»»

Yəmaniçilərin vəsiyyət hədisi barədə verilən rəddiyəsinə cavab

İlk olaraq rəddiyəsi təkəbbür, istehza ilə dolu olan Əhməd əl-Həsən mühafizəkarına təşəkkür edirik ki, bizim məqaləmizə cavab vermişdir.

Mühafizəkar deyir:

“çünki həm Abdullah İbni Cəfərin, həmdə İsmail İbni Cəfərin İmam olmasını və VƏSİYYƏT SAHİBİ olması iddiasını, o şəxslərin özləri yox, o şəxsləri İmam olmadıqları halda İmam bilən insanlar olmuşdur”.

Cavab:

Abdullahın vəsiyyətlə iddiasını anlamaq üçün sadə bir məntiq lazımdır. Abdullah b. Cəfərin vəsiyyət iddiasını onun tərəfdarları iddia edir. Əgər Abdullahın belə bir iddiası yoxdursa, insanlar niyə iddia etsinlər? Bu o zaman ola bilər ki, Abdullah heç bir zaman imamət, vəsiyyət iddiası etməyib. Halbuki, hədislərə baxdıqda bu tam əksidir.

1.Abdullahın iddiasına görə atası (ə.s) onu məzəmmət edir.

محمد بن يحيى، عن محمد بن الحسين، عن جعفر بن بشير، عن فضيل، عن طاهر عن أبي عبد الله قال: كان أبو عبد الله عليه السلام يلوم عبد الله ويعاتبه ويعظه ويقول: ما منعك أن تكون مثل أخيك، فوالله إني لأعرف النور في وجهه؟ فقال عبد الله: لم، أليس أبي وأبوه واحدا وأمي وأمه واحدة ؟ فقال له أبو عبد الله: إنه من نفسي وأنت ابني.

"....Tahir dedi: "Bir gün Əbu Əbdullah (ə.s) oğlu Abdullahı məzəmmət edib və nəsihətlər verirdi. İmam (ə.s) dedi: "Niyə qardaşın (Musa .b Cəfər) kimi olmursan? Sənin belə olmağına nə mane olur? Allaha and olsun, onun (Musanın) üzündə nur görürəm". Abdullah dedi: "Niyə?! Mənim atamla onun atası bir deyil? Mənim anamla onun anası bir deyil?" İmam Sadiq (ə.s) dedi: "O məndəndir, sən də mənim oğlumsan".

Əl-Kəfi, 1-ci cild, 310-cu səhifə, 10-cu hədis.

2. Atası imam Sadiq (ə.s) onun bu iddiasını oğlu Musa b. Cəfərə (ə.s) deyir.

عن الصادق (عليه السلام) أنه قال لابنه موسى (عليهما السلام): " يا بني إن أخاك سيجلس مجلسي ويدعي الإمامة بعدي

“İmam Sadiq (ə.s) oğlu Musaya (ə.s) dedi: "Ey oğlum, sənin qardaşın mənim məclisimdə oturacaq və məndən sonra imamət iddiası edəcək".

"Mən lə yəhduruhul fəqih" 4-cü cild, 542-ci səhifə.

3. Qardaşı Musa b. Cəfər (ə.s) Abdullahı məzəmmət edir.

ِ قُلْتُ جُعِلْتُ فِدَاكَ مَضَى أَبُوكَ قَالَ نَعَمْ قُلْتُ مَضَى مَوْتاً قَالَ نَعَمْ قُلْتُ فَمَنْ لَنَا مِنْ بَعْدِهِ قَالَ إِنْ شَاءَ اللَّهُ أَنْ يَهْدِيَككَ هَدَاكَ قُلْتُ جُعِلْتُ فِدَاكَ إِنَّ عَبْدَ اللَّهِ أَخَاكَ يَزْعُمُ أَنَّهُ الْإِمَامُ بَعْدَ أَبِيهِ فَقَالَ عَبْدُ اللَّهِ يُرِيدُ أَنْ لَا يُعْبَدَ اللَّهُ قَالَ قُلْتُ جُعِلْتُ فِدَاكَ فَمَنْ لَنَا بَعْدَهُ فَقَالَ إِنْ شَاءَ اللَّهُ أَنْ يَهْدِيَكَ هَدَاكَ قَالَ قُلْتُ جُعِلْتُ فِدَاكَ فَأَنْتَ هُوَ قَالَ لَا أَقُولُ ذَلِكَ قَالَ فَقُلْتُ فِي نَفْسِي لَمْ أُصِبْ طَرِيقَ الْمَسْأَلَةِ ثُمَّ قُلْتُ لَهُ جُعِلْتُ فِدَاكَ عَلَيْكَ إِمَامٌ قَالَ لَا قَالَ فَدَخَلَنِي شَيْ‏ءٌ لَا يَعْلَمُهُ إِلَّا اللَّهُ إِعْظَاماً لَهُ وَ هَيْبَةً ثُمَّ قُلْتُ جُعِلْتُ فِدَاكَ أَسْأَلُكَ كَمَا كُنْتُ أَسْأَلُ أَبَاكَ- قَالَ سَلْ تُخْبَرْ لَا تُذِعْ فَإِنْ أَذَعْتَ فَهُوَ الذَّبْحُ

“Mən soruşdum: “Sizə fəda olum! Atanız vəfat etdimi?” O, buyurdu: “Bəli”. Mən soruşdum: “Vəfat etdimi? (yoxsa öldürüldümü?)”. O, buyurdu: “Bəli, vəfat etdi”. Mən soruşdum: “Ondan sonra imam kimdir?” O, buyurdu: “Allah sənə doğrunu göstərmək istəsə, göstərər”. Mən dedim: “Sizə fəda olum! QARDAŞINIZ ABDULLAH atasından sonra özünün İMAM OLDUĞUNU ZƏNN EDİR (və ya iddia edir “ زعم” feilinin həm “zənn etmək” həm də “iddia etmək” mənası vardır). O, buyurdu: “Abdullah, Allaha ibadət edilməsini istəmir”. Mən soruşdum: “Atanızdan sonra imam kimdir?” O, buyurdu: “Allah sənə doğrunu göstərmək istəsə, göstərər”. Mən soruşdum: “Sizə fəda olum! Yoxsa, imam sizsiniz?” O, buyurdu: “Xeyr, bunu deyə bilmərəm”. Öz-özümə dedim:““Sual vermə üsulun düzgün deyildir”. Ardınca bu şəkildə soruşdum: “Sizə fəda olum! Sizin tabe olduğunuz bir imam varmı?” O, buyurdu: “Xeyr”. O zaman, onun böyüklüyü və heybəti qarşısında içimə elə bir coşqunluq axdı ki, bunu Allahdan başqa heç kim bilməz. Bu, atasının hüzurunda hiss etdiyim coşqunluqdan daha çox təsirli idi. Bunun ardınca soruşdum: “Sizə fəda olum! Atanızdan soruşduğum kimi, sizdən də soruşa bilərəmmi?” İmam (ə) buyurdu: “Soruş, xəbərdar ol, amma bunları yayma".

Şeyx Müfid (r.a) “Əl-İrşəd” 1-ci cild, 222-ci səhifə.

Belə ki, Abdullahın vəsiyyətlə imamlıq iddiası olmasını ona inanan insanlar etiraf etmiş. Bu iddianın həqiqətini isə, elə imam Cəfər (ə.s) və imam Musa (ə.s) hədislərdə bəyan etmişdir.

Mühafizəkar deyir:

Və ən əsası, əgər həmin insanlar, yuxarıda yazdığımız Vəsiyyət ilə, Abdullah İbni Cəfər və İsmail İbni Cəfərin İmamlığına etiqad ediblərsə, Ya Allah, buyurun Rəsulullahın (ə) vəfat etdiyi gecə yazdırdığı Vəsiyyət hədisində, “Abdullah İbni Cəfər” və “İsmail İbni Cəfər” adlarını bizə göstərin!

Cavab:

Məgər iddia edilən “vəsiyyət hədisində” 3 nəfərin adı keçmir? Məgər orada Abdullah adı yoxdur? Nəyə görə hədisdə Abdullah adı olanda ikinci vəsiyyət sahibi Abdullah Haşim ola bilir, amma Cəfərin (ə.s) oğlu Abdullah ola bilmir?

Vəsiyyət hədisində yazdılığı kimi:

Onun üç ismi vardır; biri atamın adı kimi ABDULLAH, biri mənim adım kimi Əhməd və üçüncüsü Əl-Məhdidir. O, ondan öncə gələnə (İmam Məhdiyə) ilk iman edən və möminlərin ilkidir!”

Mühafizəkar deyir:

aydın məsələdir ki, Şeyx Səduqun təriqət üzvlərinin sözlərini zikr edərkən, o şəxslərin iddia etdiyi VƏSİYYƏTİN necə bir Vəsiyyət olmasını qeyd etməyib. Lakin dərin araşdırdıqda bəlli olduki, “Vəsiyyət” sözündən məqsəd, “filan İmam deyibki, məndən sonra İmam budur” tipli ortalığa atılan sözdür. Deməli bu məsələnin, Rəsulullahın (ə) Vəsiyyət hədisi ilə və İmam Əhməd Əl Həsənin (ə) həmin Vəsiyyət hədisi ilə özünün Höccət olmasını sübut etməsi mövzusu ilə, zərrə qədər əlaqəsi yoxdur.

Cavab:

Mühafizəkar burada “vəsiyyət” anlayışını 2 yerə böldü. Birincisi, iddia olunan vəsiyyət hədisindəki “vəsiyyət”, ikincisi isə, özü-özlüyündə apardığı və bizlərə məlum olmayan “dərin araşdırma”-sından sonra “filankəs, filankəsə imamət verib” şəklindədir. Yəni, ehtiyac olduqda vəsiyyəti “imamət”, ehtiyac olduqda “Peyğəmbər (s) vəsiyyəti” ilə sinifləndirirlər. Əlqərəz, yuxarıda Abdullahın vəsiyyət iddiaçısı olduğunu sadə məntiqlə anladıq. Abdullahın hansı vəsiyyətlə iddia edib-etməməsi önəm kəsb etmir. Önəmsizlik səbəbi də irəlidə qeyd olunacaq “SAHİBİNDƏN BAŞQA HEÇ KİM İDDİA EDƏ BİLMƏZ” DƏLİLİNİN ANALİZİ” başlıqlı mətndə məlum olacaqdır.

- Həmçinin, görünən odur ki, mühafizəkar tərəf “filankəsə vəsiyyət olunmuşdur” hədisini “filankəsə imamət verilib” deyə anlayıb. Həmin hədisi analiz edək:

يَكُونَ صَاحِبَ الْوَصِيَّةِ الظَّاهِرَةِ

“Açıq-Aşkar VƏSİYYƏT SAHİBİ olmalıdır”.

Məlum oldu ki, imamın təyini “vəsiyyət sahibi olmaqdır”. Bəs vəsiyyət sahibini necə müəyyən etmək olar? Hədisin davamında İmam (ə.s) buyurur:

إِذَا قَدِمْتَ الْمَدِينَةَ سَأَلْتَ الْعَامَّةَ وَ الصِّبْيَانَ إِلَى مَنْ أَوْصَى فُلَانٌ فَيَيَقُولُونَ إِلَى فُلَانٍ.

“Belə ki, əgər şəhərə yetişdiyi zaman uşaqdan böyüyə bütün insanlardan “filankəs kimə vəsiyyət etmişdir?” deyə soruşsan, onlar da “FİLANKƏSƏ VƏSİYYƏT OLUNMUŞDUR” deyərlər”.

Yəni, İmam (ə.s) ilk öncə imamın sifətlərini sayır, onların içərisində “vəsiyyət sahibi” olmağı da zikr edir, daha sonra isə, bu “vəsiyyət sahibinin” müəyyən edilmə üslubunu bizlərə çatdırır ki, “vəsiyyət sahibi şəhərdə özünə vəsiyyət olunması ilə tanınar”. Bu hədisdəki vəsiyyətin nə olduğu barəsində isə, “Vəsiyyət nədir?” başlığındakı mətndə cavab veriləcəkdir.

Mühafizəkar deyir:

Deməli məna etibarı ilə hansısa İmamın (ə) çıxıb “Məndən sonra oğlum filankəs İmamdır” deməsi ilə, Rəsulullahın (ə) “Məndən sonra 12 İmam olacaq, o filankəsdir, sonra filankəs oğlu filankəsdir” deməsi arasında bir fərq yoxdur. Hər ikisi, VƏSİYYƏT sayılır. Çünki İmam Əli (ə) ilə paralel, eyni dövrdə İmam Həsən və İmam Huseyn (ə) da var idi. İndi Əbuzər, Miqdad və ya digər şəxslər, Əlidən (ə) sonra Həsənin (ə), Həsəndən (ə) sonra Huseynin (ə) İmam olacağını bilmirdi? Hətta öz vəfatlarından sonra, sonrakı dövrdə kimin İmam olacağını belə adları ilə bilirdi. Çünki bu məsələ haqqında Rəsulullah (ə) xəbər vermişdi və elə Rəsulullahın (ə) vəfat etdiyi gecə yazdırdığı Vəsiyyətə (ə) şahid olanlarda o səhabələr idi. Deməli bu məsələdə əsas şərt, *heç də İmam Həsənin (ə) ölüm zamanı “Məndən sonra İmam olacaq şəxs Huseyndir” deməsində deyil. Doğrudur *o da Vəsiyyətdir.

Cavab:

Məlum olur ki, mühafizəkar tərəf İmamın (ə.s) insanlara özündən sonrakı imamı tanıtma üslubundan xəbəri yoxdur. Əgər xəbəri olsaydı belə bir söz - “İndi Əbuzər, Miqdad və ya digər şəxslər, Əlidən (ə) sonra Həsənin (ə), Həsəndən (ə) sonra Huseynin (ə) İmam olacağını bilmirdi?”- söyləməzdi. Halbuki, İmamın (ə.s) boynunda vacib olan şeylərdən biri də özündən sonrakı imamı insanlara tanıtmaqdır.

Mühafizəkar “vəsiyyət, imam (ə.s) tərəfindən açıq-aşkar deyilməlidir, o həddə qədər ki, insanlar (şiələr) bundan agah olmalıdır” hədisindəki “açıq-aşkar deyilməlidir” sözünə özü də bilmədən irad bildirir. Bununla da yenə özü də bilmədən imamın “açıq-aşkar vəsiyyət olunmalıdır” sözünü təkzib edir.

Əhli-Beyt (ə.s) hədislərindən bilirik ki, imam mütləq şəkildə digər imama öz imamətini təhvil verməlidir. Habelə, onu insanlara çatdırmalıdır. Necə ki, Qədir-Xum günündə Allah (ə.c) Rəsuluna (s) əmr edərək, hz.Əlini (ə.s) ümmətə rəhbər olaraq tanırdırdı. Əgər Rəsulallah (s) bunu etməsəydi, maidə surəsinin 3-cü ayəsinə əsasən öz risalətini tamamlaya bilməyəcəkdi.

- Belə bir sözün - “İndi Əbuzər, Miqdad və ya digər şəxslər, Əlidən (ə) sonra Həsənin (ə), Həsəndən (ə) sonra Huseynin (ə) İmam olacağını bilmirdi?” - deyilməsi tamamilə yanlışdır. Məgər ismayililər, fətəhilər imam Sadiqin (ə.s) məzhərində əyləşmirdilər? Deməli, İmamın (ə.s) yanındadılarsa İmam (ə.s) onlara özündən sonrakı imamı tanıtmağına ehtiyac yoxdur?!

İmamın (ə.s) xass şiələrinə sözügedən məlumat(ın təkrar deyilməsi) ehtiyac olmaya bilər, lakin Məsum (ə.s) tərəfindən ümmətə və ya digər şiələrə aşkar şəkildə sonrakı imamın tanıdılması zəruridir.

مُحَمَّدُ بْنُ خَالِدٍ الطَّيَالِسِيُّ، عَنْ عَلِيِّ بْنِ أَبِي حَمْزَةَ، عَنْ أَبِي بَصِيرٍ، عَنْ أَبِي الْحَسَنِ الْمَاضِي عَلَيْهِ السَّلَامُ، قَالَ:  دَخَلْتُ عَلَيْهِ فَقُلْتُ لَهُ: جُعِلْتُ فِدَاكَ، بِمَ يُعْرَفُ الْإِمَامُ؟ فَقَالَ «بِخِصَالٍ، أَمَّا أُولَاهُنَّ فَشَيْ‏ءٌ تَقَدَّمَ مِنْ أَبِيهِ فِيهِ وَ عَرَفَهُ النَّاسُ وَ نَصَبَهُ لَهُمْ عَلَمااً، حَتَّى يَكُونَ حُجَّةً عَلَيْهِمْ، لِأَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ نَصَبَ عَلِيّاً عَلَيْهِ السَّلَامُ عَلَماً وَ عَرَّفَهُ النَّاسَ، وَ كَذَلِكَ الْأَئِمَّةُ يُعَرِّفُفُونَهُمُ النَّاسَ وَ يَنْصِبُونَهُمْ لَهُمْ حَتَّى يَعْرِفُوهُ. وَ يُسْئَلُ فَيُجِيبُ، وَ يَسْكُتُ عَنْهُ فَيَبْتَدِئُ، وَ يُخْبِرُ النَّاسَ بِمَا فِي غَدٍ، وَ يُكَلِّمُ النَّاسَ بِكُلِّ لِسَانٍ». وَ قَالَ لِي: «يَا بَا مُحَمَّدٍ، السَّاعَةَ قَبْلَ أَنْ تَقُومَ أُعْطِيكَ عَلَامَةً تَطْمَئِنُّ إِلَيْهَا».

“Əbu Bəsir Əbül-Həsən Mazidən (ə) nəql edərək demişdir: “Mən onun hüzuruna daxil olub soruşdum: “Canım sənə fəda olsun! İmam necə tanınır?” O, buyurdu: “Xislətlərlə. Onların ƏN ƏSASINA GƏLİNCƏ, bu da atasından ona bir şeyin təqdim olunması, insanlara höccət olması üçün ONLARA ONU TANITMASI və onu bir əlamət olaraq müəyyən etməsidir. Çünki Allahın Rəsulu (s) Əlini (ə) bir əlamət (imam) müəyyən etmiş və ONU İNSANLARA TANITMIŞDIR. Eləcə də, İMAMLAR ONLARI (özlərindən sonrakı imamı) İNSANLARA TANIDIRLAR, onları insanların tanımaları üçün təyin edirlər, imama sual verilir və o da cavablandırır, ona sual verilmədikdə özü söhbətə başlayır, o, sabah nə olacağını insanlara xəbər verir və insanlarla bütün dillərdə danışır”.

Şeyx Himyəri (r.a) “Qurbul-İsnəd” 1-ci cild, 339-cu səhifə, 1244-cü hədis

Mühafizəkar deyir:

Və bizdə qarşı tərəfə bucür sual ünvanlayaraq, onların sualına cavab vermiş oluruq: 2003-cü ildən bəri, lap ondanda əvvəldən, lap Ğeybəti-Suğranın bitişindən bəri, kim Rəsulullahın (ə) vəfat etdiyi gecə yazdırdığı Vəsiyyət hədisindəki “Əhməd” adı ilə iddia edib? Deməli Əhməd Əl Həsəndən (ə) qeyri, Rəsulullahın (ə) vəfat etdiyi gecə yazdırdığı Vəsiyyət ilə iddiaçı olan olmayıbsa, deməli bu iddia ilə MƏŞHUR OLAN *ŞƏXS DƏ, elə İmam Əhməd Əl Həsəndir (ə)! Və Əhməd Əl Həsən (ə) ta Ğeybəti Kubradan bəri, İmam Məhdi (ə) ilə *irtibatı olan MÖVLADIR.

Cavab:

Diqqət edin, imam (ə.s) özündən sonra açıq-aşkar digər imama imaməti (mühafizəkarın iddiasına görə imamətdir, lakin “aşkar vəsiyyət olunmalıdır” hədisindəki “vəsiyyət” fərqli bir anlayışdır, irəlidə izah olunacaq) vəsiyyət edir, bu, imam olan şəxsin boynundakı vəzifəsi, vacibatıdır. Lakin 2003-cü ilə qədər heç kim həmin imamı tanımır. Alimindən tutmuş cahil şiəsinə kimi, kimlər Əhməd adlı şəxsi aşkar şəkildə vəsiyyət sahibi, imamət sahibi bilir? Bu necə “açıq-aşkar vəsiyyət” oldu?! Bəs İmamın (ə.s) “bir məntəqəyə getsən orada sənə vəsiyyət olnumuş şəxsi göstərəcəklər” sözü?! 13 əsrdi hansı məntəqədə aşkar şəkildə Əhməd əl-Həsən tanınıb? 13 əsrdi ən axırncı imam olaraq hansı imamı tanıyıblar? Sahibul-Əsri (ə.f) yoxsa Əhməd əl-Həsəni? Buradan anlaşılır ki, 2003-cü ilə qədər imamın tanınması vacib deyil, 13 əsrdən sonra əgər imam ortaya çıxdısa gərək mütləq tanınmalıdır və 13 əsrdən sonra da olur məşhur olan şəxs.

Mühafizəkar deyir:

Qarşı tərəf nəyə əsasən “Tək Vəsiyyət ilə iddia olmaz” deyə etiraz edir?! Məgər İmam Əhməd Əl Həsən (ə) “Mənim tək dəlilim Vəsiyyətdir”-mi demişdir? Bir haldaki həm Azəri Dilli saytımızda, həmdə Rəsmi Saytımızda, Höccətin 3 dəlili olması vurğulanmışdır. Hansıki 3 əsas dəlil bunlardır: Vəsiyyət, Elm və Allahın Hakimiyyətinə.

Cavab:

Nəyə əsasən deyirsiniz ki, höccətin əsas dəlili məhz 3 dəlillə tamamlanır? Halbuki, bundan əvvəl yazdığımız hədisdə deyilir:

“Əbu Bəsir Əbül-Həsən Mazidən (ə) nəql edərək demişdir: “Mən onun hüzuruna daxil olub soruşdum: “Canım sənə fəda olsun! İmam necə tanınır?” O, buyurdu: “Xislətlərlə. Onların ƏN ƏSASINA GƏLİNCƏ, bu da atasından ona bir şeyin təqdim olunması, insanlara höccət olması üçün ONLARA ONU TANITMASI və onu bir əlamət olaraq müəyyən etməsidir. Çünki Allahın Rəsulu (s) Əlini (ə) bir əlamət (imam) müəyyən etmiş və ONU İNSANLARA TANITMIŞDIR. Eləcə də, İMAMLAR ONLARI (özlərindən sonrakı imamı) İNSANLARA TANIDIRLAR, onları insanların tanımaları üçün təyin edirlər, imama sual verilir və o da cavablandırır, ona sual verilmədikdə özü söhbətə başlayır, o, sabah nə olacağını insanlara xəbər verir və insanlarla bütün dillərdə danışır”.

Şeyx Himyəri (r.a) “Qurbul-İsnəd” 1-ci cild, 339-cu səhifə, 1244-cü hədis

Əsas əlamətləri seçə bilərsiniz, lakin bu seçimlər də hədislərə söykənməlidir, 3-4 ədəd hədis araşdırıb, içərisində şəxsi çıxara uyğun əlamətlər seçilməz. Həmçinin, yəmanilərə qarşı belə bir iddiamız da yoxdur ki, “vəsiyyət, imamət üçün kifayət edir”. Burada göstərmək istədiyimiz sizlərin, ancaq vəsiyyət hədisi ilə nəyisə isbat etmə çalışmalarınızdır. Və hər səfərində söyləyirsiniz ki, “Əhmədin ən güclü dəlili vəsiyyətdir”. Yəni, sizin bu sözünüzə cavabdır ki, vəsiyyətlə iddia etmək höccətliyin meyarı deyil. Abdullahın da vəsiyyətlə iddia etdiyini yuxarıda göstərdik və Abdullahın adı da (iddia olunan) vəsiyyət hədisində keçir.

Qeyd: Təkrar söyləyirik, vəsiyyətin iddia edilməsi güclü bir dəlil deyil. Abdullah da vəsiyyətlə iddia edib. Hansı vəsiyyətlə edib-etməsi fərq etməz. Əsas odur ki, bu məsələ bizlərə “vəsiyyətlə iddia etmək ƏN GÜCLÜ DƏLİLDİR” məfhumunu aradan qaldırır. Çünki, “bu məsələni, yanlız sahibi iddia edər” hədisi sizlər tərəfdən yanlış anlaşılıb (irəlidə qeyd olunacaq).

(Mümkündür ki, burada oxuyucular üçün yazılanlar bir az çaşqınlığa səbəb olsun, məqalənin davamını oxuduqda söyləmək istədiklərimiz məlum olacaqdır).

Mühafizəkara sual: Hədisdə keçən bu sözə diqqət edin, “Onların ƏN ƏSASINA GƏLİNCƏ, bu da atasından ona bir şeyin təqdim olunması, insanlara höccət olması üçün ONLARA ONU TANITMASI və onu bir əlamət olaraq müəyyən etməsidir”.
İndi isə, iddia olunduğu halda imam Məhdi (ə.f) Əhmədin atasıdır. Sual veririk, İmam Məhdi (ə.s) harada onu açıq-aşkar insanlara tanıdıb? Bir haldakı imam Məhdinin (ə.s) boynunda vəzifədir ki, özündən sonrakı imamı ümmətə tanıtsın.

Digər əlamətlərə gəldikdə isə, elmi gərək isbat etsin, möcüzəni isbat etsin. Ümmətin gözü qarşısında. 5-10 nəfərin yanında yox. Ümumiyyətlə, imam olan şəxs aşağıda yazılan bütün əlamətlərə sahib olmalı və özündə cəm etməlidir.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ إِسْحَاقَ الطَّالَقَانِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِيدٍ الْكُوفِيُّ قَاللَ حَدَّثَنَا عَلِيُّ بْنُ الْحَسَنِ بْنِ فَضَّالٍ عَنْ أَبِيهِ عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا ع قَالَ: لِلْإِمَامِ عَلَامَاتٌ يَكُونُ أَعْلَمَ النَّاسِ وَ أَحْكَمَ النَّاس‏ وَ أَتْقَى النَّاسِ وَ أَحْلَمَ النَّاسِ وَ أَشْجَعَ النَّاسِ وَ أَسْخَى النَّاسِ وَ أَعْبَدَ النَّاسِ وَ يُولَدُ مَخْتُوناً وَ يَكُونُ مُطَهَّراً وَ يَرَى مِنْ خَلْفِهِ كَمَا يَرَى مِنْ بَيْنِ يَدَيْهِ وَ لَا يَكُونُ لَهُ ظِلٌّ وَ إِذَا وَقَعَ عَلَى الْأَرْضِ مِنْ بَطْنِ أُمِّهِ وَقَعَ عَلَى رَاحَتَيْهِ رَافِعاً صَوْتَهُ بِالشَّهَادَةِ وَ لَا يَحْتَلِمُ وَ تَنَامُ عَيْنُهُ وَ لَا يَنَامُ قَلْبُهُ وَ يَكُونُ مُحَدَّثاً وَ يَسْتَوِي عَلَيْهِ دِرْعُ رَسُولِ اللَّهِ ص وَ لَا يُرَى لَهُ بَوْلٌ وَ لَا غَائِطٌ لِأَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ قَدْ وَكَّلَ الْأَرْضَ بِابْتِلَاعِ مَا يَخْرُجُ ممِنْهُ وَ يَكُونُ لَهُ رَائِحَةٌ أَطْيَبُ مِنْ رَائِحَةِ الْمِسْكِ وَ يَكُونُ أَوْلَى النَّاسِ مِنْهُمْ بِأَنْفُسِهِمْ وَ أَشْفَقَ عَلَيْهِمْ مِنْ آبَائِهِمْ وَ أُمَّهَاتِهِمْ وَ يَكُونُ أَششَدَّ النَّاسِ تَوَاضُعاً لِلَّهِ عَزَّ وَ جَلَّ وَ يَكُونُ آخَذَ النَّاسِ بِمَا يَأْمُرُهُمْ بِهِ وَ أَكَفَّ النَّاسِ عَمَّا يَنْهَى عَنْهُ وَ يَكُونُ دُعَاؤُهُ مُسْتَجَاباً حَتَّى لَوْ أَنَّهُ دَعَا عَلَى صَخْرَةٍ لَانْشَقَّتْ نِصْفَيْنِ وَ يَكُونُ عِنْدَهُ سِلَاحُ رَسُولِ اللَّهِ ص وَ سَيْفُهُ ذُو الْفَقَارِ وَ يَكُونُ عِنْدَهُ صَحِيفَةٌ فِيهَا أَسْمَاءُ شِيعَتِهِ إِلَى يَوْمِ الْقِيَامَةةِ وَ صَحِيفَةٌ فِيهَا أَسْمَاءُ أَعْدَائِهِمْ إِلَى يَوْمِ الْقِيَامَةِ وَ يَكُونُ عِنْدَهُ الْجَامِعَةُ وَ هِيَ صَحِيفَةٌ طُولُهَا سَبْعُونَ ذِرَاعاً فِيهَا جَمِيعُ مَا يَحْتَاجُ إِلَيْهِ وُلْدُ آدَمَ وَ يَكُونُ عِنْدَهُ الْجَفْرُ الْأَكْبَرُ وَ الْأَصْغَرُ إِهَابُ مَاعِزٍ وَ إِهَابُ كَبْشٍ فِيهِمَا جَمِيعُ الْعُلُومِ حَتَّى أَرْشُ الْخَدْشِ وَ حَتَّى الْجَلْدَةُ وَ نِصْفُ الْجَلْدَةِ وَ ثُلُثُ الْجَلْدَةِ وَ يَكُونُ عِنْدَهُ مُصْحَفُ فَاطِمَةَ ع.

“Əli b. Həsən b. Fəzzal öz atasından o da Əbul-Həsən Əli b. Musa Rzanın (ə) belə buyurduğunu nəql edir: “İmamın əlamətləri var: İnsanların ən elmlisi, ən hikmətlisi, ən təqvalısı, ən helmlisi, ən şücaətlisi, ən səxavətlisi, ən abidi olmalı, dünyaya sünnət olunmuş halda gəlməlidir. Bununla da o, pak olur. Qarşısını gördüyü kimi arxa tərəfini də görər. Onun kölgəsi olmaz. Ana bətnindən yerə düşərkən əlləri üstə düşər və səsini şəhadətlə yüksəldər. Yuxuda cünub olmaz. Gözü yatar, lakin qəlbi yatmaz. Onun haqqında qabaqcadan xəbər verilər. Allah rəsulunun (s) zirehi əyninə rahat oturar. Onun nə sidiyi, nə də ki, nəcisi görünər, çünki Allah yer üzünü o kəsdən (yəni imamdan) xaric olanları udmağa müvəkkil etmişdir. Onun qoxusu miskin qoxusundan daha ətirli olar. İnsanlara özlərindən daha çox layiq olar. Onlara ata və analarından daha şəfqətli olar. Allah yolunda insanlardan daha çox təvazökar olar. İnsanlara əmr etdiyinə özü daha çox əməl edər və insanları çəkindirdiyindən özü daha çox çəkinər. Onun duası müstəcab olar. Hətta əgər o, bir daşa bəddua edərsə, daş iki yerə bölünər. Allah rəsulunun (s) silahı və zülfiqar qılıncı onda olar. Onda Qiyamət gününə qədər bütün şiələri və düşmənlərinin adları yazılmış kitab olar. Onda bir camiə (üzərində yazılar yazılmış dəridən parça) olar ki, orada Adəm övladının ehtiyacı olduğu hər şey yazılar. Onda keçi və qoç dərilərinin üzərində rəmzlərlə yazılmış kiçik və böyük cəfr (yazı) olar. Bu iki yazıda bütün elmlər, hətta yararlı və yararsız əşyanın arasında olan qiymət fərqi, bir, yarım üçdəbir şallaq vurmaq da yazılmışdır. Həmçinin, onda Fatimənin (ə) də müshəfi (onun üçün yazılmış kitab) olmalıdır”

Şeyx Səduq “Xisal”, 2-ci cild, 527,528 səhifə, 1-ci hədis.

Mühafizəkar deyir:

İmam Əli (ə) Rəsullahın (ə) vəfat etdiyi gecə yazdırdığı Vəsiyyətin başqa bir versiyasını Təlhə ilə söhbəti zamanı dilə gətirmir. Sadəcə olaraq, Təlhəyə bir “xatırlatma” edir. Bu isə o deməkdir ki, Təlhə ilə Əlinin (ə) söhbət etdiyi Vəsiyyət, elə Rəsulullahın (ə) vəfat etdiyi gecə yazdırdığı Vəsiyyət hədisinin EYNİSİDİR, alternativi yox.

Cavab:

Hz.Əlinin Təlhəyə söylədiyi vəsiyyət hədisi sizin vəsiyyət hədisinizdən tamamilə fərqlidir. Orada nə 12 Mehdidən, nə də hz. Məhdinin (ə.f) oğlundan bəhs edilir. Sözügedən hədisdə yanlız 12 imam gəlibdir və həmin vəsiyyətdə heç bir əlavə şəxsin adı qeyd olunmayıbdır. Əgər vəsiyyət siz iddia etdiyiniz vəsiyyətin EYNİSİDİRSƏ, gərək hz.Əli hədisdə Rəsulallahın (s) “12 məhdi, Məhdinin oğlu” sözünü söyləməli idi. Bir haldakı bu vəsiyyət “ümməti zəlalətdən qoruyan” vəsiyyətdir. Lakin, iddia olunan vəsiyyət hədisindən başqa, Rəsulallahın (s.a.a) heç bir vəsiyyətində “12 məhdi”, “Məhdinin oğlu”, “Əhməd” sözü keçməmişdir.

________________________

Vəsiyyət nədir?

Vəsiyyətin nə olduğu ilə bağlı araşdırmamızdan 2 nəticə əldə olunur. Birincisi, bildiyimiz və mühafizəkar tərəfin də söylədiyi kimi Rəsulallahın (s.a.a) imamlara (ə.s) verdiyi vəsiyyət kitabı. İkincisi isə, günümüzdəki vəsiyyət anlayışıdır ki, bir şəxs vəfatından öncə qohum-əqrabasına müəyyən şeyləri onlara həvalə edir (miras qoyur). Məsumlar da (ə.s) vəfatından öncə öz imam olan oğluna kəfən, Rəsulallah (s) silahı, kitablar, imamət və.s kimi şeyləri vəsiyyət edirdi. Bu növ vəsiyyət də imamlıq təyini üçün əlamətlərdən biri hesab olunur.

فَقَالَ يُعْرَفُ صَاحِبُ هَذَا الْأَمْرِ بِثَلَاثِ خِصَالٍ لَا تَكُونُ فِي غَيْرِهِ هُوَ أَوْلَى النَّاسِ بِالَّذِي قَبْلَهُ وَ هُوَ وَصِيُّهُ وَ عِنْدَههُ سِلَاحُ رَسُولِ اللَّهِ ص وَ وَصِيَّتُهُ وَ ذَلِكَ عِنْدِي لَا أُنَازَعُ فِيهِ قُلْتُ إِنَّ ذَلِكَ مَسْتُورٌ مَخَافَةَ السُّلْطَانِ قَالَ لَا يَكُونَ فِي سِتْرٍ إِلَّا وَ لَهُ حُجَّةٌ ظَاهِرَةٌ إِنَّ أَبِي اسْتَوْدَعَنِي مَا هُنَاكَ فَلَمَّا حَضَرَتْهُ الْوَفَاةُ قَالَ ادْعُ لِي شُهُوداً فَدَعَوْتُ أَرْبَعَةً مِنْ قُرَيْشٍ فِيهِمْ نَافِعٌ مَوْلَى عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ اكْتُبْ  هَذَا مَا أَوْصَى بِهِ يَعْقُوبُ بَنِيهِ- يا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفى‏ لَكُمُ الدِّينَ فَلا تَمُوتُنَّ إِلَّا وَ أَنْتُمْ مُسْلِمُونَ‏ وَ أَوْصَى مُحَمَّدُ بْنُ عَلِيٍّ إِلَى ابْنِهِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ووَ أَمَرَهُ أَنْ يُكَفِّنَهُ فِي بُرْدِهِ الَّذِي كَانَ يُصَلِّي فِيهِ الْجُمَعَ وَ أَنْ يُعَمِّمَهُ بِعِمَامَتِهِ وَ أَنْ يُرَبِّعَ قَبْرَهُ وَ يَرْفَعَهُ أَرْبَعَ أَصَابِعَ ثُمَّ يُخَللِّيَ عَنْهُ فَقَالَ اطْوُوهُ ثُمَّ قَالَ لِلشُّهُودِ انْصَرِفُوا رَحِمَكُمُ اللَّهُ فَقُلْتُ بَعْدَ مَا انْصَرَفُوا مَا كَانَ فِي هَذَا يَا أَبَتِ أَنْ تُشْهِدَ عَلَيْهِ فَقَالَ إِنِّي كَرِهْتُ أَنْ تُغْلَبَ  وَ أَنْ يُقَالَ إِنَّهُ‏ لَمْ‏ يُوصَ‏ فَأَرَدْتُ أَنْ تَكُونَ لَكَ حُجَّةٌ فَهُوَ الَّذِي إِذَا قَدِمَ الرَّجُلُ الْبَلَدَ قَالَ مَنْ وَصِيُّ فُلَانٍ قِيلَ فُلَانٌ قُلْتُ فَإِنْ أَشْرَكَ فِي الْوَصِيَّةِ قَالَ تَسْأَلُونَهُ فَإِنَّهُ سَيُبَيِّنُ لَكُمْ.

“İmam Sadiq (ə.s) dedi: “Bu məsələnin sahibi 3 xislətlə tanınar. Özündən əvvəlki şəxsə (imama) hərkəsdən daha layiqdir, ona (əvvəlki imama) vəsiyyət edilmişidir, yanında Rəsulallahın silahi və vəsiyyəti olmalıdır. Bunlar isə, məndədir. Bununla bağlı kimsə mənimlə rəqabət edə bilməz”. (Ravi) Dedim: “Bunları sultanın qorxusundan gizlədirsiniz?” İmam dedi: “Xeyr. Bunlar açıq bir dəlil olmadan gizli qalmaz. GİZLƏNƏN ƏMANƏTLƏRİ ATAM MƏNƏ vəfat etdiyi gün mənə VERDİ və dedi: “MƏNƏ ŞAHİDLƏRİ GƏTİR”. Qureyşdən 4 nəfəri çağırdım. Abdullah b. Ömər azad etdiyi qul Nafi də orada idi. Atam dedi: “Yaz! Bu Yaqubun oğullarına vəsiyyətidir. Ey oğullarım, Allah sizin üçün bu dini seçdi. Yanlız müsəlman olaraq ölün (Bəqərə 132)”. Məhəmməd b. Əli (ə.s), oğlu Cəfər b. Məhəmmədə (ə.s) vəsiyyət etdi və cümə namazını qıldıqda GEYİNDİYİ YAXALIĞINI KƏFƏN ETMƏSİNİ, ƏMMAMƏSİNİ BAŞINA SARMASINI, MƏZARINI DÖRDKÜNC ŞƏKİLDƏ VƏ YERDƏ 4 BARMAQ HÜNDÜR DÜZƏLTMƏSİNİ VƏ QƏBRƏ QOYULMASINI ƏMR ETDİ”. Sonra dedi: “ONU (VƏSİYYƏTİ) BÜK”. Sonra (imam Sadiq) dedi: “Ey ata! Bunlarda onları şahid göstərməyi lazım bilən nə var?” Dedi: “Məndən sonra məğlub edilməni və haqqında “ona vəsiyyət edilmədi” deyilməsini istəmədim. Sənin üçün bir sübut olmasını istədim. O da budur ki, “bir nəfər şəhərə gəlib, “filankəs kimə vəsiyyət etdi?” desə, “filankəsə vəsiyyət edildi” deyiləcəkdir”. Dedim: “Vəsiyyətə şərik çıxılsa necə?” Dedi: “Sual verin, sizin üçün yəqinlik gələnə qədər”.

Kafi, 1-ci cild, 378,379-cu səhifə, 2-ci hədis

Hədisdən anlayırıq ki, imam Sadiqə (ə.s) həm atasının vəsiyyəti (kəfənləmək və.s) həm də Rəsulallahın (s.a.a) vəsiyyəti verilib. Habelə anlayırıq ki, “filankəsə vəsiyyət edildi” deyilərkən, buradakı vəsiyyətin məhz atanın oğula etdiyi müəyyən şeylərdən (yəni, miras) ibarət olduğu anlaşılır (Rəsulallah vəsiyyəti yox). Belə ki, imam Baqir (ə.s) imam Sadiqə (ə.s) kəfənləmə və.s kimi işləri vəsiyyət edərəkən insanlar buna şahid idilər. Amma, gizlənən əmanətlər təhvil verilərkən şahidlər orada deyildi, əmanətlər verildikdən sonra imam Baqir (ə.s) şahidlərin çağırılmasını əmr verir və kəfən, məzarın hazırlanması və.s kimi şeyləri məhz şahidlər gəldikdən sonra oğluna (ə.s) söyləyir. Bu səbəblə ki, sonra imam Sadiqə (ə.s) deyilməsin ki, “sənə vəsiyyət olunmadı”. Yəni, Rəsulallah (s) vəsiyyəti gizlin, ata mirası isə aşkar verilib. Beləliklə bu şahidlər də miras sahibi şəxsin xəbərini şəhərlərdən şəhərələrə aparacaqlar. Ta ki, bir nəfər hər hansı bir şəhərə gəldikdə “kimə vəsiyyət edildi?” sualına camaat tərəfindən rahatlıqla cavab alar.

Yəni, vəsiyyətin 2-ci mənası ata tərəfindən oğula vəfat zamanı edilən mirasdır. Oğula edilən bu növ vəsiyyət və həmin vəsiyyətlə açıq-aşkar tanınmaq imamlıq əlamətlərindəndir.

________________________

“SAHİBİNDƏN BAŞQA HEÇ KİM İDDİA EDƏ BİLMƏZ” DƏLİLİNİN ANALİZİ.

Ənsar əhli habelə, mühafizəkar tərəfin üzərində ən çox söykəndiyi dəlil məhz budur. Bu iddianın əsası 2 hədisdən ibarətdir (mühafizəkar tərəf 07.08.2021 tarixində bu barədə şəxsi profilində post paylaşmışdır)

1. İmam Cəfəri Sadiq (ə) buyurdu: “Bu elə bir məsələdir ki, SAHİBİNDƏN BAŞQASI ONU İDDİA ETMƏZ, əks halda Allah onun (iddia edənin) ömrünü kəsər.”

(Əllamə Kuleyni “Usuli-Kafi” kitabı, cild 1/səhifə 373)

2. Muğeyrə Ən-Nəsridən nəql edir ki dedi: "Mən İmam Cəfəri Sadiq (ə)-a dedim: Bu işin sahibi NƏ İLƏ TANINAR? İmam Cəfəri Sadiq (ə) buyurdu: "Səssizlik, vüqar, elm və VƏSİYYƏT ilə."

(Əl-Xisal, Şeyx Səduq cild 1/səhifə 200-hədis nömrə 12)

1-ci hədisin analizi.

“Sahibindən başqası iddia etməz” sözündəki iddia edilən şey müəmmalıdır. Bu səbəblə ki, İmamın söylədiyi “bu elə bir məsələdir”, sözü bizə “vəsiyyət” mənasını verə bilmir. Çünki, hədisdəki “bu məsələ” sözü ərəbcə “هذا الامر”- “həzəl-əmr” olaraq keçir və Əhli-Beyt (ə.s) hədislərinə baxdıqda “həzəl-əmr”- “bu məsələ” deyə bəhs edilən şey “vəsiyyət” olmamışdır.

Zühur mənasında.

1.
عن أبي حمزة قال دخلت على أبي عبد الله عليه السلام فقلت له: أنت صاحب هذا الامر؟ فقال: لا، فقلت: فولدك؟ فقال: لا، فقلت: فولد ولدك هو؟ قال: لا، فقلت: فولد ولد ولدك؟ فقال: لا، قلت: من هو؟ قال: الذي يملاها عدلا كما ملئت ظلما وجورا، على فترة من الأئمة، كما أن رسول الله صلى الله عليه وآله بعث على فترة من الرسل.

“...Əbu Həmzə dedi: “İmam Sadiqin (ə.s) yanına daxil olbu dedim: “BU MƏSƏLƏNİN SAHİBİ kimdir, sizsiz?” İmam (ə.s) dedi: “Xeyr”. Dedim: “Oğlundu?” Dedi: “Xeyr”. Dedim: “Oğlunun oğlu?” Dedi: “Xeyr”. Dedim: “Oğlunun oğlunun oğlu?” Dedi: “Xeyr”. Dedim: “Bəs kimdir?”İmam (ə.s) buyurdu: “ Zülm və haqsızlıqla dolan dünyanı ədalətlə dolduracaq və imamların ardı kəsildiyi zaman ortaya çıxacaqdır. Necə ki, Rəsulallah (s) rəsulların ardı kəsildiyi zaman ortaya çıxmışdı”.

Kafi, 1 cild, 341 səhifə, 21 hədis.

- “Bu məsələ” sözünü vəsiyyət mənası ilə götürsək, belə nəticəyə gəlirik ki, İmam Sadiqdən (ə.s) sonra heç kim vəsiyyət sahibi deyil, ancaq hz.Mehdi (ə.s) sahibdir və ya iddia edilən Əhməd əl-Həsən. Hərçənd, vəsiyyət bir imamdan digər imama ötürülürməlidir.

2.
محمد بن يحيى، عن سلمة بن الخطاب، عن علي بن حسان، عن عبد الرحمن ابن كثير قال كنت عند أبي عبد الله عليه السلام إذ دخل عليه مهزم، فقال له: جعلت فداك أخبرني عن هذا الامر الذي ننتظر، متى هو؟ فقال: يا مهزم كذب الوقاتون وهلك المستعجلون ونجا المسلمون

“...Əbdür-Rəhman b. Kəsir dedi: “İmamın yanında idik, Mihzəm adlı içəri daxil olub ona (imama) dedi: “Sənə fəda olum! Mənə gözlədiyim BU MƏSƏLƏ barədə xəbər ver. O nə vaxtdır?” İmam (ə.s) dedi: “Ey Mihzəm, vaxt deyənlər yalan deyirlər, tələsənlər həlak oldular, təslim olanlar nicat tapdılar”.

Kafi, 1 cild, 368 səhifə, 2 hədis

- Məgər vəsiyyətin vaxtı var? Yoxsa zühurun?

3.
الحسين بن محمد، عن معلى بن محمد، عن الحسن بن علي الخزاز، عن عبد الكريم ابن عمرو الخثعمي، عن الفضل بن يسار، عن أبي جعفر عليه السلام قال: قلت: لهذا الامر وقت؟ فقال كذب الوقاتون، كذب الوقاتون، كذب الوقاتون، إن موسى عليه السلام لما خرج وافدا إلى ربه، واعدهم ثلاثين يوما، فلما زاده الله على الثلاثين عشرا، قال قومه: قد أخلفنا موسى فصنعوا ما صنعوا، فإذا حدثناكم الحديث فجاء على ما حدثناكم [به] فقولوا: صدق الله، وإذا حدثناكم الحديث فجاء على خلاف ما حدثناكم به فقولوا: صدق الله تؤجروا مرتين

“...Fudeyl b. Yəssar dedi: “Əbu Cəfərə (imam Baqirə) dedim: “BU MƏSƏLƏNİN vaxtı var?...”

Kafi, 1 cild, 368,369 səhifə, 5 hədis

İmam (imamət) mənasında.

1.
محمد بن عيسى، عمن رواه، عن أبي عبد الله عليه السلام قال: قال له رجل: جعلت فداك رجل عرف هذا الأمر، لزم بيته ولم يتعرف إلى أحد من إخوانه؟ قال: فقال: كيف يتفقه هذا في دينه!؟.

“...Bir nəfər imam Sadiqə dedi: “Bir şəxs BU MƏSƏLƏNİ bilir və evində qalır, dostlarımızdan heç biri ilə tanış olmur”. İmam (ə.s) dedi: “Bəs bu şəxsdə öz dinini necə dərin qavrayacaq?”.

Kafi, 1 cild, 31 səhifə, 9 hədis.

-Həmin şəxs VƏSİYYƏTİN nə olduğunu bilir, İmam da (ə.s) sözügedən şəxsin dindən məlumatı olmayacağını deyir?! Yoxsa, həmin şəxs İMAMI bilir, imam Sadiq də (ə.s) imamsız din barədə heçnə öyrənə bilməyəcəyini deyir?

2. Öz gətirdikləri hədis belə onların əleyhinədir.

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ يُونُسَ عَنْ أَحْمَدَ بْنِ عُمَرَ عَننْ أَبِي الْحَسَنِ الرِّضَا ع قَالَ: سَأَلْتُهُ عَنِ الدَّلَالَةِ عَلَى صَاحِبِ هَذَا الْأَمْرِ فَقَالَ الدَّلَالَةُ عَلَيْهِ الْكِبَرُ وَ الْفَضْلُ وَ الْوَصِيَّةُ إِذَا قَدِمَ‏ الرَّكْبُ‏ الْمَدِينَةَ فَقَالُوا إِلَى مَنْ أَوْصَى فُلَانٌ قِيلَ إِلَى فُلَاننِ بْنِ فُلَانٍ وَ دُورُوا مَعَ السِّلَاحِ حَيْثُمَا دَارَ فَأَمَّا الْمَسَائِلُ فَلَيْسَ فِيهَا حُجَّةٌ.

“Əli b. İbrahimdən, o Məhəmməd b. İsadan, o Yunusdan, o da Əhməd b. Ömərdən dedi: “İmam Rzadan (ə.s) BU MƏSƏLƏ SAHİBİNİN əlamətini soruşdum. İmam (ə.s) dedi: “ işarəsi yaşca böyük, fəzilət sahibi və əvvəlki imam tərəfindən VƏSİYYƏT olunmalıdır. Belə ki, əgər şəhərə bir karvan gəlib “İmam özündən sonra kimə vəsiyyət etdi” deyə soruşsa, “filankəs oğlu filankəsə vəsiyyət etdi” deyə cavab verilər. Siz silah ilə həyat sürün. Suallara cavab vermək, (imamın) höccət olmasına dəlil deyildir”.

“əl-Kəfi”, 1-ci cild, 285-ci səhifə, 5-ci hədis.

- Fərz edək ki, “bu məsələ” sözü “vəsiyyət” mənasındadır. Ravi soruşur ki, “vəsiyyət sahibinin xüsusiyyəti nədir”. İmam da (ə.s) buyurur ki, “vəsiyyəti olmalıdır”. Bu ona bənzəyir ki, bir nəfərdən almanın xüsusiyyətini soruşursan, o da sənə “alma olmalıdır” cavabını verir.

3. Mühafizəkarın öz (07.08.2021-ci ildəki) postunda qeyd etdiyi hədis də əleyhinədir

حَدَّثَنَا أَبِي رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى الْعَطَّارُ عَنْ مُحَمَّدِ بْنِ أَحْمَدَ عَنْ مُحَمَّدِ بْنِ الْوَلِيدِ عَنْ حَمَّاددِ بْنِ عُثْمَانَ عَنِ الْحَارِثِ بْنِ الْمُغِيرَةِ النَّصْرِيِّ قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع بِمَ يُعْرَفُ صَاحِبُ هَذَا الْأَمْرِ قَالَ بِالسَّكِينَةِ وَ الْوَقَارِ وَ الْعِلْمِ وَ الْوَصِيصِيَّةِ.

Muğeyrə Ən-Nəsridən nəql edir ki dedi: "Mən İmam Cəfəri Sadiq (ə)-a dedim: “BU İŞİN (*MƏSƏLƏNİN) SAHİBİ NƏ İLƏ TANINAR? İmam Cəfəri Sadiq (ə) buyurdu: "Səssizlik, vüqar, elm və VƏSİYYƏT ilə."

(Əl-Xisal, Şeyx Səduq cild 1/səhifə 200-hədis nömrə 12)

4.

فَقَالَ يُعْرَفُ صَاحِبُ هَذَا الْأَمْرِ بِثَلَاثِ خِصَالٍ لَا تَكُونُ فِي غَيْرِهِ هُوَ أَوْلَى النَّاسِ بِالَّذِي قَبْلَهُ وَ هُوَ وَصِيُّهُ وَ عِنْدَهُ سِلَاحُحُ رَسُولِ اللَّهِ ص وَ وَصِيَّتُهُ

“İmam Sadiq (ə.s) dedi: “BU MƏSƏLƏNİN SAHİBİ 3 xislətlə TANINAR. Özündən əvvəlki şəxsə (imama) hərkəsdən daha layiqdir, onnun vəsisidir, yanında RƏSULALLAHIN (s) SİLAHI və ONUN VƏSİYYƏTİ olmalıdır”.

Kafi, 1-ci cild, 378,379-cu səhifə, 2-ci hədis

Diqqət edin. Hədisdə “onun yanında Rəsulallahın silahı və ONUN VƏSİYYƏTİ olmalıdır” deyilir. Əgər “bu məsələnin sahibi” sözü vəsiyyət mənasındadırsa, nəyə görə İmam (ə.s) vəsiyyət sözünün tərifini (açıqlamasını) verərkən “ONUN VƏSİYYƏTİ OLMALIDIR” sözünü işlədir?! Məlum olur ki, “bu məsələ” sözü ilə “vəsiyyət” fərqli məna daşıyır.

5.Sonra olaraq şübhənin aradan tamamilə qaldırmaq üçün aşağıdakı hədisi təqdim edirik:

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنِ ابْنِ فَضَّالٍ عَنْ أَبِي جَمِيلَةَ عَنْ مُحَمَّدِ بْنِ الْحَلَبِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ الْإِمَامُ يُعْرَفُ  بِثَلَاثِ خِصَاالٍ إِنَّهُ أَوْلَى النَّاسِ بِالَّذِي كَانَ قَبْلَهُ وَ عِنْدَهُ سِلَاحُ رَسُولِ اللَّهِ ص وَ عِنْدَهُ الْوَصِيَّةُ وَ هُوَ الَّذِي قَالَ اللَّهُ تَعَالَى إِنَّ اللَّهَ يَأْمُرُكُم‏ أَنْ تُؤَدُّوا الْأَماناتِ إِلى‏ أَهْلِها وَ قَالَ السِّلَاحُ فِينَا بِمَنْزِلَةِ التَّابُوتِ فِي بَنِي إِسْرَائِيلَ يَدُورُ الْمُلْكُ حَيْثُ دَارَ السِّلَاحُ كَمَا كَانَ يَدُورُ حَيْثُ دَارَ التَّابُوتُ.

“...Muhəmməd b. əl-Hələbi dedi: “İmam Sadiq (ə.s) buyurub: “İMAM 3 xislətlə TANINIR: o, özündən əvvəlkinə insanlardan ən çox layiq şəxsdir, RƏSULALLAHIN (s) SİLAHI və VƏSİYYƏTİ ondadır. Bu, Allahın Quranda barəsində buyurduğudur: “Allah sizə əmanətləri öz sahiblərinə (onları almağa və qoruyub saxlamağa layiq olan kimsələrə) verməyinizi... buyurur”. Sonra buyurdu: “Rəsullahın (s) silahı bizdə İsrail övladlarındakı sandıq timsalındadır. Sandıq olan kəslərdə hakimiyyət dövr etdiyi kimi, həmçinin hakimiyyət silah olan şəxslərdədir”.

“Bəsairud-Dəracət” 1 cild, 180,181 səhifə, 22 hədis

Yuxarıdakı (4-cü bənddəki) hədisdə “BU MƏSƏLƏNİN sahibi 3 xislətlə ilə tanınar” deyə buyurulur və həmin hədis başqa bir yerdə imam Sadiq (ə.s) tərəfindən “İMAM 3 xislətlə tanınar” deyə buyrulub. Buradan məlum olur ki, (4-cü bənddəki) 3 xislətlə tanınılan “bu məsələ” sözü 5-ci bənddəki hədisə əsasən məhz imamət mənasındadır.

“Həzəl-Əmr” sözünün hər iki mənada (zühur, imam) işlədilməsi barədə bir çox hədis gətirmək mümkündür. Ümid edirik ki, bu hədislər kifayət edəcəkdir.

- Sözügedən hədisin davamında deyilir “əks halda Allah onun (iddia edənin) ömrünü kəsər”

Məgər “ömrünü kəsər” dedikdə həmin zaman öldüyü nəzərdə tutulur, yoxsa ona yazılmış ömür müddətinin azalacağı?

من سد طريقا بتر الله عمره

“Kim yol kəsərsə, Allah da onun ömrünü kəsər”.

“Mən lə yəhduruhul-Fəqih” 1 cild, 26 səhifə, 46 hədis.

Belə nəticəyə gəlirik ki, kim əgər yol kəsənlik etsə həmin zaman mütləq dünyasını dəyişəcək. Bunun belə olmadığı isə, cahilindən aliminə kimi məlumdur. Həmçinin, bu söz (Allah ömrünü kəsər) onu göstərir ki, başqa biri də vəsiyyətlə və ya əsl mənası olan imamətlik iddia edə bilər. Və etdiyi zaman da ona yazılmış ömür qısalacaqdır.

- 2-ci hədisin analizinə ehtiyac duymuruq. Bu səbəblə ki, həmin hədis yuxarıda qeyd olunduğu kimi ənsar əhlinin əleyhinədir.

- Abdullah b. Cəfərə gəldikdə isə, onun vəsiyyət deyə iddia etdiyi şey imamətdir. Necə ki, Əhməd əl-Həsən də “sahibindən başqa heç kim iddia etməz” hədisi ilə vəsiyyət iddiası edir. Lakin, Əhməd əl-Həsən və tərəfdarları sözügedən hədisdəki “bu məsələ” sözünün “imamət” olduğunun fərqində deyillər.

________________________

VƏSİYYƏT ƏHMƏD ƏL-HƏSƏNƏ VERİLİB? HZ MƏHDİ (Ə.F) ÖLÜB MÜ?

Ənsar əhlinin hədisdə diqqət etmədiyi nüanslardan biri də budur:

فإذا حضرته الوفاة فليسلمها إلى ابنه أول المهديين

(Əsar əhlinin tərcüməsi ilə)
“Höccət ibnəl Həsənin də VƏFAT ZAMANI GƏLDİYİNDƏ vəsiyyətimi oğluna, yaxın olanların ilkinə təslim etsin”

Məgər hz.Məhdiyə (ə.f) ölüm üz verib mi ki, vəsiyyətini Əhməd əl-Həsənə təhvil verib? Yoxsa 2003-cü ildə vəsiyyətini təqdim etdikdən bəri ölüm yatağındadır? Əgər belədirsə, deməli İmam (ə.f) heç qiyam etmədən, dövlətini qurmadan artıq ölüm yatağına uzanıb və 17 ildir ki, ölüm yatağındadır. Və bizlər də ölüm yatağında olan bir şəxsin qiyamını gözləyirik.

Əhli-Beyt (ə.s) hədislərində “vəfat zamanı gəldikdə” deyilərkən, nə nəzərdə tutulur?

1. Əli b. Hüseyn əs-Səccada vəfat gəlincə

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ زِيَادٍ أَبِي الْجَبَّارِ عَنْ أَبِي الْقَاسِمِ‏ عَنْ مُحَمَّدِ بْنِ سَهْلٍ عَنْ إِبْرَاهِيمَ بْنِ أَبِي الْبِلَادِ عَنْ إِسْممَاعِيلَ بْنِ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ ع قَالَ: لَمَّا حَضَرَتْ‏ عَلِيَ‏ بْنَ الْحُسَيْنِ الْوَفَاةُ قَبْلَ ذَلِكَ قَالَ أَخْرَجَ سَفَطاً أَوْ صُنْدُوقاً عِنْدَهُ فَقَالَ يَا مُحَمَّدُ احْمِلْ هَذَا الصُّنْدُوقَ قَالَ فَحُمِلَ بَيْنَ أَرْبَعَةٍ قَالَ فَلَمَّا تُوُفِّيَ جَاءَ إِخْوَتُهُ يَدَّعُونَ فِي الصُّنْدُوقِ فَقَاللُوا أَعْطِنَا نَصِيبَنَا مِنَ الصُّنْدُوقِ فَقَالَ وَ اللَّهِ مَا لَكُمْ فِيهِ شَيْ‏ءٌ وَ لَوْ كَانَ لَكُمْ فِيهِ شَيْ‏ءٌ مَا دَفَعَهُ إِلَيَّ وَ كَانَ فِي الصُّنْدُوقِ سِلَاحُ رَسُولِ اللَّهِ ص وَ كُتُبُهُ.

“...İmam Baqir (ə.s) dedi: “Əli b. Hüseyn (ə) VƏFAT ONA GƏLMƏMİŞDƏN ÖNCƏ özündəki səbət və ya sandığı çıxarıb dedi: “Ey Muhəmməd (imam Baqir), o sandığı apar”. Onu dörd nəfər apardı. O vəfat etdikdə qardaşları gəlib sandığa iddia etdilər və dedilər: “Sandıqdan bizə düşən payımızı ver”. Buyurdu: “Allaha and olsun, orada sizə aid heç bir şey yoxdur. Əgər sizə aid bir şey olsaydı, onu mənə verməzdi”. Sandıqda Peyğəmbərin (s) silahı və kitabları vardı”.

“Bəsairud-Dəracət” 1-ci cild, 180 səhifə, 18 hədis

1.2.

حَدَّثَنَا أَبِي رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنِي عَلِيُّ بْنُ الْحُسَيْنِ السَّعْدَآبَادِيُّ عَنْ أَحْمَدَ بْنِ أَبِي عَبْدِ اللَّهِ الْبَرْقِيِّ عَنْ إِسْمَاعِيلَ بْنِ مِهْرَانَ عَنْ دُرُسْتَ بْنِ أَبِي مَنْصُورٍ عَنْ عِيسَى بْنِ بَشِيرٍ عَنْ أَبِي حَمْزَةَ الثُّمَالِيِّ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: لَمَّا حَضَرَتْ عَلِيَّ بْنَ الْحُسَيْنِ ع الْوَفَاةُ ض ضَمَّنِي إِلَى صَدْرِهِ ثُمَّ قَالَ يَا بُنَيَ‏ أُوصِيكَ‏ بِمَا أَوْصَانِي بِهِ أَبِي ع حِينَ حَضَرَتْهُ الْوَفَاةُ وَ بِمَا ذَكَرَ أَنَّ أَبَاهُ أَوْصَاهُ بِهِ يَا بُنَيَّ إِيَّاكَ وَ ظُلْمَ مَنْ لَا يَجِدُ عَلَيْكَ نَاصِراً إِلَّا اللَّهَ.

“...İmam Baqir (ə) dedi: “Atama (imam Səccada) VƏFAT GƏLİNCƏ məni bağrına basıb belə buyurdu: “Atam vəfat edərkən mənə vəsiyyət etdiyini sənə vəsiyyət edirəm. Onun da atası ona belə vəsiyyət etmişdir: “Allahdan başqa köməyi olmayan kimsəyə zülm etməkdən çəkin”

“Xisal”, 1 cild, 16 səhifə, 59 hədis

2. İmam Baqirə (ə.s) vəfat gəlincə

فَقَالَ يُعْرَفُ صَاحِبُ هَذَا الْأَمْرِ بِثَلَاثِ خِصَالٍ لَا تَكُونُ فِي غَيْرِهِ هُوَ أَوْلَى النَّاسِ بِالَّذِي قَبْلَهُ وَ هُوَ وَصِيُّهُ وَ عِنْدَهُ سِللَاحُ رَسُولِ اللَّهِ ص وَ وَصِيَّتُهُ وَ ذَلِكَ عِنْدِي لَا أُنَازَعُ فِيهِ قُلْتُ إِنَّ ذَلِكَ مَسْتُورٌ مَخَافَةَ السُّلْطَانِ قَالَ لَا يَكُونَ فِي سِتْرٍ إِلَّا وَ لَهُ حُجَّةٌ ظَاهِرَةٌ إِنَّ أَبِي اسْتَوْدَعَنِي مَا هُنَاكَ فَلَمَّا حَضَرَتْهُ الْوَفَاةُ

“İmam Sadiq (ə.s) dedi: “Bu məsələnin sahibi 3 xislətlə tanınar. Özündən əvvəlki şəxsə (imama) hərkəsdən daha layiqdir, ona (əvvəlki imama) vəsiyyət edilmişidir, yanında Rəsulallahın silahi və vəsiyyəti olmalıdır. Bunlar isə, məndədir. Bununla bağlı kimsə mənimlə rəqabət edə bilməz”. (Ravi) Dedim: “Bunları sultanın qorxusundan gizlədirsiniz?” İmam dedi: “Xeyr. Bunlar açıq bir dəlil olmadan gizli qalmaz. GİZLƏNƏN ƏMANƏTLƏRİ ATAM MƏNƏ vəfat etdiyi gün mənə VERDİ”.

Kafi, 1-ci cild, 378,379-cu səhifə, 2-ci hədis

- Bu barədə də bir çox hədis gətirmək mümkündür. Bu 3 hədisdən görürük ki, “vəfat gəlincə” ləfzi keçən hədislərdə İmamın (ə.s) son vaxtları və bu vaxt ərzində etdiyi vəsiyyətlər gözə çarpır. İndi isə, Höccət ibn Həsən (ə.f) ölüb mü? Əgər Əhməd əl-Həsən vəsiyyət sahibidirsə, demək ki, özündən öncəki imam da 2003-də vəfat etmişdir.

________________________

Rəsulallahın (s.a.a) vəsiyyətində nə yazılıb?

Ənsar əhlinin illərdir müdafiə etdiyi Rəsulallah (s.a.a) vəsiyyətinin nə olduğuna baxaq. Həmin vəsiyyətdə nələrin yazıldığını Məsumların (ə.s) dilindən öyrənək.

1.

عن معاذ بن كثير، عن أبي عبد الله عليه السلام قال: إن الوصية نزلت من السماء على محمد كتابا (٢ ،(لم ينزل على محمد صلى الله عليه وآله كتاب مختوم إلا الوصية، فقال جبرئيل عليه السلام: يا محمد هذه وصيتك في أمتك عند أهل بيتك، فقال رسول الله صلى الله عليه وآله: أي أهل بيتي يا جبرئيل؟ قال: نجيب الله (٣) منهم وذريته، ليرثك علم النبوة كما ورثه إبراهيم عليه السلام وميراثه لعلي عليه السلام و ذريتك من صلبه، قال: وكان عليها خواتيم، قال: ففتح علي عليه السلام الخاتم الأول ومضى لما فيها (٤ (ثم فتح الحسن عليه السلام الخاتم الثاني ومضى لما أمر به فيها، فلما توفي الحسن ومضى فتح الحسين عليه السلام الخاتم الثالث فوجد فيها أن قاتل فاقتل وتقتل واخرج بأقوام للشهادة، لا شهادة لهم إلا معك، قال: ففعل عليه السلام، فلما مضى دفعها إلى علي بن الحسين عليهما السلام قبل ذلك، ففتح الخاتم الرابع فوجد فيها أن اصمت وأطرق (١ (لما حجب العلم، فلما توفي ومضى دفعها إلى محمد بن علي عليهما السلام ففتح الخاتم الخامس فوجد فيها أن فسر كتاب الله تعالى وصدق أباك وورث ابنك واصطنع الأمة (٢ (وقم بحق الله عز وجل وقل الحق في الخوف والامن ولا تخش إلا الله، ففعل، ثم دفعها إلى الذي يليه، قال: قلت له: جعلت فداك فأنت هو؟ قال: فقال: ما بي إلا أن تذهب يا معاذ فتروي علي (٣ (قال: فقلت: أسأل الله الذي رزقك من آبائك هذه المنزلة أن يرزقك من عقبك مثلها قبل الممات، قال؟ قد فعل الله ذلك يا معاذ، قال: فقلت: فمن هو جعلت فداك؟ قال: هذا الراقد - وأشار بيده إلى العبد الصالح (٤ - (وهو راقد.

“Məaz b. Kəsir imam Sadiqdən (ə.s) dedi: “Vəsiyyət, Məhəmmədə (s.a.a) səmadan yazılı şəkildə nazil olmuşdu. VƏSİYYƏTDƏN BAŞQA heç bir şey səmadan MÖHÜRLÜ olaraq Məhəmmədə (s) nazil olmayıb. Cəbrail dedi: “Ey Məhəmməd! Bu, sənin Əhli-beytinin yanında olan (sahib olduğu), ümmətin üçün olan vəsiyyətdir (yəni, vəsiyyətin sahibi Əhli-beyt (ə.s) ümmət də bu vəsiyyətə sadiq qalmalıdır)”. Rəsulallah (s) dedi: “Hansı Əhli-Beytim ey Cəbrayıl?” Cəbrail dedi: “Allahın onlardan nəcib bildiyi (Əli) və onun zürriyəti...Vəsiyyətin üzərində möhürlər vardır. Əli (ə.s) ilk möhürü qaldırdı və içində olanlara əməl etdi. Sonra Həsən (ə.s) möhürü açdı o da yazılanlara əməl etdi. Həsən (ə.s) dünyasını dəyişdikdə, Hüseyn (ə.s) möhürü açdı belə yazıldığını gördü: “Döyüş, öldür, sən də qətl ediləcəksən. Bir dəstəni də özünlə şəhadətə çatmaq üçün apar. Onlar səninlə bərabər olmasalar şəhid olmayacaqlar”. HÜSEYN (ə.s) yazılanları etdi və başına gələnlər gəldikdə vəsiyyəti Əli b. Hüseynə (ə.s) verdi. Əli (ə.s) də möhürü açdı və orada belə yazıldığını gördü: “Sakit qal, gizli olan elmi aşkar etmə və başın aşağıda olsun”. O da öldükdə Məhəmməd b. Əliyə (ə.s) verdi. O da möhürü açıb bunları gördü: “Allahın kitabını təfsir et, Atanı doğrula (atan kimi ol) və imamlığı oğluna miras qoy...Yazılanlara əməl etdi və özündən sonrakı imama təqdim etdi”. Ravi dedi: “Sənə fəda olum! O sənsən?” İmam (ə.s) dedi: “Mənim haqqımda rəvayətləri söyləməndən qorxuram ey Məaz!”...Ravi dedi: “Sənə fəda olum! O (səndən sonrakı imam) kimdir?” İmam (ə.s) dedi: “Bax bu yatan şəxsdi”. (Ravi deyir) Əli ilə orada yatan Əbdus-Salehi (Musa b. Cəfəri ə.s) işarə etdi”.

Kafi, 1-ci cild, 279,280 səhifələr, 1-ci hədis

2.

مُحَمَّدِ بْنِ الْحُسَيْنِ [الْحَسَنِ‏] الْكِنَانِيِّ عَنْ جَدِّهِ عَنْ أَبِي عَبْدِ اللَّهِ الصَّادِقِ ع قَالَ: إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ أَنْزَلَ عَلَى نَبِيِّهِ ص كِتَاباً قَبْلَ أَنْ يَأْتِيَهُ الْمَوْتُ فَقَالَ يَا مُحَمَّدُ هَذَا الْكِتَابُ وَصِيَّتُكَ إِلَى النَّجِيبِ مِنْ أَهْلِكَ فَقَالَ ووَ مَنِ النَّجِيبُ مِنْ أَهْلِي يَا جَبْرَئِيلُ فَقَالَ عَلِيُّ بْننُ أَبِي طَالِبٍ وَ كَانَ عَلَى الْكِتَابِ خَوَاتِيمُ مِنْ ذَهَبٍ فَدَفَعَهُ النَّبِيُّ إِلَى عَلِيٍّ ع وَ أَمَرَهُ أَنْ يَفُكَّ خَاتَماً مِنْهَا وَ يَعْمَلَ بِمَا فِيهِ فَفَكَّ ع خَاتَما وَ عَعَمِلَ بِمَا فِيهِ ثُمَّ دَفَعَهُ إِلَى ابْنِهِ الْحَسَنِ ع فَفَكَّ خَاتَماً وَ عَمِلَ بِمَا فِيهِ ثُمَّ دَفَعَهُ إِلَى الْحُسَيْنِ ع فَفَكَّ خَاتَماً فَوَجَدَ فِيهِ أَنِ اخْرُجْ بِقَوْمٍ إِلَى الشَّهَادَةِ فَلَا شَهَادَةَ لَهُمْ إِلَّا مَعَكَ وَ اشْتَرِ نَفْسَكَ لِلَّهِ عَزَّ وَ جَلَّ فَفَعَلَ ثُمَّ دَفَعَهُ إِلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ ع فَفَكَّ خَاتَماً فَوَجَدَ فِيهِ اصْمُتْ وَ الْزَمْ مَنْزِلَكَ وَ اعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ فَفَعَلَ ثُمَّ دَفَعَهُ إِلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ ع فَفَكَّ خَاتَماً فَوَجَدَ فِيهِ حَدِّثِ النَّاسَ وَ أَفْتِهِمْ وَ لَا تَخَافَنَّ إِلَّا اللَّهَ فَإِنَّهُ لَا سَبِيلَ لِأَحَدٍ عَلَيْكَ ثُمَّ دَفَعَهُ إِلَيَّ فَفَكَكْتُ خَاتَماً فَوَجَدْتُ فِيهِ حَدِّثِ النَّاسَ وَ أَفْتِهِمْ وَ انْشُرْ عُلُوومَ أَهْلِ بَيْتِكَ وَ صَدِّقْ آبَاءَكَ مِنَ الصَّالِحِينَ وَ لَا تَخَافَنَّ أَحَداً إِلَّا اللَّهَ وَ أَنْتَ فِي حِرْزٍ وَ أَمَانٍ فَفَعَلْتُ ثُمَّ أَدْفَعُهُ إِلَى مُوسَى بْنِ جَعْفَرٍ وَ كَذَلِكَ يَدْفَعُهُ مُوسَى إِلَى الَّذِي مِنْ بَعْدِهِ ثُمَّ كَذَلِكَ أَبَداً إِلَى قِيَامِ الْمَهْدِيِّ ع.

"Məhəmməd b. Hüseyn Kinani, o babasından, o da atasından imam Sadiqdən (ə) belə nəql edir: “Allah-taala PEYĞMBƏR (S) VƏFAT ETMƏMİŞDƏN ƏVVƏL, ona (Cəbrailin vasitəsilə) bir yazı (məktub) nazil edərək belə buyurdu: “Ey Muhəmməd! Bu yazı Əhli-Beytindən olan nəcib bir kəsə sənin VƏSİYYƏTİNDİR”. Peyğəmbər (s) soruşdu: “Ey Cəbrail, Əhli-Beytimdən nəcib olan şəxs kimdir?” Cəbrail dedi: “Həmin şəxs Əli ibn Əbu Talibdir”. Həmin VƏSİYYƏTİN qızıldan MÖHÜRÜ VAR İDİ. Allah rəsulu (s) onu Əliyə (ə) verib, ona möhürünü açmağı və orada yazılanlara əməl etməyi əmr etdi. Əli (ə) möhürü açdı və orada yazılana əməl etdi. Sonra onu oğlu Həsənə (ə) verdi. Həsən (ə) də möhürü açdı və orada yazılana əməl etdi. Sonra onu Hüseynə (ə) verdi. Hüseyn (ə) möhürü açdı və orada “Bir dəstə ilə şəhadətə yetişmək üçün çıx, çünki onların şəhadətə yetişmələri yalnız səninlə birlikdədir. Nəfsini Allah yolunda satın al!” - yazıldığını görüb, ona əməl etdi. Sonra onu Əli ibn Hüseynə (ə) verdi. Əli ibn Hüseyn (ə) möhürü açdı və orada “sus, evində otur və yəqinə yetişənə qədər Rəbbinə ibadət et” – yazıldığını görüb, ona əməl etdi. Sonra onu Muhəmməd ibn Əliyə (ə) verdi. O, möhürü açdı və orada “insanlara hədislər nəql et, onlara fətva ver, Allahdan başqa heç kimdən qorxma və heç kimin sənə qarşı məzəmmət yolu yoxdur” – yazıldığını gördü. Sonra onu mənə verdi. Mən möhürü açdım və orada “insanlara hədislər nəql et, onlara fətva ver, Əhli-Beytinin elmini yay, saleh ata-babalarını təsdiq et və Allahdan başqa heç kimdən qorxma, çünki sən möhkəm bir qaladasan və əmin-amanlıq içindəsən” – yazıldığını görüb, ona əməl etdim. Sonra onu Musa ibn Cəfərə verəcəyəm. Musa da onu özündən sonra gələnlərə verəcək. Beləliklə də, BU YAZI MEHDİNİN (ə.f) ZÜHURUNA QƏDƏR canişinlərin birindən digərinə ötürüləcək”.

Şeyx Səduq “Əl-Əmali” 1c, 401s

“Əl-Kəfi”, 1-ci cild, 280,281 səh, 2 hədis

3.
موسى بن جعفر عليهما السلام قال: قلت لأبي عبد الله: أليس كان أمير المؤمنين عليه السلام كاتب الوصية ورسول الله صلى الله عليه وآله المملي عليه وجبرئيل والملائكة المقربون عليهم السلام شهود؟ قال: فأطرق طويلا (٢ (ثم قال: يا أبا الحسن قد كان ما قلت (٣( ولكن حين نزل برسول الله صلى الله عليه وآله الامر، نزلت الوصية من عند الله كتابا مسجلا، نزل به جبرئيل مع أمناء الله تبارك وتعالى من الملائكة، فقال جبرئيل: يا محمد مر بإخراج من عندك إلا وصيك، ليقبضها منا وتشهدنا بدفعك إياها إليه ضامنا لها - يعني عليا عليه السلام - فامر النبي صلى الله عليه وآله بإخراج من كان في البيت ما خلا عليا عليه السلام، وفاطمة فيما بين الستر والباب، فقال جبرئيل: يا محمد ربك يقرئك السلام ويقول: هذا كتاب ما كنت عهدت إليك وشرطت عليك وشهدت به عليك وأشهدت به عليك ملائكتي وكفى بي يا محمد شهيدا، قال: فارتعدت مفاصل النبي صلى الله عليه وآله فقال يا جبرئيل ربي هو السلام ومنه السلام. وإليه يعود السلام صدق عز وجل وبر، هات الكتاب، فدفعه إليه وأمره بدفعه إلى أمير المؤمنين عليه السلام فقال له: أقرأه، فقرأه حرفا حرفا، فقال: يا علي! هذا عهد ربي تبارك وتعالى إلي شرطه علي وأمانته وقد بلغت ونصحت وأديت، فقال علي عليه السلام وأنا أشهد لك [بأبي وأمي أنت] بالبلاغ والنصيحة والتصديق على ما قلت ويشهد لك به سمعي وبصري ولحمي ودمي، فقال: جبرئيل عليه السلام: وأنا لكما على ذلك من الشاهدين، فقال رسول الله صلى الله عليه وآله: يا علي أخذت وصيتي وعرفتها وضمنت لله ولي الوفاء بما فيها، فقال علي عليه السلام: نعم بأبي أنت وأمي علي ضمانها وعلي الله عوني وتوفيقي على أدائها، فقال رسول الله صلى الله عليه وآله: يا علي إني أريد ان اشهد عليك بموافاتي بها يوم القيامة. فقال علي عليه السلام نعم أشهد، فقال النبي صلى الله عليه وآله: إن جبرئيل وميكائيل فيما بيني وبينك الآن وهما حاضران معهما الملائكة المقربون لأشهدهم عليك، فقال: نعم ليشهدوا وأننا - بأبي أنت وأمي - اشهدهم، فأشهدهم رسول الله صلى الله عليه وآله وكان فيما اشترط عليه النبي بأمر جبرئيل عليه السلام فيما أمر الله عز وجل أن قال له: يا علي تفي بما فيها من موالاة من والى الله ورسوله والبراءة والعداوة لمن عادى الله ورسوله والبراءة منهم على الصبر منك [و] على كظم الغيظ وعلى ذهاب حقك وغصب خمسك (١ (وانتهاك حرمتك؟ فقال: نعم يا رسول الله فقال أمير المؤمنين عليه السلام: والذي فلق الحبة وبرأ النسمة لقد سمعت جبرئيل عليه السلام يقول للنبي: يا محمد عرفه أنه ينتهك الحرمة وهي حرمة الله وحرمة رسول الله صلى الله عليه وآله وعلى أن تخضب لحيته من رأسه بدم عبيط (٢( قال أمير المؤمنين عليه السلام: فصعقت حين فهمت الكلمة من الأمين جبرئيل حتى سقطت على وجهي وقلت: نعم قبلت ورضيت وإن انتهكت الحرمة وعطلت السنن ومزق الكتاب وهدمت الكعبة وخضبت لحيتي من رأسي بدم عبيط صابرا محتسبا أبدا حتى أقدم عليك، ثم دعا رسول الله صلى الله عليه وآله فاطمة والحسن والحسين وأعلمهم مثل ما أعلم أمير المؤمنين، فقالوا مثل قوله فختمت الوصية بخواتيم من ذهب، لم تمسه النار (١ (ودفعت إلى أمير المؤمنين عليه السلام، فقلت لأبي الحسن عليه السلام: بأبي أنت وأمي ألا تذكر ما كان في الوصية؟ فقال: سنن الله وسنن رسوله، فقلت: أكان في الوصية توثبهم (٢ (وخلافهم على أمير المؤمنين عليه السلام؟ فقال: نعم والله شيئا شيئا، وحرفا حرفا، أما سمعت قول الله عز وجل: " إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شئ أحصيناه في إمام مبين (٣" (؟ والله لقد قال رسول الله صلى الله عليه وآله لأمير المؤمنين وفاطمة عليهما السلام: أليس قد فهمتما ما تقدمت به إليكما وقبلتماه؟ فقالا: بلى وصبرنا على ما ساءنا وغاظنا.

“Musa b. Cəfər (ə.s) dedi: “atam Əbu Əbdullaha (ə.s) dedim: “Əmirəl-Möminin, vəsiyyət katibi, Rəsulallah, vəsiyyəti oxuyan, Cəbrail və müqərrəb mələklər şahid deyildilər?” İmam Sadiq (ə.s) başını aşağı saldı bə sonra dedi: “Ey Əbəl-Həsən! Sənin dediyin kimidir. Lakin, RƏSULALLAH (S) VƏFAT EDƏRKƏN VƏSİYYƏT, Allah tərəfindən MÖHÜRLÜ MƏKTUB ŞƏKLİNDƏ NAZİL OLUNDU. Vəsiyyət, Cəbrail və Allahın yanındakı əminlər tərəfindən nazil oldu. Cəbrail dedi: “Ey Məhəmməd! Vəsin istisna olmaqla hər kəsin çölə çıxmasını əmr et. Çünki, vəsi məktubu bizdən alacaq və sən onu vəsiyə verdiyin zaman bizi şahid tutacaqsan və özünün (Əlinin) də onun mühafizəkarı olduğuna təminat verəcəkdir". Rəsulallah (s) Əlidən başqa, digərlərini evdən çıxmasını əmr etdi. Xanım Fatimə (s.ə) isə, qapı ilə pərdə arasında dayanmışdı. Cəbrail dedi: "Ey Məhəmməd Rəbbin sənə salam deyir və buyurur: "Bu, səninlə etdiyim əhdi, sənin qarşına qoyduğum şərti əhatə edən, sənin üçün ona şahidlik etdiyim və mələkləri də sənin üçün şahid göstərdiyim məktubdur. Ey Məhəmməd! Şahid olaraq mən kifayətəm". Bu zaman Peyğəmbərin (s) oynaqları titrədi və dedi : "Ey Cəbrail! Rəbbimin özü salamdır. salam ondandır və salam ona qayıdar. Rəbbim düz demiş və lütf etmişdir. Məktubu ver". Cəbrail məktubu ona uzadıb, Əliyə verməsini istədi və dedi: "Oxu!". Rəsulallah məktubu hərf-hərf oxuyaraq dedi: "Ey Əli! Bu Rəbbimin mənimlə etdiyi əhdnamədir. Mənim boynumdakı şərti və əmanətidir. Mən onu təbliğ etdim, nəsihət etdim və vəzifəmi yerinə yetirdim". Əli dedi: "Mən sənin təbliğ etdiyinə, nəsihət etdiyinə şahidlik edirəm. Atam-anam sənə qurban olsun. Sənin dediyini təsdiqləyirəm. Qulağım, gözüm, ətim və qanım sənin barəndə şahidlik edər". Cəbaril dedi: "Mən də hər ikinizin şahidiyəm". Rəsulallah dedi: "Ey Əli! Vəsiyyətimi aldın, onu öyrəndin, Allah və mənim üçün bağlı qalacaq və içindəkilərə əməl edəcəksən mi?" Əli (ə.s) dedi: "Bəli, atam anam sənə fəda olsun. Orada yazılanlara əməl etməkdə və məni müvəffəq etməkdə köməkçim Allahdır". Rəsulallah dedi: "Ey Əli! Qiyamət günü bu vəsiyyətə görə hərəkət etdiyini mənə xəbər verəcəyini şahidlərin yanında söyləməni istəyirəm". Əli dedi: "Bəli, şahidlər yanında bunu qəbul edirəm". Rəsulallah dedi: "Cəbrail və Mikail indi burdadır. Yanlarında başqa bəyənilən mələklər də vardır. Burada olmalarının səbəbi, onların sənin üzərində şahid tutmağımdır". Əli (ə.s) dedi: "Bəli, şahid lsunlar, atam anam sənə qurban. Mən də onları şahid tuturam". Rəsulallah mələkləri şahid tutdu. Peyğəmbər Cəbrail və Allah tərəfindən aldığı əmrlər əsasında Əliyə qoyduğu şərtlərdən biri budur: "Ey Əli! Bu vəsiyyətdə yaılanlara bağlı qalacaq, onları tam şəkildə yerinə yetirəcəksən mi?" Allah və Rəsulunu özlərinə qəyyum götrüənlərə sən də qəyyum olacaq, Allah və Rəsulu ilə əlaqəsini kəsib düşmən olanla əlaqəni kəsib düşmən olacaqsan mı?" Bunu edərkən səbr edəcək, hirsini boğacaqsan mı? Bu zaman haqqın əlindən alınsa, sənə verilməsi lazım olan, xüms qəsb edilsə və sənin hörmətin ayaqlar altına atılsa da vəsiyyətdəkilərə əməl edəcəksən mi?" hz.Əli dedi: "Bəli, ey Rəsulallah" Sonra Əli dedi: " İinsan övladını yaradana and içirəm ki, Cəbrailin Rəsulallaha belə dediyini eşitdim: "Ey Məhəmməd! Ona bildir ki, onun ayaqlar altında qalacaq hörməti, Allah və Rəsulunun hörmətidir. Saqqalı başından axan təzə qanlarla alqırmıı rəngə boyansa da bu vəsiyyətə sadiq qalması şərtdir". Hz.Əli davamında buyurur: "Cəbrailin bu sözünü eşitdikdə birdən qışqırdım. Sonda üzü üstə yerə yıxılıb dedim: "Bəli, qəbul etdim və razı oldum. Hörmət ayaqlar altına atılsa da, sünnətlər aradan getsə də, Quran parçalansa da, Kəbə dağılsa da, saqqalım başımdan axan təzə qanla alqırmızı boyansa da səbr edəcəyəm. Hesabını Allaha həvalə edəcəyəm və sənə qovuşana qədər bu yaşamımı (üslubumu) dəyişməyəcəm". Sonra Peyğəmbər (s) Fatiməni, Həsən və Hüseyni çağırdı. Əliyə dediklərini onlara da dedi. Onlar da Əlinin dediklərini dedilər. Sonra vəsiyyət odda əridilməmiş qızıl möhürlərlə möhürləndi və Əliyə verildi". Ravi deyir: "Bu VƏSİYYƏTDƏ NƏLƏR OLDUĞUNU DEYƏ BİLƏRSİNİZ Mİ?" Əbul-Həsən (ə.s) dedi: "ALLAHIN QADAĞALARI VƏ PEYĞƏMBƏRLƏRİN SÜNNƏTİ VARDIR". Ravi deyir: "ORADA ƏLİYƏ MÜXALİF OLMALARI DA VAR MI?" İmam dedi: "BƏLİ, ALLAHA AND OLSUN, TƏK-TƏK VƏ HƏRF-HƏRF VAR. Yoxsa Allahın bu sözünü eşitməmisən mi? "Ölüləri, həqiqətən, ancaq bi dirildirik, onların əvəllər etdiklərini və qoyduqları iləri Biz qeydə alırıq. Biz hər şeyi aydın kitabda hesaba almışıq". Vallahi Peğəmbər, Əli və Fatiməyə buyurub: "Sizə təqdim etdiyim vəsiyyəti anlayıb qəbul etdini mi?" Onlar dedi: "Bəli, bizi kədərləndirən, bizi qəzəbləndirən davranışlara qarşı səbr edəcəyik".

“əl-Kəfi” 1-ci cild, 281,282,283-cü səhifələr, 4-cü hədis

4.

عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ‏ إِنَّ جَبْرَئِيلَ أَتَى رَسُولَ اللَّهِ بِصَحِيفَةٍ مَخْتُومَةٍ بِسَبْعِ خَوَاتِيمَ‏ مِنْ‏ ذَهَبٍ‏ وَ أَمَرَ إِذَا حَضَرَهُ أَجَلُهُ أَنْ يَدْفَعَهَا إِلَى عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فَيَعْمَلُ بِمَا فِيهِ وَ لَا يَججُوزُهُ إِلَى غَيْرِهِ وَ أَنْ يَأْمُرَ كُلَّ وَصِيٍّ مِنْ بَعْدِهِ أَنْ يَفُكَّ خَاتَمَهُ وَ يَعْمَلَ بِمَا فِيهِ وَ لَا يَجُوزَ غَيْرَهُ.

“Abdullah b. Sinandan İmam Sadiq (ə.s) dedi:“Cəbrail (ə) Peyğəmbərə (s) yeddi qızıl MÖHÜRLƏ MÖHÜRLƏNMİŞ BİR KİTAB gətirdi və ÖMRÜ BAŞA ÇATDIQDA onu Əli ibn Əbu Talibə (ə) verməsini, özünün də ona əməl etməsini buyurdu. Bunu başqasına verməyə izn vermədi. Həmçinin bu kitabı hər bir canişinin də özündən sonrakı canişinə verməsini, onların da bu möhürləri açaraq orada yazılanlara əməl etməsini göstəriş verdi. Orada yazılanlara həmin canişindən savayı heç kəs əməl edə bilməz”.

Şeyx Saffər “Bəsairud-Dəracət” 1c, 146s, 24h

5.

عَنْ جَعْفَرِ بْنِ سَمَاعَةَ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: نَزَلَ جَبْرَئِيلُ ع عَلَى النَّببِيِّ ص بِصَحِيفَةٍ مِنَ السَّمَاءِ لَمْ يُنْزِلِ اللَّهُ تَبَارارَكَ وَ تَعَالَى مِنَ السَّمَاءِ كِتَاباً مِثْلَهَا قَطُّ قَبْلَهَا وَ لَا بَعْدَهَا مَخْتُوماً فِيهِ خَوَاتِيمُ مِنْ ذَهَبٍ فَقَالَ للَهُ يَا مُحَمَّدُ هَذِهِ وَصِيَّتُكَ إِلَى النَّجِيبِ مِنْ أَهْلِكَ  قَالَ يَا جَبْرَئِيلُ وَ مَنِ النَّجِيبُ مِنْ أَهْلِي قَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ مُرْهُ إِذَا تُوُفِّيتَ أَنْ يَفُكَّ خَاتَماً مِنْهَا وَ يَعْمَلَ بِمَا فِيهِ فَلَمَّا قُبِضَ رَسُولُ اللَّهِ ص فَكَّ عَلِيٌّ ع خَاتَماً ثُمَّ عَمِلَ بِمَا فِيهِ مَا تَعَدَّاهُ ثُمَّ دَفَعَ الصَّحِيفَةَ إِلَى الْحَسَنِ بْنِ عَلِيٍّ ع فَفَكَّ خَاتَماً وَ عَمِلَ بِمَا فِيهِ مَا تَعَدَّاهُ ثُمَّ دَفَعَهَا  إِلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ ع فَفَكَّ خَاتَماً فَوَجَدَ فِيهِ أَنِ اخْرُجْ بِقَوْمٍ إِلَى الشَّهَادَةِ لَا شَهَادَةَ لَهُمْ إِلَّا مَعَكَ وَ اشْرِ نَفْسَكَ لِلَّهِ عَزَّ وَ جَلَّ فَعَمِلَ بِمَا فِيهِ مَا تَععَدَّاهُ ثُمَّ دَفَعَهَا إِلَى رَجُلٍ بَعْدَهُ فَفَكَّ خَاتَماً فَوَجَدَ فِيهِ أَطْرِقْ وَ اصْمُتْ وَ الْزَمْ مَنْزِلَكَ وَ اعْبُدْ رَبَّكَ  حَتَّى يَأْتِيَكَ الْيَقِينُ ثُمَّ دَفَعَهَا إِلَى رَجُلٍ بَعْدَههُ فَفَكَّ خَاتَماً فَوَجَدَ فِيهِ أَنْ حَدِّثِ النَّاسَ وَ أَفْتِهِمْ وَ انْشُرْ عِلْمَ آبَائِكَ وَ لَا تَخَافَنَّ أَحَداً إِلَّا اللَّهَ فَإِنَّكَ فِي حِرْزِ اللَّهِ وَ ضَمَانِهِ «1» وَ أَمَرَ بِدَفْعِهَا فَدَفَعَهَا إِلَى مَنْ بَعْدَهُ وَ يَدْفَعُهَا مَنْ بَعْدَهُ إِلَى مَنْ بَعْدَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Cəfər b. Səməa” imam Sadiqin (ə.s) belə buyurduğunu nəql etmişdir: “Cəbrail səmadan Peyğəmbər (s.a.a) üçün bir səhifə gətirdi ki, Allah-taala ondan qabaq heç vaxt səmadan ONUN KİMİ BİR KİTAB GÖNDƏRMƏMİŞDİ və göndərməyəcək də. O məktub qızıldan olan MÖHÜRLƏ MÖHÜRLƏNMİŞDİ. Ona dedi: “Məhəmməd, bu, ailəndən olan nəcibə sənin vəsiyyətindir”. Buyurdu: “Ey Cəbrail, mənim ailəmdən olan nəcib kimdir?” Buyurdu: “Əli b. Əbu Talibdir; ona göstəriş ver ki, dünyanı dəyişdiyin zaman möhürün birini açsın və orada olana əməl etsin”. ELƏ Kİ ALLAH RƏSULUNA ÖLÜM YETİŞDİ Əli (ə.s) möhürün birini qaldırdı və orada nə var idisə əməl etdi və ondan boyun qaçırmadı (yəni qanunu pozmadı). Sonra o səhifəni Həsən b. Əliyə (ə.s) ötürdü, o, möhürün birini qopartdı və boyun qaçırmadan orada nə var idisə əməl etdi. Sonra onu Hüseyn b. Əliyə (ə.s) ötürdü, o möhürün birini qaldırdı və orada: “Bir dəstə ilə birlikdə şəhidliyə tərəf çıx, yalnız səninlə birlikdə olduqda onlar üçün şəhadət vardır; özünü Allah-taalaya sat!” olduğunu gördü. Orada olanlara boyun qaçırmadan əməl etdi. Sonra onu özündən sonrakı adama ötürdü; o, möhürün birini açdı və orada “Başını aşağı sal və susqun ol, evində otur və ölüm sənə yetişənədək Rəbbinə ibadət et!” (yazılmış) olduğunu gördü. Sonra onu özündən sonrakı adama təslim etdi. O da möhürün birini açıb, orada: “Camaata hədis danış, fətva ver, atalarının elmini (onlar arasında) paylaş! Allahdan başqa heç kəsdən qorxma, çünki sən Allahın mühafizəsində və zəmanətindəsən (əminamanlıqdasan)” (yazılmış) olduğunu, habelə onu ötürməsini əmr etdiyini gördü. Beləcə, onu özündən sonrakına ötürdü, o da özündən sonrakına, (o biri də) özündən sonrakına. Ta Qiyamət gününədək ötürəcəkdir”

Şeyx Səduq “Kəməlud-Din” 1-ci cild, 231,232-ci səhifə, 35-ci hədis

6.

عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: دَفَعَ رَسُولُ اللَّهِ ص إِلَى عَلِيٍّ ع صَحِيفَةً مَخْتُومَةً بِاثْنَيْ عَشَرَ خَاتَماً وَ قَالَ  فُضَّ الْأَوَّلَ وَ اعْمَلْ بِهِ وَ ادْفَعْهَا إِلَى الْحَسَنِ ع يَفُضُّ الثَّانِيَ وَ يَعْمَلُ بِهِ وَ يَدْفَعُهَا إِلَى الْحُسَيْنِ ع يَفُضُّ الثَّالِثَ وَ يَعْمَلُ بِمَا فِيهِ ثُمَّ إِلَى وَاحِدٍ وَاحِدٍ مِنْ وُلْدِ الْحُسَيْنِ ع.

“Yunis b. Yaqubdan, o da Əbu Əbdullahdan (ə.s) rəvayət edərək dedi: "On iki MÖHÜRLƏ MÖHÜRLƏNMİŞ bir SƏHİFƏNİ Rəsuallalh (s) hz.Əliyə (ə.s) verərək belə buyurdu: "İlk möhürü açaraq yazılanlara əməl et və onu imam Həsənə (ə.s) ver. O da, ikincisini açaraq içində yazılana əməl etsin və onu imam Hüseynə (ə.s) təhvil etsin. O da, üçüncüsünü açaraq yazılanlara əməl etsin. Daha sonra, imam Hüseynin (ə.s) övladlarına bir-bir versin”.

Şeyx Numani (r.a) “Əl-Ğeybə” 1-ci cild, 53,54-cü səhifələr, 4-cü hədis

7.
حدثني المفضل بن صالح أبو جميلة عن أبي [ عبد الله ] عبد الرحمن ، عن أبي عبد الله (عليه السلام): قال: "إن الله جل اسمه أنزل من السماء إلى كل إمام عهده وما يعمل به، وعليه خاتم فيفضه ويعمل بما فيه "

"...Əbu (Əbdullah) Əbdur-Rəhman imam Sadiqdən (ə.s) nəql edərək dedi: " Həqiqətən, uca ismlərə sahib olan Allah (c.c) hər imama (ə.s) əhdini və edilməsi lazım olanı SƏMADAN NAZİL ETMİŞDİR. Onun bir MÖHÜRÜ var. Onu açar və içində ki yazılara əməl edər".

Şeyx Numani (r.a) “Əl-Ğeybə” 1-ci cild, 54-cü səhifə, 7-ci hədis

- Qeyd olunan hədislərdən anlayırıq ki, Rəsulallahın (s.a.a) vəsiyyəti həzrəti Cəbrail (ə.s) tərəfindən təqdim edilən möhürlü bir kitab idi. Nəinki Rəsulallah (s.a.a) imla etmiş və hz.Əli də yazmışdı. Həmçinin, vəsiyyətdə nə İmamın (ə.f) oğlu, nə Əhməd adı, nə də ki 12 məhdi sözü keçməmişdir. Vəsiyyət, Allah (ə.c) tərəfindən göndərilmiş bir kitab idi ki, Allah (ə.c) vəliləri özündən sonrakı vəlilərə təhvil verib.

Əziz mühafizəkar, əziz ənsar əhli, əziz oxuyucular! Yuxarıda vəsiyyət barədə fərqli sənədlərlə qeyd olunan Əhli-Beyt (ə.s) hədisləri daha etibarlı sayılır yoxsa iddia edilən 1 hədis daha etibarlı sayılır? Bir haldakı iddia olunan həmin 1 hədis də qədim Əhli-beyt (ə.s) alimlərinə görə əhli-sünnə hədisidir.

Mövzunun daha da çox uzanmaması üçün həmin mətləbləri qeyd etmirik. Hədisin əhli-sünnə hədisi olması barədə bu linkə müraciət edin: http://az.313news.net/article/saxta-yemani-ehmed-ismayil-el-besri/mehdeviyyet-iddiacisina-cavab-ehmed-ismayil-el-besriye-reddiyye-3-cu-hisse

(6-cı ravi Əli ibn Bəyan ibn Siyabənin tərcümeyi halı)

Hansı etiqadı doğru qəbul edirsiniz? Əhli-beytdən (ə.s) nəql olunan hədisləri yoxsa iddia edilən və əhli-sünnəyə mənsub olan 1 hədisi?

________________________

Nəticə:

1. "Bu məsələni sahibindən başqası iddia etməz" hədisindəki "bu məsələ" sözü imamətdir. Abdullah b. Cəfərin də onun tərəfdarlarının da vəsiyyət deyə iddia etdiyi şey imamət iddiası idi. Necə ki, Əhməd əl-Həsən sözügedən hədislə "vəsiyyət" iddiası etdiyini zənn edir. Halbuki, hədisdəki "bu məsələ" sözü imamətdən başqa bir şey deyildir. Beləliklə, Əhməd əl-Həsənin ən güclü dəlili olan "vəsiyyəti sahibindən başqası iddia etməz" dəlili qüvvədən düşür.

2. "Açıq-aşkar vəsiyyət sahibi olmalıdır" hədisi vəsiyyət sözünün 2-ci mənasıdır ki, bu, məhz atanın oğula müəyyən şeyləri miras qoyaraq, həmin mirasla "vəsiyyət sahibi"-nin açıq-aşkar insanlar tərəfindən tanınmasıdır. Əhməd əl-Həsən də İmamın (ə.f) oğlu olduğunu iddia edib. Lakin, nə qeybətus-suğra nə də qeybətul-Kubra dövründə İmam (ə.f) tərəfindən ona hər hansısa bir mirasın qalması açıq-aşkar insanlar tərəfindən tanınmayıb. Halbuki, "Qurbul-İsnəd"-dəki hədisə baxdıqda görürük ki, imam özündən sonrakı imamı mütləq insanlara tanıtmalıdır.

3. Vəsiyyət hədisinin EYNİSİ "Əl-Ğeybə" kitabından başqa heç bir yerdə rəvayət edilməyib. Hədisin eyniliyi mətn etibari ilə bir-birinə uyğun gəlməsi, əsas sözlərin çıxarılmamasıdır. Biz isə, gətirdiyimiz vəsiyyət hədislərində həmin sözlərin çıxarıldığını görürük. Bu da onu göstərir ki, çoxsayda gələn hədislərdə iddia edilən sözlər mövcud olmayıb əksinə, iddia edilən sözlər hədisə artırılmışdır.

4. Vəsiyyət əgər Əhməd əl-Həsənə verilibsə, gərəkdir ki, Bəqiyyətullah (ə.f) dünyasını dəyişsin. Bu səbəblə ki, hədisdə deyilir: "Höccət ibnəl Həsənin də VƏFAT ZAMANI GƏLDİYİNDƏ". Yəni, sözügedən hədisə əsasən İmam (ə.f) vəfatına yaxın vaxtda öz vəsiyyətini Əhməd əl-Həsənə təhvil verib. İddiaya əsasən 2003-cü ildə vəsiyyət verilibsə, demək ki, artıq İmam (ə.f) dünyasını çoxdan dəyişib. Halbuki bu mümkün deyildir. İmam (ə.f) öz qiyamını haqq dövlətini qurduqdan sonra dünyasını dəyişəcəkdir.

5. Rəsullalahın (s.a.a) hz.Əliyə (ə.s) verdiyi vəsiyyət kağıza yazılan vəsiyyət deyildi. Cəbrail (ə.s) tərəfində MÖHÜRLÜ şəkildə nazil olunan KİTAB idi. Qeyd olunan hədislərin heç birində də Əhməd əl-Həsənə işarə edilməmişdir. Əgər onun vəsiyyəti, dəvəti bu qədər önəmli, vacib rol oynayırdısa, "əl-Ğeybə"-dəki vəsiyyət hədisindən başqa digər hədislərdə adı qeyd olunmalı idi.

 

(c) Möhsin Məhdi

Рейтинг

В этом разделе