»»Təhriflər

İbn Quteybənin “Kitab əl Ma’arif” və İmam Əlinin Ənəs bin Maliki lənətləməsi məsələsi

Xülasə:

İbn Quteybənin "Kitab Əl Ma'arif"-inin sonuna yaxın "əl Baras" adlı bölmə var ki, müəllif orada ömrü ərzində leykoderma və ya cüzamdan əziyyət çəkən görkəmli şəxslərin siyahısını yazıb. Birinci yerdə Peyğəmbərin (s) səhabəsi Ənəs b. Malik yer alıb və müəllif qeyd edir ki, onun bu xəstəliyə tutulmasına səbəb - İmam Əli (ə) tərəfindən lənətlənməsi olub.
Misir çapının sonunda bir cümlədə İbn Quteybə hədisin səhihliyini şübhə altına alır. Kitabın Britaniya Kitabxanasında saxlanılan və 700 yaşı olan qədim əlyazmasında isə belə bir cümləyə rast gəlmirik.
(Əl Qədir fi əl Kitab və əl Sünnə və əl Ədəb, Əllamə Amini, Beyrut nəşri, cild 1, s 235)

İmam Xomeyninin «Kəşful-əsrar» kitabının təhrif olunmuş surəti

Aşağıda oxuyacağınız məqalə vəhhabilərin şiələrə atdığı böhtanlardan birinə olan cavabdır. Bu saxtakarlar artıq neçənci dəfədir ki, imam Xomeyninin (ra) kitabına dil uzadmağa çalışıblar, amma onlarda yenə də heç nə alınmadı və inşəallah heç vaxt da alınmayacaq. Bu dəfə yalançılar internetdə imam Xomeynin (ra) "Kəşful-əsrar" kitabının skanını təqdim edərək yazırlar:

Страница 2 из 2«12