»»“Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin

“Lillah və lit-tarix” kitabı və müəllifi “Seyid Hüseyn Musəvi” barədə

Əziz dostlar! Allahın iznilə yeni bir layihəyə başlayırıq. "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabını tərcümə edərək hissə-hissə saytımızda yerləşdirəcəyik. Xatırladaq ki, Musəvinin həmin kitabı rus dilinə tərcümə edilərək, "Лицо шиизма" adı ilə internetdə paylaşılmışdır. Sələfilər (vəhhabilər) bəhslərdə ondan çox istifadə edirlər. Allahdan müvəffəq olmağı diləyirik.

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (2-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bir gün məni düşündürən məsələlərdən bir neçəsi barədə soruşmaq üçün elmi hövzənin ustadlarından birinə yaxınlaşdım. O, uzaqgörən şəxs idi və məndəki bu sualları necə həll edəcəyini yaxşı bilirdi. Sadə sözlərlə onları elə beşikdəcə boğmağa çalışaraq mənə dedi: “Hövzədə nə oxuyursan?”

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (3-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bundan sonra həmin mövzu haqda ciddi düşünməyə başladım. Belə ki, biz Əhli-Beyt məzhəbini öyrənirik, lakin öyrəndiklərimiz arasında Əhli-Beyti (ə) təhqir edən məsələlərlə qarşılaşırıq; Allaha ibadət etmək üçün şəriət öyrənirik, ancaq oradakı mətnlərdə Uca Allaha qarşı açıq-aydın küfrlər yer alıb.

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (4-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bu müddət ərzində tanış olduğum dini mərcələrlə, alim və ağalarla əlaqələrim davam edirdi. Qarşıma qoyduğum nəticəni əldə etmək üçün onlara qaynayıb-qarışırdım. Bir gün tam qənaətimlə çətin qərar almalı olacağımı bilirdim. Lakin bunun üçün münasib bir fürsət gözləyirdim”.

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (5-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bilirəm ki, bu kitabım yanlış təkzib, töhmət və inkarla qarşılaşacaq. Bu mənə əsla zərər vermir. Çünki bunların hamısını hesaba almışam. Onlar məni İsrailə, ABŞ-a işləməkdə ittiham edəcək, dinimi və şəxsiyyətimi dünya malına satdığımı söyləyəcəklər. Bu, təəccüblü deyil. Dostumuz Əllamə Seyid Musa Musəvini də eyni töhmətlərlə ittiham etmişlər. Hətta Seyid (!) Əli əl-Ğərəvi demişdir: “Səud kralı Fəhd ibn Əbdüləziz dr.Musəvini Səud ailəsindən olan gözəl qadınla və var-dövlətlə tovlamış, vəhhabi məzhəbinə keçməsi üçün Amerika banklarından birində onun hesabına əhəmiyyətli məbləğdə pul yatırmışdır”.

Abdulla ibn Səba haqqında şübhələrə cavab (1-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Biz şiələrin nəzərinə əsasən, Abdullah ibn Səba saxta və heç bir həqiqəti olmayan şəxsiyyətdir ki, əhli-sünnə şiələri və onların əqidələrini bədnam etmək məqsədilə onu uydurmuş, camaatı Əhli-Beyt məzhəbindən uzaqlaşdırmaq üçün şiə etiqadının əsasının qoyulmasını onun adı ilə bağlamışdır”.

Abdulla ibn Səba haqqında şübhələrə cavab (2-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Abdullah ibn Səba bir çox şiənin əhli-sünnəni tənqid etməsinin səbəblərindən biridir. Şübhə yoxdur ki, əhli-sünnədən İbn Səba haqqında söz açanlar olduqca çoxdur. Lakin şiələr onlarla ixtilaflarına görə, buna əsla əhəmiyyət vermirlər”.

Abdulla ibn Səba haqqında şübhələrə cavab (3-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Yuxarıda qeyd edilən dəlillərdən bunları əldə edirik:

1. Abdullah ibn Səba adlı şəxsin, onun tərəfdarlarından ibarət olan və onun çağırışlarına dəvət edən firqənin mövcud olması. Bu firqə səbaçılar adı ilə tanınırdı”.

Abdulla ibn Səba haqqında şübhələrə cavab (4-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Demək Abdullah ibn Səbanın şəxsiyyət həqiqətdir, bundan bixəbərlik və ya bunu inkar etmək mümkün deyildir. Ona görə də onun varlığına dair mötəbər mənbələrimizdə və kitablarımızda hədis və rəvayətlər yer alıb”.

Əhli-beyt imamları (ə) öz şiələrindən narazı idilərmi?

Hüseyn əl-Musəvi yazır:

“Biz şiələrin nəzərində Əhli-Beytə bağlı olduğumuz fikri geniş yayılmışdır. Şiə məzhəbi bütünlüklə (bizim düşüncəmizə görə) Əhli-Beytə məhəbbət üzərində qurulmuşdur. Əhli-sünnədən uzaqlaşmağımız, səhabələri, xüsusilə də ilk üç xəlifəni və Əbu Bəkrin qızı Aişəni lənətləməyimiz də onların Əhli-Beytə qarşı tutduqları mövqelərinə görədir. Bütün şiələrin – kiçiklərin, böyüklərin, alimlərin, cahillərin, qadınların və kişilərin düşüncəsində qərar tapmış düşüncə səhabələrin Əhli-Beytə zülm etdikləri, qanlarını axıtdıqları və ehtiramlarını tapdadıqlarıdır”.

Həzrət Əli (ə) öz şiələrinə "Ey kişilikdən nişanəsi olmayan namərdlər!" - demişdirmi?

Müəllif yazır: Əmirəl-möminin dedi: “Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir... Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş “Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir” dedilər... Ancaq fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur” (“Nəhcul-Bəlağə”, səh.70-71).

İmam Hüseyni (ə) həqiqətən şiələr öldürüb?

“Allah, sonra da tarix naminə” kitabının müəllifi Hüseyn əl-Musəvi yazır:

“İmam Hüseyn (ə) şiələrinə bədduasında belə deyir: “İlahi, əgər onları hələ bir müddət də yaşatsan, onları bir-birindən ayırıb firqələrə böl, düşüncələrini müxtəlif et və dostlarını onlardan əsla razı salma! Belə ki, onlar bizə yardım etmək üçün buraya dəvət etdilər, sonra da düşmənçilik göstərib bizi öldürdülər” (“əl-İrşad”, Müfid, səh.241).

Şiələr Peyğəmbər (s) və Əhli-Beytini (ə) bədnam edirlərmi? (1-ci hissə)

“Lillah summə lit-tarix” (“Allah, sonra da tarix naminə”) kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“Mötəbər kitablarımızı oxuduğumuz zaman orada olduqca təəccüblü və qəribə faktlarla qarşılaşırıq. Bəlkə də “Biz şiələrin kitabları Əhli-Beyti (ə) və Peyğəmbəri (s) bədnam edir və ləkələyir” deyilsə, bizlərdən heç biri onun sözünü təsdiqləməz. Bu faktları sizə təqdim edirik:

Şiələr Peyğəmbər (s) və Əhli-Beytini (ə) bədnam edirlərmi? (2-ci hissə)

“Allah, sonra da tarix naminə” kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“Səduq Rzadan (r.a) Uca Allahın “Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” -deyir, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır və adamlardan qorxurdun” ayəsi barədə belə söylədiyini nəql edir: “Rza ayəni təfsir edərək deyir: “Peyğəmbər (s) bir iş üçün Zeyd ibn Harisənin evinə getdi. Bu zaman Zeydin zövcəsi Zeynəb bint Cəhşi çimərkən gördü və ona dedi: “Səni (belə) xəlq edən pak və münəzzəhdir!” (“Uyunu əxbarir-Rza”, səh.113).

Şiələr Peyğəmbər (s) və Əhli-Beytini (ə) bədnam edirlərmi? (3-cü hissə)

“Lillah summə lit-tarix” (“Allah, sonra da tarix naminə”) kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“Digər məsələlərə də nəzər salmaq üçün yalnız Peyğəmbərlə (s) əlaqəli olan bu altı rəvayətlə kifayətlənirəm. Onlar Əmirəl-möminin (r.a) barədə də belə rəvayətlər nəql ediblər. Onlardan bir neçəsi belədir:

Şeyx Səduq: “Mütə nikahı mənim və ata-babalarımın dinidir" deyib?

Şeyx Səduq: “Mütə nikahı mənim və ata-babalarımın dinidir

“Allah, sonra da tarix naminə” kitabının müəllifi Hüseyn əl-Musəvi yazır: “Şeyx Səduq Sadiqdən (r.a) rəvayət edir: “Mütə nikahı mənim və ata-babalarımın dinidir. Ona əməl edən şəxs dinimizə riayət etmiş,inkar edən də dinimizi inkar etmiş və başqa bir dinə uyğun davranmışdır” (“Mən la yəhzuruhul-fəqih”, 3/366). Bu sözlər mütə nikahını qəbul etməyən şəxsləri təkfir (kafirlikdə ittiham) etməkdir”.

Mütə nigahı ilə bağlı saxta hədislərin ifşası

Mütə nigahı ilə bağlı saxta hədislərin ifşası

1. Müəllif iddia edir: “Müvəqqəti nikaha təşviq etmək üçün bir çox rəvayətlər nəql olunur, bu işə böyük savablar təyin edilir və onu tərk edəni cəza gözlədiyini deyirlər. Hətta mütə etməyən şəxsi müsəlman saymırlar. Gəlin, birlikdə həmin rəvayətləri oxuyaq.

Peyğəmbər (s) buyurur: “İmanlı qadınla mütə edən şəxs sanki Kəbəni yetmiş dəfə ziyarət etmişdir”. Məgər mütə edən şəxs Kəbəni yetmiş dəfə ziyarət edən şəxs kimi ola bilərmi? Kiminlə mütə edən? İmanlı qadınlamı?!”

Mütə nigahı Xeybər savaşında qadağan edildi? - Şiə hədislərində gətirilən şübhəyə cavab

Mütə nigahı Xeybər savaşında qadağan edildi? - Şiə hədislərində gətirilən şübhəyə cavab

Müəllif iddia edir: “Halbuki doğru olan mütənin Xeybər savaşında qadağan edilməsidir.

Əmirəl-möminin (salavatullahi əleyh!) buyurur: “Xeybər savaşı günü Peyğəmbər (s) eşşək ətini və mütə nikahını haram elan etdi”. Bax: “ət-Təhizb”, 2/186; “əl-İstibsar”, 3/142; “Vəsailuş-şiə”, 14/441”.

İmamda bütün şiələrin adları qeyd olunan kitab var!? - şübhəyə cavab

İmamda bütün şiələrin adları qeyd olunan kitab var!? - şübhəyə cavab

Müəllif iddia edir: “2 - “ən-Namus” kitabı:

İmamın əlamətləri ilə bağlı Rzadan (r.a) nəql olunan hədisdə deyir: “İmamda qiyamət gününədək doğulacaq şiələrinin adları yazılmış bir səhifə (kitab), eləcə də düşmənlərinin adları qeyd olunmuş digər səhifə (kitab) olmalıdır” (Bax: “Biharul-ənvar”, 25/117; 26-cı cilddə isə bu barədə başqa bir rəvayət qeyd olunur).

Mən sual verirəm: Qiyamət gününədək doğulacaq şiələrin adları hansı kitaba sığar?! Əgər bu gün İraqda yaşayan şiələrin adlarını bir kitaba yazsaq, ən azı yüzlərlə cildə ehtiyac duyular. Bəs buraya İran, Hindistan, Pakistan, Suriya, Livan, Körfəz dövlətləri və digər ölkələrdə yaşayan şiələrin adlarını əlavə etsək necə olacaq? Bəs şiəlik yarandığı gündən ta bu günədək yaşayıb dünyadan köçmüş şiələrin adlarını əlavə etsək necə?..

Və bu adları özündə toplayacaq belə bir kitabın varlığının mümkünsüzlüyü barədə müəllifi söylədiyi digər iradlar...

Xanım Fatimənin (s.ə) kitabı (müshəfi)

Xanım Fatimənin (s.ə) kitabı (müshəfi)

Müəllif iddia edir:

A. Əli ibn Səid Əbu Abdullahdan (r.a) nəql edir: “Fatimənin kitabı bizdədir, orada Allahın kitabından bir ayə belə yoxdur. Bu kitabı Peyğəmbərin (s) imlası ilə Əli (r.a) yazmışdır” (“Biharul-ənvar”, 26/41).

B. Muhəmməd ibn Müslim o ikisindən birindən (r.a) rəvayət edir: “...Fatimə özündən sonra bir kitab qoydu ki, Quran deyildir. Ancaq həmin kitab ona enən Allah kəlamıdır, Peyğəmbərin (s) imlası və Əlinin dəst-xəttilə yazılmışdır” (“Biharul-ənvar”, 26/42).

C. Əli ibn Əbu Həmzə Əbu Abdullahdan (r.a) rəvayət edir: “Fatimənin (s.ə) kitabı bizdədir. Allaha and olsun ki, orada Qurandan bir hərf (cümlə) belə yoxdur. Lakin Peyğəmbərin (s) imlası və Əlinin xəttilə yazılmışdır” (“Biharulənvar”, 26/48).

İmam Rza (ə) əhli-sünnə hökmünün əksinə getməyi buyurub?

İmam Rza (ə) əhli-sünnə hökmünün əksinə getməyi buyurub?

Müəllif iddia edir:

Səduq Əli ibn Əsbatdan rəvayət edir: “Rzaya (r.a) dedim: “Bəzən qarşıma bilmədiyim bir məsələ çıxır, yaşadığım şəhərdə həmin məsələnin hökmünü əldə edə biləcəyim bir tərəfdarınız da yoxdur. Mən nə etməliyəm?” Buyurdu: “Şəhərin fəqihinin yanına get, qoy sənin məsələnə dair hökm versin. Onun verdiyi hökmün əksini yerinə yetir. Belə ki, haqq məhz o olacaq” (“Uyunuəxbarir- Rza”, 1/275, Tehran çapı)”.

Şiələr dini hökümlərdə əhli-sünnənin əksinə gedir?

Şiələr dini hökümlərdə əhli-sünnənin əksinə gedir?

Müəllif iddia edir: “2. Əhli-sünnəyə və onların yoluna uyğun olan əməllərin icazəli olmaması:

Bu, Hürr Amulinin “Vəsailuş-şiə” kitabındakı fəsillərdən birinə verdiyi addır. Orada deyir: “Bu mövzuda olan hədislər mütəvatirdir... Sadiqin (r.a) iki ixtilaflı hədislə bağlı sözləri də buna dəlalət edir: “Onları müxaliflərin hədisləri ilə tutuşdurun, onların hədislərinə uyğun olanını kənara atın, zidd olanını isə dəlil olaraq götürün”.

Sadiq (r.a) deyir: “Əgər qarşınıza ixtilaflı iki hədis çıxarsa, onlara müxalif olanın götürün”.

Həmçinin deyir: “Müxaliflərin hədislərinə zidd olanı götür”. Dedi: “Doğru istiqamət onlara müxalif olan rəvayətdədir”.

Osman İbn Əffan barədə iyrənc şübhəyə cavab

Osman İbn Əffan barədə iyrənc şübhəyə cavab

Müəllif iddia edir: “Osman barədə Əli ibn Yunus əl-Bəyazidən nəql olunur: “Osman oynadılan (məzələnilən) və xünsa (qadın xüsusiyyətlərinə malik) şəxs idi” (“əs-Siratul-müstəqim”, 2/30)”.

İmam Əli (ə) niyə ilk üç xəlifəyə beyət etdi?

İmam Əli (ə) niyə ilk üç xəlifəyə beyət etdi?

Müəllif iddia edir: “Mən soruşuram: Əgər üç xəlifə belə vəsflərə sahib idilərsə, bəs nə üçün Möminlərin əmiri (r.a) onlara beyət etmişdi? Bəs niyə xəlifəlikləri müddətində onlar üçün vəzirlik elədi? Onlardan qorxurdumu? Allaha sığınıram!”

Страница 1 из 212»