»»

Hidayət olanlar 46 - Siril Anderson

Adı: Siril Anderson

Ölkə: İrlandiya

Keçmiş dini (Məzhəbi): Xristian

 

 

Mənim adım Sirildir. Mən Kanadada Monreal şəhərində yaşayıram. Bundan əvvəl mən Kanadanın şərq hissəsində Nova Squotada yaşayıb boya başa çatmışam. Mən orda öz valideynlərimlə və bir qardaşımla yaşayırdım. Mənim ailəm əməli xristian deyildilər. Onlar formal xristian idilər. Biz pasxa və milad kimi Kanadada keçirilən tipik bayramları qeyd edirdik, amma kilsəyə getmirdik. Atam İrlandiyalı protestant ailəsindən idi, anam isə İrlandiyalı katolik ailəsindən idi. Müxtəlif dinlərə baxıb və birinin ardınca getməyə gəldikdə isə mən bu haqda sonralar düşünməyə başladım. Amma bundan əvvəl mən gecələr uzanıb yuxuya gedənə qədər bu cür şeylər haqqında düşünürdüm. Mən elmə daha çox maraq göstərirdim.

Həyatımın bir mərhələsində məndə dinlər haqqında müəyyən bir fikir formalaşmışdı. Mən hansısa bir dinin ardınca getməli olduğumu düşünürdüm. Və buna görə də ümumi menyuya bir baxış etmək istədim. Müxtəlif dinlər haqqında oxudum və bəzi şeyləri xoşladım və bəzilərini isə yox. İstər burada - Kanadada ya da başqa yerlərdə olan gənc insanların çoxunun bu cür nəzər nöqtəsi var. Onlar dindən tamamən üz çevirmirlər, lakin bu cür nəzər nöqtəsinə malik olurlar ki, mən bunu xoşlayıram, onu xoşlayıram, bunu götürürəm, onu buraxıram. Amma ümumilikdə bu nəticəyə gəldim ki, müəyyən dini ən-ənələr heç də pis bir şey deyillər. Beləliklə mən dünyadakı dinlərə daha dərindən, daha detallı nəzər yetirməyə başladım.

O zaman mən Qurana da nəzər salmışdım. Amma müəyyən vaxt o, məndə maraq oyatmadı. Ola bilərdi ki, bəlkə də yaxşı tərcümə edilməmişdi. Bir müddət sonra mən ona yenə müraciət etdim. Təxmin edirəm ki, mən İslama 2002-ci ilin yayında gəldim. Bu, 2001-ci ilin payızında baş vermiş 11 sentyabr faciəsindən sonra idi. İslama qarşı o zaman çoxlu qarayaxmalar var idi. Hesab edirəm ki, bu, bir növü çox insanların İslama daha dərindən baxmaları üçün bir katalizator oldu. Bəli media bu insanlar haqqında mənfi fikirlər yayırdı. Amma mən öz təcrübəmdə çox vaxt medianın müəyyən bir qrup insanlar haqqında yalan məlumat yaydığını görmüşəm. Ona görə də mən özüm bunu aydınlaşdırmaq qərarına gəldim. Quranın yaxşı tərcüməsini aldım və oxumağa başladım. Bu dəfə mən yaxşı anlaya bildim, mənə təsirli gəldi. Və onu daha çox öyrənmək istəyi yarandı. Bu Monrealdakı icmadan olan bəzi adamları tanıyırdım.

Mən sonralar o kitablardan da oxuyurdum. Seyid Muctəba Musəvi Lari idi adı. Onun kitabları çoxlu dillərə tərcümə olunub. Dinin təməl prinsiplərinin təqdiminə aid 4 cildlik bir kitabdır. Bu kitablar dinin atributlarını, peyğəmbərliyi, imaməti və başqa xüsusiyyətləri izah edirdi. Mən İslamdakı müəyyən rasionallıqları yüksək dəyərləndirirdim. Həm də İslamda tək Allahlığın saflığını yüksək qiymətləndirirdim. İmamlar (ə) və Peyğəmbərin (s) ailəsi böyük nümunələrdir. Amma bəzən demək olar ki, onların mükəmməlliyini adi orta insanın başa düşməsi çətin olur.

Рейтинг

В этом разделе