»Məqalələr

Последние публикации

Saxta Məhdi iddiası - Muhəmməd ibni Abdullah əl Qəhtani

20 Noyabr 1979-cu il tarixi hicri qəməri təqvimi ilə 1400-cü ilin Məhərrəm ayının 1-ə təsadüf edirdi. Digər şəhərlərdə olduğu kimi müqəddəs Məkkə şəhərində də adi günlərdən biri idi. Sübh azanı verilmişdir və yüzlərlə insan Məscid əl Həramda sübh namazını qılmaq üçün qapıların önündə toplaşmışdı. Bu gün özündə heç bir təhlükəni hiss etdirmirdi, lakin həmin günün sonunda faciə baş verdi.

 

Sonuncu Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi? (Xatəmul Ənbiya)

Tarix boyu həmişə yalançı peyğəmbərlik iddiası olmuşdur. Ancaq xüsusən, Son Peyğəmbərdən sonra peyğəmbərlik iddiasında olanlar həm təəccüb, həm də fərqli mövqeyə malik olurlar. Belə ki, Sonuncu Peyğəmbər gəldikdən sonra, üzərindən yüz illər və ya min ildən artıq vaxt keçməsinə baxmayaraq bir sıra şəxslərin “peyğəmbər lazım olduğu” yadına düşərək, iddialar edir və özlərinə görə müəyyən dəlillər gətirirlər. Xüsusi ilə son bir neçə yüz ildə olan iddiaçılar, Son Peyğəmbər anlayışını qəbul etməyərək, hər zamanda, dövrün tələbinə uyğun yeni peyğəmbərlərin gəlməsinin zəruri olduğunu qeyd edirlər.
Ümumiyyətlə peyğəmbərləri bir neçə  növə bölmək olar.

 

Həzrəti Məhdinin (ə.f.) qeybinin mənası (hədislərdə)

Müfəzzəl ibn Ömər Əbu Abdullahdan (ə) belə nəql edir: “Başa düşdüyün bir hədis rəvayət etdiyin (lakin başa düşmədiyin) on hədisdən yaxşıdır. Hər bir haqqın bir həqiqəti, hər bir doğrunun bir nuru vardır. Allaha and olsun ki, biz öz şiələrimizdən olan bir kəsi o zaman fəqih hesab edərik ki, ona işarə edildiyi zaman işarəni başa düşsün. Həqiqətən də, Əmirəlmöminin Əli (ə) Kufə minbərində belə buyurmuşdur: “Qarşıda sizin üçün elə zülmət, tutqun və qaranlıq fitnələr var ki, ondan yalnız “novmə”lər xilas olacaqlar”. Soruşdular: “Ey Əmirəlmöminin (ə), “novmə” nədir?” İmam Əli (ə) buyurdu: “O şəxs ki, insanları tanıyır, lakin insanlar onu tanımırlar. Bilin ki, yer üzü Allah-taalanın höccətindən xali olmaz, lakin zülmləri, haqsızlıqları və özlərinə qarşı həddi aşmaları səbəbindən Allah onu Öz bəndələrindən gizlədəcəkdir. Əgər yer üzü ilahi höccətsiz bircə an qalsa, heç şübhəsiz, öz əhlini udar. Lakin höccət insanları tanıyar, onlar isə onu tanımazlar. Necə ki, Yusif (ə) da camaatı tanıyır, onlar isə onu inkar edirdilər (onun sağ olmadığını deyirdilər)”. Sonra İmam (ə) bu ayəni tilavət etdi: “Vay bu bəndələrin halına! Onlara elə bir elçi gəlmədi ki, ona daim istehza etməsinlər”. (Yasin 30)

(Qeybəti Numani bab 10, hədis 2, səh.141, Biharul-Ənvar, c. 51, s. 112)

 

İmam Məhdi (ə) barədə Quranda 55 ayə!

 Bəqərə 2-3, Bəqərə 148, Bəqərə 155, Ali-İmran 83, Ənam 44, Ənam 89, Ənam 158, Əraf  159, Ənfal 39, Tövbə 3, Yunus 20, Yunus 24, Hud 8, Hud 86, Yusuf 110, İbrahim 5, İbrahim 44, İbrahim 45, Hicr 36-38, Nəhl 1, İsra 5, İsra 6, İsra 33, İsra 81, Ənbiya 12-13, Ənbiya 105, Həcc 39, Həcc 41, Nur 35, Nur 55, Şüəra 4, Şüəra 21, Nəml 62, Qəsəs 5-6, Rum 4-5, Loğman 20, Səcdə 21, Səba 18, Səba 51, Sad 88, Zümər 69, Fussilət 53, Fəth 28, Zariyat 23, Rəhman 41, Hədid 17, Saff 8-9, Saff 13, Mülk 30, Məaric 26, Cin 24, Təkvir 15-16, Ləyl 1-2, Qədr 5, Əsr 1-2

Həzrəti Məhdinin (ə.f.) ləqəbləri

Sonuncu Peyğəmbər Həzərt Muhəmmədin (salam olsun ona və ailəsinə) adı ilə eynidir. Dünyaya gəldiyi andan onun adının çəkilməsi qadağan edilmişdir. Bu, onun canının təhlükədən qorunması üçündür. O zaman, təqiyyə üçün adının çəkilməsi qadağan olsa da, indi də hörmət, sadiqlik və əhd peyman əlaməti olaraq adının ictimaiyyət arasında çəkilməməsinə diqqət edilir. Burada əsas məsələlərdən biri İmama itaətdir. Əgər İmam buyurursa ad çəkməyin demək ki, belə məsləhətdir, ta ikinci bir əmr gələnə qədər. İstər kiçik qeybət dövründə, istərsə də böyük qeybət dövründə olsun. Bunu İmamın zühurunun rəmzi kimi də dəyərləndirmək olar. Yəni, İmamın adının çəkilməsi artıq onun zühurunun baş verməsi deməkdir. Bu barədə ən çox yayılmış nəzər Şeyx Müfidə aiddir. O, bu barədə “Ehticac” kitabında, cild 2, səhifə 602-də qeyd etmişdir.

Zühurun vaxtını təyin etmək olarmı? Ramazan ayının 23-ü zühurun elanı veriləcəkmi?

Haris ibn Müğeyrə İmam Sadiqin (ələyhis-səlam) belə buyurduğunu nəql etmişdir: “Ramazan ayında (səmadan carçı tərəfindən səslənən) çığırtı bu aydan iyirmi üç gün keçdikdə cümə gecəsi baş verəcəkdir”. (Kəmaluddin c.2, səh.650, İsbatul-Huda c.5, səh.349, Biharul-Ənvar c.52, səh.204)

 

Tövrat kitabında Muhəmməd peyğəmbərin (s) gəlişi barədə məlumat varmı?

Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

İncil kitabında Hz Muhəmməd peyğəmbərin (s) gəlişi barədə məlumat varmı?

Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

Peyğəmbərin (s) itrəti ailəsi və qohumları olan Bəni Haşimdir? - Osman Əl-Xəmisin iddiasına cavab

Osman əl-Xəmis deyir: “Peyğəmbərin itrəti kimlərdir? Kişinin itrəti onun ailə üzvləridir. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) itrəti də sədəqə yemələri haram olan şəxslər, yəni Bəni-Haşimdir. Peyğəmbərin itrəti bunlardır” (“Tarixdən bir an”: səh.203)

İmamlar (ə) Osman ibn Əffanı tərifləyib şübhəsinə cavab

İhsan Zahirin iddiasına görə, Əhli-Beyt (ə) nümayəndələri Osmanı tərifləyirdilər. Bu iddiaya isə Şeyx Səduqa, Şeyx Kuleyniyə, Əllamə Məclisiyə, İmam Həsən Əskəriyə istinad edilən təfsirə, Məsudinin “Tarix”inə nisbət verdiyi rəvayətləri dəlil göstərir. İhsan Zahir deyir:

Osman ibn Əffan İmam Əlinin (ə) Hz Fatimə (s.ə.) ilə evlənməsinə yardım edib??

İhsan Zahir iddia edir ki, Osman Möminlərin əmiri Əlinin (ə) aləm qadınlarının xanımı Fatimə (s.ə.) ilə evlənməsinə köməklik göstərib və ona evlilik xərclərini verib. Buna dəlil kimi də Xəvarəzminin “Mənaqib”inə, İrbəlinin “Kəşful-ğummə”sinə və Əllamə Məclisinin “Biharul-ənvar”ına nisbət verdiyi rəvayətləri göstərib.

Qadınların hicab örtməsi vacibdirmi? (Saxta yəmaniçilərin şübhələrinə cavab!)

Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

İSLAM PEYĞƏMBƏRİNİN (S) MERACI BARƏDƏ ŞÜBHƏLƏRƏ CAVAB

Müsəlmanlara görə, İslam Peyğəmbərinin (s) meracı dinin qəti məsələlərindəndir və Qurani-Kərimdə ona aydın şəkildə toxunulmuşdur. Merac səfəri Qurani-Kərimin iki surəsində – biri “İsra”, digəri isə “Nəcm” surəsində (1-18-ci ayələrdə) qısa şəkildə qeyd olunmuşdur. Biz bu yazıda öncə “merac” sözünün mənası, sonra isə “merac” dastanından söz açacağıq:

Bəzi Ateist iftiralarına cavab

Bəşər əqidə və əməl məcmusudur. Əməldə hər hansı bir dəyişiklik və ya tərəqqi yaratmaq çətin prosseslə qarşılaşır. Çünki insan əməllərə adət edir, onlarla üns tapır.

 

İMAM MƏHDİYƏ (Ə) MƏNSUB MƏKANLARA EHTİRAM

İmam Zamana (ə) intizar nişanələri kimi bəzi məkanlar nisbət verilmişdir. Zühurun intizarını çəkən şiələrə təkidlə tövsiyə edilmişdir ki, həmin məkanlarda o həzrətin qeybinin uzun çəkməsi və dünyaya hakim durumdan gileylənsin, Allah-Taaladan onun tezliklə zühur edəcəyini istəsin. Biz burada o həzrətə mənsub olan bəzi məkanlar haqda qısa məlumat verməklə kifayətlənirik:

İmam Məhdinin (ə) 4 naibi (qısa məlumat)

İmam Həsən Əskəri (ə) 260-cı h.q. ilində vəfat etdikdən dərhal sonra “qeybəti-süğra” (kiçik qeyb dövrü) başlandı və imam Mehdinin (ə) son naibinin vəfat etdiyi 329-cu ilə qədər davam etdi. Ondan sonra da “qeybəti-kübra” (böyük qeyb dövrü) başladı.

İMAM MEHDİNİN (Ə) HƏYAT TƏRZİ

On ikinci imamımız İslam Peyğәmbәrinin (s) son canişini imam Mehdi (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir və hal-hazırda yaşayır.

İmam Məhdi (ə) sərdabədə gizlənib? - gülünc şübhəyə cavab

Haqq fikirləri və haqq tərəfdarlarını gözdən salmağın ən asan yollarından biri həqiqətləri təhrif etməkdir. Batil əhli haqqın yayılmasının qarşısını almaq üçün müxtəlif yalanlara əl atır, bununla da həqiqətləri avam və məlumatsız insanlardan gizlətməyə çalışırlar.

İmam Məhdi (ə) qiyam etdikdə yalançı şiələri qətlə yetirəcək? – şübhəyə cavab

Müəllif iddia edir: “Müfəzzəl ibn Ömərdən nəql olunur: “Əbu Abdullahın belə dediyini eşitdim: “Qaim qiyam etdikdə şiə yalançılarını müəyyən edib qətlə yetirəcək” (“Rical”, Kəşşi, səh.253, İbn Xəttabın (!) tərcümeyi-halı). Bəs nə üçün şiə yalançılarını müəyyən edib onları qətlə yetirəcək?

 

Quran ayələrinə görə şiələr münafiqdirlər? – şübhəyə cavab

Müəllif iddia edir: “Əbu Abdullahdan (r.a) rəvayət olunur: “Allah münafiqlər haqqında elə bir ayə nazil etməmişdir ki, şiəlik iddiasında olanlara şamil olmasın” (“Rical”, Kəşşi, səh.254, Əbu Xəttab).

 

Atam, anam Əbu Abdullaha fəda olsun, o, doğru söyləmişdir. Əgər münafiqlər barəsində nazil olan ayələr şiəlik iddiasında olan kəslərə aiddirsə, mənim necə onlarla bərabər qala bilərəm?!

 

Məgər bundan sonra onların Əhli-Beyt məzhəbində olduqlarını iddia etmələri düzgün sayıla bilərmi? Məgər onlar Əhli-Beyti sevdiklərini iddia edə bilərlərmi?”

 

Şiələr cümə namazı qılmır?! – Şübhəyə cavab

Müəllif iddia edir: “Şiələri İslam ümmətindən uzaqlaşdıran ən böyük yad amil onların cümə namazını tərk etmələri, yalnız məsum imamın arxasında qılınan cümə namazının icazəli olduğuna hökm vermələridir. Ancaq son vaxtlarda hüseyniyyələrdə cümə namazının qılınmasının icazəli olduğuna dair fətvalar verilməkdədir. Bu, böyük bir nailiyyətdir. Allaha həmd olsun ki, ali mərcələrimizi bu əmələ təşviq etməkdə mənim böyük xidmətim olmuşdur. Mən buna görə mükafatımı Allahdan diləyirəm”.

 

İmam Məhdi (ə) yeni kitab və hökmlər gətirəcək? – şübhəyə cavab

Müəllif iddia edir: “Məclisi rəvayət edir: “Qaim yeni işlər icra edəcək, yeni kitab gətirəcək və yeni hökmlər verəcək” (“Biharul-ənvar”, 52/354; “Ğeybətun Numani”, səh.153). Əbu Abdullah (r.a) deyir: “Mən sanki camaatın Rüknlə Məqam arasında ona yeni kitab üzərinə beyət etdiklərini onu görürəm” (“Biharul-ənvar”, 2/135; “əl-Ğeybə”, səh.176)”.

 

İmam Məhdi (ə) Kəbə evini və Peyğəmbər (s) məscidini uçuracaq? – şübhəyə cavab

Müəllif iddia edir: “2. Məscidul-həramı və Peyğəmbər məscidini uçuracaq. Məclisi rəvayət edir: “Qaim Kəbəni uçurub qədim təməli üzərinə qaytaracaq, həmçinin Peyğəmbər məscidini də uçurub ilk təməli üzərində tikəcək” (“Biharul-ənvar”, 52/338; “əl-Ğeybə”, Tusi, səh.282)”.

 

İmam Məhdi (ə) Hz Davud (ə) və Süleymanın (ə) hökmü ilə hökm edəcək? – şübhəyə cavab

Müəllif iddia edir: “3. Ali Davudun hökmünü icra edəcək: Kuleyni İmam (ə) zühur etdikdə Ali Davud kimi hökm verəcəyi və şahid tələb etməyəcəyi ilə bağlı ayrıca bir fəsil yazıb. Əbu Abdullahdan rəvayət olunur: “Ali Muhəmmədin Qaimi qiyam etdikdə Davud və Süleymanın hökmü ilə hökm verəcək, şahid tələb etməyəcək” (“Üsulul-kafi”, 1/397)”.

 

İmam Məhdi (ə) çoxlu qətillər törədəcək? – şübhəyə cavab

Müəllif iddia edir: “Bu paraqrafı rəvayət edilən qorxunc bir hədislə başa vurmaq istəyirik. Məclisi Əbu Abdullahdan (r.a) rəvayət edir: “Əgər camaat Qaimin zühur etdikdə nələr edəcəyini bilsəydi, onun (bəzi insanlara qarşı) törədəcəyi qətlləri görməmək üçün onların əksəriyyəti zühuru görməməyi arzulayardı... hətta camaatın çoxu deyəcək: “Bu, Muhəmmədin ailəsindən deyildir. Əgər Muhəmməd ailəsindən olsaydı, mərhəmətli davranardı” (“əl Bihar”, 52/353; “əl-Ğeybə”, səh.135)”.

 

12 imam inancı Yəhudilərdən götürülüb? – şübhəyə cavab

Müəllif iddia edir: “Qeyd etməliyik ki, “yoldaşlarımız” onlar üçün on iki imam da seçiblər. Bu, məqsədyönlü bir əməldir. Bu rəqəm Bəni-İsrailin nəsil köklərinin sayı ilə eynidir. Bununla da kifayətlənməyiblər, özlərinə “On iki imamçılar” adını götürüblər”.

 

Süleym ibn Qeys əl-Hilali Quranın təhrif olunmasını iddia edib?

Müəllif iddia edir: “Quranın təhrif edilməsinə dair fikirləri araşdırdıq, ilk belə iddianın Süleym ibn Qeys əl-Hilalinin (h.q.90-cı il) kitabında ortaya atıldığını görürük. O, yalnız iki rəvayət qeyd edilir. Bu, şiələrin yazılmış olan ilk kitabıdır. Orada bu iki rəvayətdən savayı heç bir şey yoxdur. Ancaq Süleym ibn Qeysdən əsrlər sonra qələmə alınan mötəbər kitablarımıza müraciət etsək onların təhrif barədə rəvayətlərlə dolu olduğunu görəcəyik. Hətta Nuri Təbərsi özünün “Fəslul-xitab” kitabında təhriflə bağlı mindən artıq rəvayət qeyd etmişdir”.

 

Şeyx Tusinin “Təhzibul-əhkam” kitabındakı hədislərin sayı artılırıb? – şübhəyə cavab

Müəllif iddia edir: “İndi isə əhəmiyyətdə “əl-Kafi”dən sonra ikinci olan dörd səhih (!) kitabdan digərinə nəzər salaq. Bu, Nəcəf hövzəsinin təsisçisi Şeyx Tusinin “Təhzibul-əhkam” kitabıdır. Fəqih və alimlərimiz hal-hazırda həmin kitabda 13590 hədisin olduğunu qeyd edirlər. Halbuki kitabın müəllifi olan Tusi özünün “Uddətul-usul” kitabında “Təhzibul-əhkam” kitabında 5000 mindən artıq hədis topladığını yazır. Yəni hər bir halda 6000 mindən artıq deyil. Bəs kitabdakı hədislərin sayını dəfələrlə aşan bu qədər hədisi ora kim əlavə edib?”

 

Seyid Dəldar Əlinin “Əsasul-usul” kitabında imamlar barədə olan hədislərlə bağlı nə deyib?

Müəllif iddia edir: “Hindistana səfərim zamanı Seyid Dəldar Əli ilə görüşdüm. O mənə özünün “Əsasul-usul” kitabını hədiyyə etdi. Kitabının 51-ci səhifəsində belə qeyd edirdi: “İmamlardan (ə) nəql edilən hədislər olduqca ixtilaflıdır, az qala elə bir hədis yoxdur ki, onun ziddinə hədis olmasın. Hər bir rəvayətin əks mənalı hədisi vardır”. Bütün bunlar bir çox şəxsin şiə məzhəbindən üz döndərməsinə səbəb olmuşdur”.

 

İmam Məhdi (ə) ancaq ərəblər ilə vuruşacaq? – şübhəyə cavab

Müəllif iddia edir: “Gəlin, Qaim və Müntəzər kimi tanınan on ikinci imamın zühur etdikdə hansı əməllər edəcəyinə baxaq: 1. Ərəblərin üzərinə qılınc qaldıracaq; Məclisi rəvayət edir: “Müntəzər ərəblərin üzərində Qırmızı Cəfrlə davranacaq, bu isə qətllərdir” (“Biharul ənvar”, 52/318)”.

 

Mirzə Hüseyn Nuri Təbərsinin “Fəslul xitab” kitabı barədə şübhəyə cavab

Müəllif iddia edir: “Onların yazdıqları kitablar İslam dininə daha çox zərbə vurmuşdur. Əgər şərqşünasların İslam dinini hədəfə alan yazıları ilə “Fəslul xitab” kitabını müqayisə etsək, bu kitabın İslama daha çox zərbə vurduğunun şahidi olarıq. Onların digər müəlliflərinin də kitabları belədir”.

 

“ər-Rövzə” “əl-Kafi” kitabının bir hissəsidir? – şübhəyə cavab

Müəllif iddia edir: “Gəl, mənimlə birlikdə bu cümlələri oxuyaq: Xunsari deyir: “Özündə bir neçə fəsli cəm edən “Rövzə” kitabının Kuleyninin qələmə aldığı “əl-Kafi” kitabının bir hissəsi olub-olmadığına, yoxsa ona sonradan əlavə edildiyinə dair ixtilaf etmişlər” (“Rəvəzatul-cənnat”, 6/118)”.

 

Əl-kafi kitabı neçə fəsildən ibarətdir? – şübhəyə cavab

Müəllif iddia edir: “Hicri 1076-cı ildə (miladi 1665-ci il) vəfat etmiş inanılan Şeyx Seyid (!) Hüseyn ibn Seyid Heydər əl-Kərəki əl-Amili deyir: “əl-Kafi” kitabı hər bir hədisinin İmamlara (ə) yetişən istinadları ilə əlli kitabdan (fəsildən) ibarətdir” (“Rəvəzatul-cənnat”, 6/114).

Hişam ibn Həkəm, Hişam ibn Salim və digərləri Allahın 30 yaşda kişi formasında olduğuna inanmışlar?

Müəllif iddia edir: “İbrahim ibn Muhəmməd Xəzzaz və Muhəmməd ibn Hüseyn rəvayət edirlər: “Əbul-Həsən Rzanın (r.a) yanına gəldik, Muhəmmədin öz Rəbbini otuz yaşlı gənc bir oğlan şəklində gördüyünün və iki ayağının olduğunun rəvayət edildiyini söylədik və dedik: “Hişam ibn Salim, bir taqlı və Meysəmi deyirlər: “O, arxasınadək boşdur, qalan hissəsi isə doludur...” (“Üsulul-kafi”, 1/101, “Biharul-ənvar”, 4/40)”.

 

Əhməd ibn Əli ibn Əbu Talib ət-Təbərsi barədə şübhəyə cavab

Müəllif iddia edir: “2. Əhməd ibn Əli ibn Əbu Talib ət-Təbərsi – “əl İhticac” kitabının müəllifi.

Bu yerdə müəllifin bir haşiyəsi də vardır: “O, özünə bu adı maskalanmaq məqsədilə götürmüşdür ki, rahatlıqla öz zəhərli düşüncələrini yaya bilsin. Belə bir şəxsin Möminlərin əmirinin (s) tapdadığı torpağa belə özünü nisbət verməsi düzgün deyildir. Həqiqətdə isə onun nə əsli-nəcabəti və nə də tərcümeyi-halı məlum deyildir”.

Zürarə xristian ravi idi? – şübhəyə cavab

Müəllif iddia edir: “Zürarə ibn Əyun:

 

Şeyx Tusi onun barəsində yazır: “Zürarə xristian ailəsindəndir. Onun babası Sunsundir. Subsun olduğu da deyilib. Xristian rahibi idi. Atası isə Bəni Şeyban qəbiləsindən bir şəxsin rumlu köləsi olub” (“əl-Fehirist”, səh.104)”.

 

Mirzə ən-Nuri Təbərsi Quranın təhrif olunduğuna etiqad etmişdir?

Müəllif iddia edir: “Təbəristandan çıxmış üç nəfəri mülahizə edək: 1. Mirzə Hüseyn ibn Təqi ən-Nuri Təbərsi – “Fəslul-xitab fi isbati təhrifi kitabi rəbbil-ərbab” kitabının müəllifidir. O, öz əsərində Quranın təhrif olunduğunu isbatlamaq üçün minlərlə rəvayət, fəqih və müctəhidlərin sözlərini toplamışdır. Onun kitabı hər bir şiənin alnında rüsvayçılıq möhürüdür”.

 

Hişam ibn Həkəm Allahın cism olmasına inanırdı? - Şübhəyə cavab

Müəllif iddia edir: “Gəlin birlikdə bu mətni də oxuyaq:

Muhəmməd ibn Fərəc Rüxxəci deyir: “Əbul-Həsənə məktub yazaraq Hişam ibn Həkəmin Allahın cisim olması və Hişam ibn Salimin (Cüvaliqi) isə Onun surəti haqda sözlərini soruşdum”. Mənə belə cavab yazdı: “Özündən çaşqınlığı uzaqlaşdır və Şeytandan Allaha pənah apar. O iki Haşimin söylədikləri doğru deyildir” (“Üsulul-kafi”, 1/105; “Biharul-ənvar”, 3/288; “əl-Füsulul-mühimmə”, səh.51).

Hişam ibn Həkəm Allahın cisim olduğunu, Hişam ibn Salim isə Onun surət və formaya malik olduğunu iddia edirdilər”.

Hişam ibn Həkəm İmam Kazımın (ə) qətlində günahkar idi?

Müəllif iddia edir: “Hişam (!) İmam Kazımın həbs edilməsinə, sonda öldürülməsinə səbəb olmuşdur. Kəşşinin “Rical”ında yazılır: “Hişam ibn Həkəm azmış, azdıran və Əbul-Həsənin (r.a) qətlinə şərik olan kəsdir” (səh.229)”.

 

Əhməd ibn Əli ibn Əbu Talib ət-Təbərsi Quranın təhrif olunduğuna etiqad etmişdir?

Müəllif iddia edir: “O, öz kitabında Quranın təhrif olunması ilə bağlı aydın rəvayətlər nəql etmişdir. Həmçinin rəvayətlərinin bəzilərinə Möminlərin əmiri ilə (r.a) səhabələrin arasındakı əlaqələrin olduqca pis olduğunu vurğulayan rəvayətlərə yer vermişdir. Bütün bu rəvayətlər isə müsəlmanlar arasındakı birliyin pozulmasına rəvac verir. Bu kitabı oxuyan hər kəs müəllifin xoş niyyətli olmadığını görəcək”.

 

İmam Zeynəl Abidin (ə) şiələr bizdən deyil deyib?

Vəhhabilərin (sələfilərin) növbəti saxtakarlığını sizlərə təqdim edirik. Bunlar həmişə olduğu kimi, hədisin tərcüməsində təhriflər etmişlər.

Bu hədisin əsli, Şeyx Kəşşinin (r.a) "Rical" adlı kitabındadır. Şeyx Kəşşidən (r.a) sonra yaşamış Şeyx Tusi (r.a) isə Şeyx Kəşşinin (r.a) "Rical" kitabını yenidən tənzimləmiş və “İxtiyari Mərifətur-Rical” adlandırmışdır.

Şiə alimləri əhli-sünnəni təhqir etməyə, iftira atmağa və onlara yalan danışmağı icazəli bilir??

Müəllif iddia edir: “Qeyd: Şiələrin əhli-sünnəyə qarşı nifrətləri bənzərsiz bir nifrətdir. Bu səbəbdəndir ki, fəqihlərimiz əhli-sünnəyə yalan danışmağı, onlara qarşı yalan ittihamlar irəli sürməyi, iftira atmağı və rəzil sifətlərlə vəsf etməyi icazəli biliblər”.

Seyid Nemətullah Cəzairi əhli-sünnəni nasibi hesab edir?

Müəllif iddia edir: “Bu fəsli mövzunu cəmləyəcək sözlərlə yekunlaşdırmaq istəyirəm. Həmin sözlər Seyid Nemətullah Cəzairinin nasibilərin (əhli-sünnənin) hökmü ilə bağlıdır. Deyir: “Onlar şiə alimlərinin icmasına (yekdil rəyinə) əsasən, kafir və nəcisdirlər, yəhudi və xristianlardan pisdirlər. Nasibilərin əlamətləri imamətdə hər kəsi Əlidən üstün bilmələridir” (“əl-Ənvarun-Numaniyyə”, 2/206, 207)”.

Tənasüx və Rəcət eynidirmi?

Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində

“Əgər sən olmasaydın, fələkləri (aləmləri) yaratmazdım” qüdsi hədisi iki məzmunda nəql olunmuşdur. Birinci məzmun budur ki, Allah bu sözü yalnız Peyğəmbər (sallalahu əleyhi və alih) barəsində demişdir. Digər məzmun isə budur ki, bu söz Əhli-beyt (əleyhimussalam) haqqında deyilmişdir.

Hənəfilik məzhəbinin banisi Əbu Hənifə kimdir?

Təhqiqatçılar çox yaxşı bilirlər ki, fiqhdə çox sayda əhli-sünnə imamı olmuşdur. Yeddinci hicri-qəməri əsrində həmən vaxtın hökümətinin göstərişinə əsasən əhli-sünnənin fiqhi məzhəblərinin aşağıdakı dörd məzhəbdən ibarət olmasına qərar verildi:

Əhli-sünnə mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi

Məşhur vəhhabi təbliğçilərindən olan Osman əl-Xəmis iştirak etdiyi bəzi televiziya proqramlarında dəfələrlə belə iddia etmişdir ki, guya Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsinə dair bircə dənə də olsun rəvayət nəql olunmamışdır. Guya Bəni-Üməyyə heç vaxt Bəni-Haşimdən heç kəsi təhqir etməmiş, onlara düşmən olmamışdır. Bəni-Üməyyə ilə Bəni-Haşimin arasında məhəbbət, xoş münasibət olmuşdur. O, çıxışlarının birində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsinə dair bir rəvayət gətirilməsini tələb edir. Bununla da o, Müaviyəyə müxalif olan müsəlmanlara meydan oxuyur və heç kəsin bircə dənə belə bu barədə rəvayət gətirə bilməyəcəyini iddia edir. Halbuki, Əhli-sünnənin mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi, onu lənətləməsi və camaata da İmam Əlini (əleyhissalam) təhqir etməyi, lənətləməyi əmr etməsi barədə çox saylı rəvayətlər mövcuddur. Biz bu məqaləmizdə Allahın tovfiqi ilə onlardan bəzilərini sizlərə təqdim edəcəyik. Müvəffəqiyyət Allahdandır!

Nə üçün İmam Əli (əleyhissalam) Səqifə əhlinə qarşı döyüşmədi?

Xanım Zəhranın (salamullahi əleyha) evinə edilmiş hücumu və başına gələn müsibətləri inkar etmək üçün tarix boyu müxaliflərimiz tərəfindən bir çox şübhələr atılmışdır. Onlardan biri və ən əsası budur ki, İmam Əli (əleyhissalam) cihadlarda öz gücü, igidliyi və şücaəti ilə tanınan bir şəxs olmuşdur. Necə ola bilər ki, İmam Əli (əleyhissalam) kimi birinin evinə hücum edilsin, yoldaşına əziyyət verilsin və İmam Əli (əleyhissalam) bunların müqabilində heç bir şey etməsin. Bu şübhəyə alimlərimiz tərəfindən müxtəlif cavablar verilmişdir. Biz də bu şübhəyə müxtəsər şəkildə cavab verməyə çalışacağıq.

“Biz peyğəmbərlər irs qoymuruq” hədisinin uydurma olması

Dünya və axirət xanımlarının seyidəsi olan Həzrət Fatimeyi-Zəhraya (salamullahi əleyha) edilmiş zülmlərdən biri də atası Peyğəmbərin (sallallahu əleyhi və alih) ona bağışladığı Fədək bağlarının Peyğəmbərin şəhadətindən sonra onun əlindən alınmasıdır.

Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

Qurani-Kərimin təhrif edilməməsi barədə olan dəlillər qüvvət və möhkəmlik baxımından elə bir həddədir ki, bunun müqabilində zahiri etibarilə təhrifə işarə edən dəlillər hətta öz-özlüyündə mötəbər və çox olsaydı belə heç bir etibarlılığı qalmazdı. Hətta alimlərin çoxu təhrifin baş verdiyini qəbul etsəydi belə (təhrifin baş verməməsinə dair olan dəlillər) bu iddianı puç edərdi. Burada həmin dəlilləri xülasə şəkildə qeyd edəcəyik. Dəlillərin və başlıqların çoxluğunu nəzərə alaraq oxucular üçün onları burada qeyd edirik:

Şiə mənbələrindəki Quran təhrifi hədisləri barədə araşdırma

Müxtəlif dövrlərdə böyük alimlərimiz açıq-aşkar bildirmişlər ki, əlimizdə olan Quran təhrifdən qorunub. Bununla belə onların heç biri şiə kitablarında Quranın bir hissəsinin aradan getdiyini bildirən hədislərin olduğunu inkar etməyiblər. Əksinə bəziləri bu hədislərin çox olduğunu bildirib. Necə ki şiə kitablarında cəbr və təfviz, Allahı məxluqata bənzətmə və cismləşdirmə və bu kimi hədislər də var. Lakin alimlərimiz həmin hədislərdən üz döndərmiş və Quranda təhrifin olduğunu inkar etmişlər. Hətta bəziləri məzhəbimizin bu barədə icma etdiyini bildirib. Alimlərimizin də bir hədisdən üz döndərməsi onun etibarlılığını itirməsinə səbəb olar. Necə ki, Üsul elmində bu barədə bəhs edilir.

İmam Əli (ə) niyə sükut etmişdi?

Xanım Zəhranın (səlamullahi-əleyha) evinə edilən hücum, zərbətlənməsi və bunun nəticəsində şəhid olması kimi tarixi həqiqətlər barəsində zaman zaman bir çox suallar verilmişdir. Bu məqalənin mövzusu da hadisə barədə çox soruşulan suallardan birinin cavabı haqqındadır.

İmam Huseyn (ə), yoxsa Yezid

Bu sualın cavabı hər bir müsəlmana gün kimi aydındır. Çünki bu şəxslər arasında heç müqayisə də aparmaq olmaz. Lakin biz müəyyən şəxslərin nədənsə daim Yəzidi, hətta İmam Huseynin (ə) qatillərini belə müxtəlif şəkillərdə müdafiə etməyə çalışdığını müşahidə edirik. Bu şəxslər həqiqətdə yuxarıda qeyd edilmiş “İmam Huseyn (ə), yoxsa Yəzid?” sualının cavabında çoxdan ikincini – Yəzidi seçmişlər. Sadəcə bunu həmişə aşkar şəkildə bəyan etməyə cəsarət etməmişlər. Onlar müxtəlif yollarla Yəzidi və onun simasında İmam Huseynin (əleyhissəlam) qatillərini müdafiə etməkdən ötrü dəridən-qabıqdan çıxmışlar. Lakin görünür onlar Allahın “Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.” (saff, 8) – ayəsini unudublar.

İmam Huseynin (ə) Aşura gecəsi söylədiyi xütbə

İmam Zeynul-Abidin (əleyhissəlam) buyurur: “Huseyn (əleyhissəlam) və səhabələri axşam vaxtı cəm oldular. Mən o vaxt xəstə idim. (İmam Huseynin (əleyhissəlam) Onlara nə dediyini eşitmək üçün yaxınlaşdım. İmam Huseyn (əleyhissəlam) belə buyururdu: “Allaha ən gözəl şəkildə təriflər deyirəm. Gizlində və aşkarda ona həmd edirəm. İlahi, bizi nübuvvətlə şərəfləndirdiyinə, Quranı bizə öyrətdiyinə və bizi dini bilən etdiyinə görə sənə həmd edirəm. Sən bizə qulaqlar, gözlər və ürəklər vermisən. Bizi şükr edənlərdən qərar ver.

İMAM HÜSEYNİ (Ə) ŞİƏLƏR ÖLDÜRÜB?

Müqəddimə

Müxaliflər hər il müqəddəs Muhərrəm ayı ərəfəsində müsəlmanlar arasında belə bir şübhə yayırlar ki, şiələr özləri İmam Hüseynə (ə) beyət edib, onu Kufəyə dəvət edib daha sonra əleyhinə çıxaraq onu öldürüblər.

 

Ömər ibn Xəttab və təyəmmümün hökmü

Bu kiçik məqaləmizdə "ikinci xəlifə" kimi tanınan Ömər bin Xəttabın təyəmmüm haqqında nəzərindən söhbət açmaq istəyirik. Özünün əziz dostu olan Əbu Bəkri sıxıntı və əzablarla dolu qəbr evinə yola saldıqdan sonra xilafət kürsüsünə əyləşmiş və "möminlərin əmiri" tituluna "layiq" görülmüş bu şəxsin, o kürsüyə və titula nə dərəcədə layiq-olub olmadığına qərar verməyi isə əziz oxucuların öhdəsinə buraxırıq.