tabe olurdum. Amma ictimaiyyət arasında isə xalqın hərəkət etdiyi kimi hərəkət edirdim. 2006-cı ildə mən qərara gəldim ki, İmam Əli əleyhissəlamın vilayətinə bağlı olum. Və qərara gəldim ki, mənim yoluma çıxan hər bir çətinliyi aşım.

Bəzi ərəb ölkələrindən öz məzhəblərini inkişaf etdirmək və başqalarını təhrif etmək üçün maliyyələşən alimlər hətta onlar həqiqəti bilsələr belə onlar heç vaxt etiraf edə bilməzlər. Çünki pul onların gözlərini örtüb kor edib. Bəzi alimlər hələ də məni kafir hesab edir. Amma bu cür düşüncə bazarlarından maliyyələşməyən başqa insanlar da var ki, həqiqəti qəbul edə bilirlər. Və bir müddət sonra bu yolu seçərək fikirərini dəyişirlər. Hətta bunu etməsələr belə şiələrə qarşı düşmən mövqeyində olmurlar. Həyatımda çox şeylər dəyişdi. Mən psixoloji baxımdan yüngülləşdim. Bilirsinizmi, insan hətta onun pulu və ya heç nəyi olmasa belə insan uca Allaha daha yaxın getdikcə və onunla əlaqədar olduqca ruhu sakitliyə nail olur. O sadəcə rahat olur. Çox çətin vəziyyətlərdən insanın keçməyi onun üçün çox asan olur.

Biz Əhli-Beyt (ə) haqqında ümumi şeyləri bilirdik, biz onlar haqqında çox şeyi bilmirdik. Biz bilmirdik ki, Əhli-Beyt 12 İmam tərəfindən təmsil olunur yaxud onlar aqildirlər və Cəfəri ailələridirlər və s. Əhli Beyt bizim üçün sirli idi. O, aydın deyildi ki, Əhli Beyt peyğəmbərin ailəsidir və 12 məsumdur. Hətta o zaman biz oxuyurduq ki, “Ey ev əhli, Allah sizdən günahınızı silib aparmaq və sizi pak və tər-təmiz etmək istəyir. Biz bunu ümumi şəkildə öyrənmişdik və düşünürdük ki, bununla peyğəmbərin həyat yoldaşları da nəzərdə tutulur. Sonra biz bildik ki, bu, belə deyildi. Çünki peyğəmbər İmam Əli, xanım Fatiməni, Həsən (ə) və Hüseyni (ə) bir yerə yığıb deyib ki, Allah, bunlar mənim ən əziz ailəmdirlər. Bununla da peyğəmbər (s) göstərib ki, bunlar mənim ailəmdir. Biz hər hansı başqa şəxsi Əhli Beytin bir hissəsi hesab edə bilmərik. Əhli Beyt haqqındakı bütün hədislər çox təsirlidir. Əhli-beyt haqqında ən təsirli hədislər isə İmam Əlinin (ə) hakimiyyəti və İmam Hüseyn haqqındadır.

Bunun qeyri şiələr üzərində böyük təsiri var. Aşura haqqında İbni Kəsirin “Başlanğıc və son” adlı kitabında bəhs olunur. O, bu hadisənin xırdalıqları barədə elə tərzdə yazıb ki, heç bir müsəlman onu oxuyub təsirlənməyə bilməz. Hətta əgər İmam Hüseyn (ə) ilk növbədə müsəlman olmasaydı belə İmam Hüseynin Aşuradakı yeri həyatı öyrənməkdə insan üçün böyük dərsdir. Bu, İslam motivi deyil, bu, insan motividir. Həmçinin İmam Əlinin (ə) həyatı, onun peyğəmbərin (s) ölümündən sonra yaşadıqları hadisələr onun fədakarlığnı göstərir. Eyni hal İmam Hüseynə (ə) də aiddir, Müaviyənin ölümündən başlayaraq Kərbəla gününə qədər. Amma mənim getdiyim yolun doğru olduğunu mənə arxayın edən Aşura və İmam Əlinin (ə) Nəhcül Bəlağəsi oldu. Əslində hər hansı bir insan Nəhcül Bəlağəni oxuyanda bilə bilər ki, bu sözlərin müəllifi çox güclü şəkildə uca Allaha bağlı olmalıdır. Buna görə də Aşura və İmam Əlinin həyatı bu dini qəbul edənlər üçün çox böyük təsirə malikdir.

Mən hər kəsdən xahiş edirəm ki, özünə nəzər yetirsin və onu tamamlamaq üçün özünün natamam cəhətlərinə diqqət yetirsin, tam olanlara yox. Kimsə nə vaxtsa bu yola gəlmək haqqında araşdırma aparsa o gərək əqidə haqqında, fiqh haqqında və əxlaq haqqında araşdırma aparsın. Əgər o, həqiqət axtarırsa görəcək ki, o, bunu onu Allaha daha asan, daha tez, daha aydın və daha doğru bağlayan Əhli Beytdən kənarda tapa bilməz.

Рейтинг

В этом разделе